Avtobuslarda gediş haqqı 70 qəpik olacaq?
12.04.2022 [10:11]
MÜŞFİQƏ
Bakıda şəhərdaxili marşrut avtobuslarında gediş haqqının artırılması istiqamətində fikirlər səsləndirilir. Gediş haqqının 70 qəpiyədək qaldırılacağı iddia olunur.
Xatırladaq ki, sonuncu dəfə Tarif Şurası 2018-ci ildə ictimai nəqliyyatda gediş haqlarının tənzimlənməsi ilə bağlı qərara əsasən, Bakıda ictimai nəqliyyatda gediş haqlarını 20 qəpikdən 30 qəpiyə qaldırmışdı.
BNA: Bizim səlahiyyətimizdə deyil
Avtobuslarda gediş haqqı qaldırılacaqmı? Bəs BNA qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət edibmi? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən BNA-nın mətbuat katibi Mais Ağayev yayılan məlumatları təkzib edib.
O, bildirib ki, bununla bağlı təmsil etdiyi qurum heç bir müraciət etməyib: “İctimai nəqliyyatda gediş haqlarının tənzimlənməsi Bakı Nəqliyyat Agentliyinin səlahiyyətində deyil. Bu məsələlər Tarif Şurasının səlahiyyətindədir. Bakı Nəqliyyat Agentliyi məsələ ilə bağlı Tarif Şurasına müraciət etməyib. Bu barədə özəl şirkətlər müvafiq qurumlara müraciət edib”.
19 şirkət İqtisadiyyat Nazirliyinə müraciət edib
Məlumdur ki, hazırda Bakı şəhərində ictimai nəqliyyatın 80%-ə qədərini özəl daşıyıcı şirkətlər icra edir. Həmin 19 sərnişindaşıma şirkəti mövcud tariflərə yenidən baxılması və özəl daşıyıcılara dövlət dəstəyinin artırılması ilə bağlı Tarif Şurasına, iqtisadiyyat naziri Mikayıl Cabbarova və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət ünvanlayıb. Müraciətdə ictimai nəqliyyatda mövcud olan vahid tarif siyasəti ilə ölkədəki və dünyadakı bazar reallıqları arasında kəskin fərqlərlər yarandığı deyilib.
Şirkətlərin kollektiv şəkildə imzaladığı müraciətdə qeyd edilib ki, hər şeyin qiyməti qalxdığı kimi, ehtiyat hissələrinin də qiyməti 5 dəfə bahalaşıb. Eləcə də sığortanın və yanacağın qiyməti artıb. Bundan başqa, şirkətlərin parklarında olan təxminən 700-dən artıq avtobus sərnişinlərə xidmət göstərə bilmir.
Qısası, onlar qiymətin maksimum 85, minimum 40-50 qəpik olmasını istəyirlər.
Tarif Şurası nə deyir?
Bakıda fəaliyyət göstərən sərnişindaşıma şirkətlərinin avtobuslarda gediş haqqının artırılması məqsədilə Tarif Şurasına müraciət etməsi və gediş haqqının qaldırılacağı ilə bağlı məlumatlara Tarif Şurası aydınlıq gətirib.
Rəsmi məlumata görə, gediş haqlarının artırılması gündəmdə olmadığı üçün bu barədə müzakirə aparılmır: “Hazırda ictimai nəqliyyatda gediş haqqının dəyişdirilməsi məsələsi gündəmdə deyil”.
Gediş haqqının qaldırılmasına yol vermək olmaz
Daşıyıcı qiymətdən, sərnişin xidmətdən, mütəxəssislər isə ümumi vəziyyətdən narazıdır. Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, sərnişindaşıma şirkətlərinin haqlı iradları nəzərə alınmalıdır. Amma çıxış yolu qiymətləri artırmaq deyil: “İctimai nəqliyyat Azərbaycanda dövlət tərəfindən tənzimlənən xidmətlərdən biridir. Çox ciddi sosial məsələdir. Qiymət artımı insanların gündəlik həyat tərzinə və mənafeyinə ciddi təsir edən bir nüansdır. Bu qiymətləri necə gəldi dəyişdirmək olmaz. Əks təqdirdə, insanların rifah halına çox pis təsir edəcək. Qiymətlərin qaldırılması insanların sosial vəziyyətlərinin pisləşməsi ilə yanaşı, yol hərəkəti təhlükəsizliyində də problemlər yaradacaq. Belə ki, insanlar avtobus əvəzinə taksidən istifadə etməyə, bir qism insanlar isə kredit yolu ilə də olsa, özünə avtomobil almağa başlayacaq. Yollardakı tıxacı təsəvvür edə bilirsinizmi? Onsuzda günümüzdə ictimai nəqliyyata maraq azdır. Bir sözlə, avtobusda gediş haqqını artırmaq olmaz”.
Avtobuslar pulsuz olmalıdır!
Ekspert hər iki tərəfin mənafeyini düşünən təklif irəli sürüb. Onun sözlərinə görə, gediş haqqı olduğu kimi qalmalı, şirkətlərdə yaranan xərclər dövlət tərəfindən qarşılanmalıdır: “İctimai nəqliyyatla məşğul olan daşıyıcıların dövlət tərəfindən ciddi dəstəyə ehtiyacı var. Dövlətdən dotasiya istəyirlər. Sosial öhdəlik olduğu üçün istəmək haqları da var. İstəyiriksə, vətəndaşlarımız vaxtlı-vaxtında və gərginlik yaşamadan işlərinə çatsın, o zaman mükəmməl ictimai nəqliyyatımız olmalıdır. Bunun üçün də dövlətin dəstəyi mütləqdir.
Məsələn, dünyanın inkişaf etmiş ölkələrindən olan Estoniyada, demək olar ki, ictimai nəqliyyat pulsuzdur. Nəqliyyatın xərclərini dövlət və yaxud bələdiyyələr qarşılayır. Düşünürəm ki, ictimai nəqliyyatların vəziyyəti audit olunmalı, daşıma xərcləri müəyyən edilməlidir, şəffaf maliyyə dəstəyi mexanizmi tapılmalıdır. Biz artıq gecikmişik. 20 il bundan əvvəl müvafiq mexanizmi tapıb həyata keçirməli idik. Əgər ictimai nəqliyyat olmasa, Bakıda tıxac problemini heç kim həll edə bilməz. Bu nöqteyi-nəzərdən, gediş haqlarının qaldırılmasından söhbət belə getməməlidir”.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29

