Tarixi əfsanəyə çevirən şəhər
02.04.2022 [10:00]
Türk dünyasının mədəniyyət paytaxtı oldu
F.UĞURLU
TÜRKSOY-un qərarıyla Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilib. Çox haqlı, çox da insaflı qərardır.
Şuşa torpağı, şükür Allaha, yiyəsinə qovuşdu. İndi qalır Şuşanın ruhunu özünə qaytarmaq. Əgər Şuşanın cismini qəhrəman əsgərlərimiz, sərkərdələrimiz azadlığa çıxardısa, ruhunu qələm adamlarımız, ziyalılarımız bərpa eləməlidir. Fiziki ərazisi kiçik olsa da, Şuşanın mənəvi ərazisi bütöv Azərbaycan boyda, Turan boydadır. Bəstəkarları, müğənniləri, xanəndələri, rejissorları, rəssamları, heykəltəraşları, sərkərdələri, siyasi xadimləri öz yerində, ovuc içinə sığan bu şəhər adı Azərbaycan söz sənətinin, ictimai fikrinin tarixinə qızıl hərflərlə yazılmış Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Firudin bəy Köçərli, Əhməd bəy Ağaoğlu, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Üzeyir bəy Hacıbəyov, Yusif Vəzir Çəmənzəminli kimi azman söz ustalarının, fikir atalarının vətənidir. Bu mənəvi sərvət bir yox, on şəhərə yetər.
Şuşa tariximizlə folklorumuzun qovuşağında yerləşir. Böyük sənət, böyük ədəbiyyat bunların kəsişməsində yaranır. Bu qovuşaqda tarix əfsanəyə, əfsanə tarixə çevrilir. Yaşca cavan olsa da, şəhərlər şəhəri Şuşa xalqımızın təhtəlşüurunda arxetipə, mifə, simvola dönüb, ruhumuza elə hopub ki, onu oradan heç nəylə silmək mümkün deyil. Əgər savaşdan qabaq ermənilər işğal altındakı torpaqların Xankəndi, Xocalı qarışıq hamısını son qarışına qədər qaytarıb, yalnız Şuşa şəhərini özlərinə saxlamağı təklif eləsəydilər, əminəm, Azərbaycanda buna razılıq verən bir nəfər belə tapılmazdı.
Yusif Vəzir Çəmənzəminli Molla Pənah Vaqif haqqında məqaləsində “mıxı mismara döndərən Allah” məsəlinin yaranmasıyla bağlı bunları yazır: “Pəs, təqdiri-qəza bir tövr oldu ki, gecə şahı qətlə yetirdilər. Molla Pənah salamat qaldı... Qarabağda mismar mıxın böyüyünə deyirlər. Bu mıx-mismar məsələsinin tarixçəsi belədir: Ağa Məhəmməd şah Şuşanı aldıqdan sonra bir çox adamı həbs etdirmişdi. Şahın əmrinə görə həbsdəkilərin başı kəsilib onlardan bir minarə yapılmalı imiş. Dəmirçilər səfərbərliyə alınıb mıx qayırmaqla məşğul imişlər. Gecə sabaha qədər lazımi miqdarda mıx hazır olmasa imiş, dəmirçilərin də başı kəsiləcəkmiş. O gecə şahı öldürürlər, dəmirçilərə xəbər gedir ki, mıx lazım deyil, şahın tabutu üçün bir neçə mismar lazımdır. Təhlükədən qurtaran dəmirçilərdən birisi: “Ey mıxı mismara döndərən Allah!” deyə sevincini ifadə edir. Bu sözlər məsəl olaraq xalq arasında indi də qollanır”.
İndi bu məşhur rəvayətdə tarixi əfsanədən necə ayırasan?
Bir rəvayəti də xatırladım. Şuşanı mühasirəyə alan Qacar şah İbrahim xana fars dilində nəzmlə yazılmış bu məzmunlu məktub göndərir: “Fələyin mancanağı fitnə daşını sənin üstünə yağdırır, sən isə əbləhcəsinə şüşənin (şəhərin adına işarədir - F.U.) içində gizlənmisən”. Xan cavab yazmağı Vaqifə həvalə eləyir, Molla Pənah eyni dildə eyni üsulla şaha belə cavab verir: “Məni saxlayan Allahı ki mən tanıyıram, O, şüşəni daşın içində də qoruyar”.
Bu rəvayətdə tarixinmi payı çoxdur, folklorunmu - bilinmir. Gerçəkdən müqəddəs Şuşa üç əsrdən də az müddətdə həm el yaddaşımızda, həm tarixi yaddaşımızda əfsanəyə dönüb.
Şuşa həm də çarpaz mədəniyyətlər diyarı, Azərbaycan multikulturalizminin sütunlarından biridir. Biz bu kiçik şəhəri xalq ruhunun ən böyük ifadəsinə, ölkəmizin mənəvi simasının parlaq obrazına çevirməliyik.
Köhnə kişilər Şuşaya “Qala” deyərdilər. Həqiqətən bu şəhərin salındığı zirvə təbiətin qüdrət əliylə hörülmüş bir qaladır. O qalada, o şüşənin içində Azərbaycanın ürəyi döyünür, ruhu qorunur. Könül istərdi Şuşa Türk dünyasının təkcə mədəniyyət paytaxtı yox, bütövlükdə türk kimliyinin, türk əxlaqının, türk mənəviyyatının paytaxtı olsun. Özü də birillik yox, əbədilik. O qalanı bir də kimsə yara bilməsin, orada yatan xəzinəyə çirkli əllər uzanmasın.
Xəbər lenti
Hamısına baxSosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15

