Zaman səyyahlarının ayaq izləri - Milyon il əvvəllərə aid sirli tapıntılar
10.03.2022 [11:20]
İlhamə HƏKİMOĞLU
Müqəddəs Kitablarda deyilir ki, Allah Adəmlə Həvvanı bir neçə min il əvvəl yaradıb. Elm bildirir ki, bu, sadəcə uydurmadır və insanın bir neçə milyon il, sivilizasiyaların isə on minlərlə il yaşı var. Lakin arxeoloqların tapdığı və çox zaman gizlədilən bir çox artefaktlar var ki, yer üzərində ilk sivilizasiya olmadığımızı deməyə əsas verir. Bəzi tapıntılar o qədər mükəmməl hazırlanıb ki, bunları yalnız ən müasir texnologiyalarla bacarmaq olardı. Bu tapıntılara əsasən, Yerdəki həyatın tarixinin ya yanlış izah edildiyini demək olar, ya da zaman yolçuluğu mümkündür və bizdən gizlədilir.
Başqa bir versiya da var. Yer üzündə bir-birinə paralel olaraq kosmosa uçan insan da var, cəngəlliklərdə yarıçılpaq gəzən qəbilə adamları da. Ola bilər ki, müasir insandan bir neçə mərhələ irəli getmiş və bizim dərkində olmadığımız daha inkişaf etmiş bir sivilizasiya da var? Kim bilir.
Bu günə qədər Yer kürəsində qədim zamanlarda yüksək inkişaf etmiş sivilizasiyaların yaşamasından xəbər verən çoxlu əsərlər tapılıb. Elm adamları bu artefaktlara izah tapa bilmirlər, çünki bu, Darvinin insanın meymundan yaranması nəzəriyyəsinə uyğun gəlmir. Ona görə bu tapıntıların mövcudluğu barədə susulur. Bu qəribə tapıntılar cavabdan daha çox suallar doğurur. Belə çıxır ki, bəşər sivilizasiyaları düşünüldüyündən xeyli əvvəl mövcud olub. Və ya planetdə insanlardan əvvəl yüksək mədəniyyətə malik olan başqa ağıllı varlıqlar da var olub.
Ən nəhayət, bizim daşlaşmış süxurların yaşını təyin etmək üsullarımız tamamilə yanlışdır və qayalar, kömür qatları və süxurlar düşündüyümüzdən çox daha əvvəl əmələ gəlib.
Son 100 ildə tapılmış maraqlı artefaktları diqqətə çatdırmaq istərdik.
Cənubi Afrikada mədənçilər yerin altından sirli metal toplar qazıb çıxardılar. Mənşəyi naməlum olan bu topların diametri təqribən 3 santimetr idi. 2,8 milyard il yaşı olan bu mükəmməl kürələri kimin və nə üçün yaratdığı sirr olaraq qalır.
65 milyon il əvvəl metalla işləyə bilən heç bir insan yox idi. Belə olan halda Fransada tabaşir dövründən qalmış yarımoval metal boruları, spiralları elm necə izah edir?
1885-ci ildə bir kömür parçasının içində milyon il əvvələ aid, bacarıqlı usta əlindən çıxmış metal kub tapıldı.
1912-ci ildə elektrik stansiyasının işçiləri böyük bir kömür parçasını sındırarkən onun içindən dəmir küp düşdü. Mezozoy dövrünə aid qumdaşı blokunun içindən isə müasir dövrün istehsalına bənzəyən mismar tapılıb. Belə anomaliyalar daha çoxdur. 15 milyon il əvvələ aid bir süxurda isə müasir insan ayaqqabılarının izi tapılıb.Tapıntı Nevadada, Fişer kanyonunda aşkarlanıb.
290 milyon il əvvəl müasir insanın ayaqqabılarının izi bu süxurlara necə düşə bilərdi? Bu zaman səyyahının ayaq izidir? Bəlkə yüksək texnologiyalar sayəsində zamanda yolçuluq mümkün olub və onlar təsadüfən iz buraxıblar?
Çinin Mazonq dağlarında daş kolleksiyaçısı Gillin Vanq tərəfindən tapılan sərt qara daşın içərisində mənşəyi məlum olmayan metal şrup tapılıb. Bəziləri deyir ki, bu daş kosmosdan gəlmiş meteoritdir və mismara sancılaraq yerin dərinliklərinə işləyib. Amma bu, bərk qayalarda metal vintlərin tapılması ilə bağlı yeganə hal deyil, başqa nümunələr də var.
Antikitera mexanizmi
1900-cü ildə Yunan dalğıc Lykopantis tərəfindən Egey dənizində batmış yunan gəmisinin qalıqları arasında tapılıb. Artefakt əhəngdaşı parçaları içərisində bərkidilmiş bir neçə tunc çarxdan ibarətdir. Elm adamları müxtəlif müasir üsullarla aydınlaşdırdılar ki, bu qədim qurğu həftənin gününü, ilini, vaxtı, həmçinin Günəşin, Ayın, Mars, Venera, Merkuri, Saturn və Yupiterin hərəkətini hesablamaq üçün imiş. Mexanizmin əks tərəfi Günəş və Ay tutulmalarını proqnozlaşdırmaq üçün istifadə edilib. Çox güman ki, batan gəmi bir vaxtlar yunan astronomu və riyaziyyatçısı Nikeyalı Hipparxın yaşadığı Rodos adasından gəlib. Jak Kusto tərəfindən batan gəmidə tapılan sikkələrdən məlum olub ki, mexanizm eramızdan əvvəl 85-ci ildə yaradılıb. Mexanizmi Arximed özü icad etdiyi güman edilir.
1936-cı ildə Texas ştatının London şəhəri yaxınlığında qədim daş tapıldı. Daşı maraqlı edən onun yaşının 110 -115 milyon il olması və içindən çıxan taxta saplı dəmir çəkic idi.
Bağdad batareyası
Bu gün hər yerdə təkrar doldurulan batareyalar satılır. Ancaq 2000 il yaşı olan yalnız bir batareya var. Bağdad batareyası adlanan bu tapıntı Parfiya dövrünün xarabalıqlarında aşkar edilib və eramızdan əvvəl 248-ci ilə aid edilir. Cihaz üç komponentdən ibarətdir - hündürlüyü 14 sm olan gil qab, içərisinə oksidləşmiş mis silindr daxil edilib və qatranla bərkidilib. Misir ehramlarında tapılmış daş rəsmlərdə də belə batareyaların rəsmlərinə rast gəlmək olur. Hətta bu rəsmlərə əsasən demək olar ki, qədim misirlilər elektrik enerjisini fərqli yolla əldə etməyi öyrənmişdilər, kahinlər bunu böyük sirr kimi qoruyub saxlayırdılar. Artefaktı tədqiq edən mütəxəssislər belə qənaətə gəliblər ki, bu cihazı turşu və ya qələvi məhlulla doldurmaqla elektrik yükü yaradan adi akkumulyator əldə etmək olar. Bu qədər qabaqcıl texnologiyaları yaradan sivilizasiyaya nə oldu, onlar hara getdilər? Bax bu sualın cavabı yoxdur. Qədim əfsanələrə əsasən Nuh tufanında yerin məhv olmasından və yeni başlanğıcdan danışılır. Bu sizcə təsadüfdür?
Kosta-Rikanın daş topları
1930-cu illərdə Kosta-Rikanın keçilməz cəngəlliklərində insanlar təsadüfən heyrətamiz bir tapıntı ilə qarşılaşdılar: Onların qarşısında əksəriyyəti demək olar ki, mükəmməl yuvarlaq formaya malik olan onlarla daş top var idi. Toplar ölçülərinə görə fərqlənirdi. Onlar arasında tennis topu böyüklüyündə olanlar da var idi, 16 ton çəkiyə malik nəhənglər də. Şübhə yoxdur ki, bu toplar insan əllərinin məhsuluydu, onları kimin, hansı məqsədlə və ən əsası ifrat dəqiqliklə mükəmməl kürə formasında kim yaratmışdı? Bu məlum deyil.
Ekvadorda 2000 yaşlı daş heykəlciklər tapılıb. Heykəlçiklər astronaft fiqurlarıdır. Təəccüblü deyilmi?
Perunun Dövlət Muzeyində saxlanan İki daşları da maraqlıdır. Daş üzərində başında şlyapa, gözündə teleskop olan və göyə baxan insan təsvir edilib. Tapıntının 30000 il yaşı var. Qaliley teleskopu 300 il əvvəl icad edib, amma İkilər 30 min il əvvəl astronomiya ilə məşğul olublar? Bu arada Cənubi Amerikada yaşayan bir vəhşi qəbilənin insanları da özlərini Sirius ulduzundan gələnlər hesab edirlər və bu ulduz barədə hər şeyi bilirlər.
Sabu diski - bu mistik artefaktın hansısa bir qurğunun parçası olduğu ehtimal edilir. 1936-cı ildə Misirdə Mastab Sabunun sərdabəsində tapılıb. Sərdabə bizim eradan əvvəl 3000-ci ilə aiddir.
600 milyon yaşlı vaza barədə məlumat 1852-ci ildə elm jurnallarından birində dərc olunmuşdu. 12 sm hündürlükdə olan bu vaza partlayış zamanı 600 mln. ilə aid bir süxurun içindən çıxmışdı.
1895-ci ildə Britaniyanın Atrim şəhərində 12 futluq (3,7 metr) daşlaşmış nəhəngin skeleti tapıldı. Nəhəngin şəkilləri 1895-ci ildə “Strend” jurnalında dərc edildi. Onun sinəsinin çevrəsi 2 metr təşkil edirdi, nəhəngin əl və ayaqlarında 6 barmaq var idi. Alimlər onun Bibliyada adı çəkilən altıbarmaqlı nəhəng Qefe olduğunu güman edirlər.
Misir piramidalarının iç divarlarında, daş üzərində təsvirlərdə müasir tankları, təyyarələri, astronavtları xatırladan çoxlu sayda təsvirlər var. 5000 il öncə yaşayan insanlar bu günün texnologiyalarını necə dəqiqliklə təsvir etmişdilər? Bu kimi faktlar yüzlərlədir. Biz kosmosa əl uzadarkən hələ özümüzü tanımırıq. Biz kimik? Hardan gəlib hara gedirik? Hədislərə görə İslam peyğəmbəri Adəm yaranmazdan öncə 5 sivilizasiyanın olduğunu söyləyib. Bu sivilizasiyaların hər biri öz səhvlərinə görə məhv olublar. Necə ki, müasir insan özünü öz yaratdığı nüvə silahları ilə təhdid edir. Sizcə min illər sonra bu günümüzə dair qalıqları tapanlar kosmos dövründə yaşayan yarıçılpaq qəbilə insanlarına heyrətlənməyəcəkmi?
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

