Təhsil sahəsində imzalanan II Dövlət Proqramı
01.03.2022 [10:06]
İxtisaslı kadrların formalaşması istiqamətində böyük addımdır
Prezident İlham Əliyev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” təsdiq edilib.
Sənədə əsasən, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Təhsil Nazirliyinin sifarişi əsasında İqtisadiyyat Nazirliyi həyata keçirəcək. Dövlət Proqramının icrası zamanı yeni dövrün prioritet ixtisas sahələrinə üstünlük veriləcək. Məsələn, informasiya texnologiyaları, mühəndislik, statistika və verilənlərin təhlili, təhsil, dövlət idarəetməsi, ictimai səhiyyə, iqtisadiyyat və s. Nəzərdə tutulan müddətdə hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsili təmin ediləcək. Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə edəcək.
Qeyd edək ki, xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları üzrə qayda hazırlanacaq. Beynəlxalq fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qaliblərinə nüfuzlu xarici ali təhsil müəssisələrində ali təhsilin bakalavriat səviyyəsi üzrə təhsil almaq istiqamətində, bakalavriat səviyyəsini yüksək nəticələrlə başa vurmuş, intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli gənclərə isə magistratura səviyyəsində üstünlük veriləcək.
Sənəddə qeyd olunub ki, xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi qaydasında müəyyən ediləcək maliyyələşdirmə mexanizmləri qarşılıqlı məsuliyyət və etimad prinsipinə əsaslanacaq və tərəflərin öhdəlikləri dəqiq müəyyən ediləcək. Qaydada akademik müvəffəqiyyətsizlik və ölkəyə qayıtmamaq riskləri düzgün qiymətləndiriləcək, bu risklərin qarşısının alınması məqsədilə qabaqlayıcı şərtlər müəyyən ediləcək. Hazırlanacaq qayda gənclərin dövlət hesabına nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil almalarına və məzun olduqdan sonra ölkəyə qayıdaraq yüksəkixtisaslı kadr kimi Azərbaycanın dayanıqlı inkişafına töhfə vermələrinə imkan yaradacaq.
Təhsil eksperti Kamran Əsədov “Yeni Azərbaycan” qəzetinə açıqlamasında bildirdi ki, ali təhsilin beynəlxalq rəqabətliliyinin artması və ixtisaslı kadrların formalaşması istiqamətində bu proqram böyük addımdır: “Bu, İlham Əliyev tərəfindən təhsil sahəsində imzalanan ikinci dövlət proqramıdır. 2007-2015-ci illər üçün nəzərdə tutulan Dövlət Proqramında 5000 nəfər gəncin xarici universitetlərdə təhsil alması nəzərdə tutulsa da, bu statistika 3500 nəfər oldu. Həmin 3500 gəncin təhsilləri üçün 95 milyon manatdan çox vəsait ayrılmışdı. Həmin şəxslər aparıcı universitetlərdə zəruri ixtisaslar üzrə təhsil aldılar. Əvvəlki proqram üzrə təhsilalanlar artıq əmək bazarındadır. Zəncirin davamlı olması üçün xarici ölkələrdə təhsil alan yeni gənclərə ehtiyac var.
Burada tamamilə fərqli ixtisaslar yer alır. Gələcək üçün iqtisadiyyat, səhiyyə və informasiya texnologiyaları üzrə kadrlar yetişdirməliyik. Hesab edirəm ki, azərbaycanlı gənclər dünyanın top 5 universitetlərində oxumağa göndərilməlidir. Proses öncədən elan ediləndən sonra bir neçə mərhələli seçim əsasında baş tutmalıdır. Əvvəlki seçimlərdə o qədər də şəffaflıq olmadı, çünki kənar müdaxilələr var idi. İnanıram ki, hazırkı seçim şəffaf olacaq və bu proqramda rəqəmlər daha çox olacaq”.
Günel ABBAS
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03

