Kalkulyatordan kubitlərə gələn yol
15.04.2022 [10:35]
İ. Rəsulova
1964-cü il aprelin 15-də “Sharp” şirkəti tərəfindən element bazası tranzistor olan ilk stolüstü kalkulyator istehsal edilib. “Calculus” latın dilində “xırda daş” deməkdir, keçmişdə xırda daşlar saymaq üçün istifadə edilirdi. Stolüstü kalkulyatorlar portativ kompüterlərin babası sayıla bilər. Lakin ulu babaların tarixçəsi daha qədimdir.
Hələ 1642-ci ildə fransız Blez Paskal mürəkkəb mexanizmli cəmləyici maşın hazırladığını bildirdi. 1673-cü ildə Qotfrid Leybnits hesab əməllərini yerinə yetirən mexaniki arifmometr yaratdı. 1830-cu ildə ingiltərəli Çarlz Bebic proqramla işləyən analitik maşın yaratmağa çalışdı. Bebicin ideyaları sonralar universal kompüterlərin yaradılmasının əsasını qoydu.
Konrad Zuse 1938-ci ildə tamamlanan ilk proqramlaşdırıla bilən kalkulyator hazırlamağa başladı. O, hazırda Berlindəki Texnologiya Muzeyində qorunur.
Müasir kompüterlərin əsas iş prinsipləri XX əsrin 40-cı illərində Amerika alimləri Con fon Neyman, Q.Qoldsteyn və A.Beris tərəfindən verildi. Elə həmin vaxtdan etibarən kompüter texnikası və texnologiyası yüksək sürətlə inkişaf etməyə başladı.
I nəsil elektron lampalı kompüterlərdən riyazi məsələlərin həlli üçün istifadə olunurdu. II nəsil kompüterlərdə lampalar diodlarla əvəz olundu. III nəsil inteqral sxemlərdən ibarət olan kompüterlər oldu. Onun əsasında EHM və başqa elektron hesablama maşınları yaradıldı.
1970-1974-cü illər Kompüter inqilabı illəri sayıla bilər.
Mikroprosessorlar ucuzlaşdı və bu müddət ərzində bazara kifayət qədər çoxlu kompüter avadanlığı çıxarıldı. Burada aparıcı rolu, “Intel” və “Fairchild” şirkətləri oynadı. Bu illər ərzində “Intel” ilk mikrokompüteri yaratdı.
1980-ci illərdə “ev kompüterləri”nin istehsalına başlandı. 22 may 1990-cı ildə “Windows 3.0” ortaya çıxdı. Təkcə ilk 6 ayda əməliyyat sisteminin təxminən üç milyon nüsxəsi satıldı. İnternet qlobal ünsiyyət vasitəsi kimi görünməyə başladı.
Yeni quruluşa və texnologiyaya malik son nəsil neyrokompüterlər neyron şəbəkələrinə əsaslanırlar. İntellektual imkanları xeyli üstün olan bioloji və optik texnologiyaları əsasında bio və optik neyrokompüterlər artıq yaradılıb. Müasir hesablama maşınları superkompüterlər, meynfreymlər və mini EHM-lər sinfinə bölünür.
Superkompüterlərdən aerodinamika, seysmologiya, nüvə fizikasında və digər elm sahələrində meydana çıxan mürəkkəb məsələlərin həllində istifadə olunur. Onların qiyməti təqribən 10 milyon dollarlarla ölçülür.
Meynfreym kompüterlərdən müdafiə, maliyyə və sənaye sahələrində geniş istifadə olunur. Meynfreym kompüterləri böyük, mürəkkəb hesablamalar aparmaqla yanaşı özünə çoxlu sayda terminal birləşdirir. Bu cür kompüterlərin qiyməti 1 milyon dollar dəyərində olur. Hazırda istifadə olunan 16-32 mikroprosessorlu server kompüterlər meynfreym kompüterlərin sələfləri sayılır.
Mini-EHM dedikdə fərdi kompüterlər nəzərdə tutulur. Fərdi kompüterlərin kütləvi istehsalına 1981-ci ildən başlanıb.
Hazırda alimlər kvant kompüterləri üzərində işləyirlər. O, kvant mexanikası əsasında işləyən hesablama qurğusudur. İlk sadə kvant kompüter 1998-ci ildə yaradılıb. Kvant kompüteri klassik kompüterlərdən prinsip etibarilə fərqlənir.
Klassik kompüterlərin yaddaşı bitlərdən təşkil olunur. Kvant kompüterləri isə məlumatı kubitlər vasitəsilə emal edir. Kvant kompüterləri adi kompüterlərdə milyonlarla il çəkəcək hesablamaları saatlar, dəqiqələr ərzində yerinə yetirə biləcək. Məsələn, atomların və molekulların hərəkətini simulyasiya edəcək, dərmanlar və peyvəndlər hazırlayacaq, kainatdakı ən uzaq ulduzlar barəsində dəqiq məlumatlar toplayacaq. Kainatda yeni yaşam nöqtələri axtaracaq və hətta axtarmaqla qalmayıb, sürətlə siqnallar ötürüb-ala biləcək. Kim bilir, bəlkə bu texnologiya ilə insan özü uzaq kosmosa uça bilməsə də şüuru “işınlanacaq”, anında istədiyi ulduzda, istədiyi qalaktikada peyda olacaq. İmkanlar sonsuzdur. Yeni dünya yeni nəsil insan deməkdir və süni intellekt insanı qat-qat üstələyəcək. İnternet və kompüterlərdən o qədər asılı hala düşmüşük ki, onsuz həyatımızı təsəvvür edə bilmirik. İnsan şüurunun yaratdığı və insanı üstələyən bu sirli aləm olmasa, biz necə olarıq? Heç düşündünüzmü?
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59

