Özümüzü nə qədər tanıyırıq?
14.04.2022 [10:54]
MÜŞFİQƏ
Bəzən insan “Mən kiməm?” sualına cavab axtarmağa çalışır. Öz varlığını, kimliyini, dünyaya gəlmə səbəbini araşdırmaq istəyir. Sokratın məşhur “Özünü tanı” kəlamından bu günə kimi baxsaq, həyat daim bizə “Özünüzü təkmilləşdirin!” deyə pıçıldayır. İnsanlar özünü inkişaf etdirmək, qorxu və narahatlıqların öhdəsindən gəlmək və həyat keyfiyyətini artırmaq üçün daim mübarizə aparır. Bəzən bütün dünya ilə, bəzən də öz iç dünyasıyla. O uğurlu və xoşbəxt olmaq istəyir. Hansı yolu seçəcəyini bilməyəndə isə fərdi inkişaf mütəxəssislərinə, bu mövzuya həsr olunmuş kitab və filmlərə müraciət edir.
Məşhur psixoloq Doğan Cüceloğlunun fikrincə, insanın daxilindəki gücü kəşf edib inkişaf etdirmək asan deyil. Amma o güc həmişə bizdədir. Biz o potensial gücü dərk edib, onu inkişaf etdirib gücləndirməliyik. Necə?
Hədəfi olan insan səhrada belə özünə yol tapacaq
Mövzu ilə bağlı fərdi inkişaf üzrə mütəxəssis Ağa Mehdiyev ilə söhbətləşdik. Ağa deyir ki, ilk növbədə, insanın hədəfi olmalıdır. Hədəfi olan insan səhrada belə özünə yol tapacaq: “Bilirsiniz, insan nə zaman ölür? Hədəfi olmayanda. İllərdir ki, şəxsi inkişaf, natiqlik təlimləri ilə məşğul oluram. Dünyanın bir çox yerlərindən insanlar onlayn təlimlərə qoşulur. Bu təlimləri keçə bilmək üçün Finlandiyanın Helsinki Universitetində, Almaniyada, eləcə də Harvard Universitetində təhsil almışam. 35 ölkəni və 170-dən çox şəhəri gəzib dolaşmışam. Fərqli mədəniyyətlər, dinlər və dillərdən olan insanlarla ünsiyyət qurmuşam. Bütün bunların hamısına qarşıma qoyduğum hədəf sayəsində nail olmuşam. Fərdi inkişaf dərslərinə müraciət edən hər kəsə birinci hədəfləri barədə soruşuram. İnsanın hədəfi olanda boş şeylərə zaman ayırmır. Eşidirik ki, Norveçdə bütün naz-nemətlərin içində yaşayan biri intihar edir. Unutmayaq ki, sağlam insanın ən azı bir milyon kapitalı var. Bu cür kapitala malik olan insan onu daha da zənginləşdirməyi bacarmalıdır. Hər şey öz əlimizdədir. Mənəviyyat, sağlam qida, idman, zərərli vərdişlərdən uzaq olmaq, mütaliə etmək və s. insan nə qədər cəm şəklində yaşasa, bir o qədər qüdrətli olacaq”.
Gənclərdə özünəinamsızlıq
Mütəxəssis deyir ki, bu gün gənclərimizin qarşılaşdığı ən böyük çətinliklərdən biri də düzgün münasibətin qurulmamasıdır. Problemin kökündə isə özünəinamsızlıq dayanır. Özünəinamı olmayan gənclərimiz irəli getməkdə çətinlik çəkirlər, əllərinə düşən fürsətləri belə itirirlər: “Bəzən gənc xaricdə təhsil almaq və yaxud iş qurmaq istədiyini deyir. Amma görürsən ki, addım atmaq üçün özünə kifayət qədər inamı yoxdur. Onunla istiqamətləndirici söhbətlər aparıb doğru seçimlər etməsinə çalışmaq lazımdır. Bunu isə hər kəs yox, həyat təcrübəsindən keçən insanlar - fərdi inkişaf üzrə mütəxəssislər etməlidir. Bu insanlar bir növ, öz qazandığı təcrübənin satışını həyata keçirirlər”.
A.Mehdiyev onu da vurğulayıb ki, bu gün xüsusilə də əks cinslər arasında münasibətlərin qurulmasında problem yaşanır: “Problem birtərəfli olacaq deyə bir şey yoxdur. Bəzən hər iki tərəf də problem yaşaya bilər. Kimə görəsə xoşbəxtliyin açarı ancaq pul, yaxud xarici gözəllikdir. Münasibətlər mənfəət yox, insani dəyərlər, sədaqət, fədakarlıq, mehribanlıq üzərində qurulmalıdır. Bir kəs sevgisi ilə yemək hazırlayıb sənə təqdim edirsə, onun qiyməti heç bir madiyyatla ölçülə bilməz. İnsanlar məsələyə ancaq materialistik nöqteyi-nəzərdən baxırlar. Arada rəqabət yaradırlar. “Sən axtarmadığın üçün, mən də səni axtarmadım” deyib yarışa girirlər. Unudurlar ki, bu rəqabətin qalibi yoxdur. Hər iki tərəf də məğlubdur. Korlanmış münasibətləri bərpa etmək üçün onunla ünsiyyət qurun. İnsan “Mənim bu barədə narahatlığım var. Gəl, bunu düzəldək” deməyi bacarın. Anlaşılmazlıqları çözmək üçün mütləq danışmaq lazımdır. Yoxsa sıxıb özünü saxlasan, problem zamanla böyüyüb partlayacaq, daha böyük fəlakətlərə yol açacaq. Əgər heç cürə ünsiyyət qurmaq mümkün deyilsə, o zaman sağollaşın. Bəzən qəti olmaq lazımdır. Tək qalmaq qorxusu ilə yanlış ömür sürməyin. Həyatınızı məhv etməyin. Pis insanla birlikdə olmaqdansa, tək olmaq daha yaxşıdır. Birinci, özünüz özünüzə dəyər verməyi öyrənin. Ən əsası, doğru insanı tapdığınız an onu itirməməyə çalışın”.
“Maksimum rasional olmaq lazımdır. Emosional yox, rasional qərarlar verməyi öyrənin. Doğru bildiklərinizin ardınca gedin. Həqiqət qərəz yox, ağıl və mənəviyyat üzərində qurulubsa, heç nədən qorxmayın”, - deyə fərdi inkişaf üzrə mütəxəssis söyləyib.
Xəbər lenti
Hamısına baxElm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31

