Yaşanmamış yaşamlar
03.02.2022 [10:35]
Müşfiqə BAYRAMLI
Alman psixoanalitik Erik Frommun qənaətinə əsasən, bütün pisliklərin və müharibələrin arxasında yaşanmamış həyatlar dayanır.
Aparılan araşdırmalar göstərir ki, insan yaşa dolduqca geriyə dönüb yaşamaq istəyir, amma yaşaya bilmədiyi həyatını görür. “Mən yaşadım? Bu mənim həyatım idi?” tipli suallar verir. Belə insanlar ömrü boyu “başqaları nə deyər” deyə düşünür, başqalarının gözləntilərini doğrultmaq üçün yaşayır. Yaşlandıqca hər şeydən narazı qalmağa başlayırlar. Xüsusilə də, uşaqlara və gənclərə qarşı çox acıqlı olurlar. Xoşbəxt insan görmək belə istəmirlər. Səbəbi yaşanmamış yaşamdır.
Pis yaşamaq qorxusu
Oğuz Atayın “Tutunamayanlar” kitabında qeyd edilir: “Yatağımın qarşısında bir pəncərə var. Otağın divarları bomboşdur. On il bu evdə necə yaşamışam? Niyə bir dəfə də olsun divara rəsm asmaq istəməmişəm? Niyə belə etmişəm axı? Xəbərdarlıq edən də olmadı. Bax, bu da mənasız həyat! Budur mənim sonum. Zövqsüz şəkil asaram qorxusu ilə heç bir şəkil asmadım, pis yaşamaq qorxusu ilə yaşamadım”.
“Başqaları nə deyər” yox...
Önəmli olan “başqaları nə deyər” yox, “mən nə deyirəm”dir. “Yaşadığım həyat və şərtlər budur, daha çoxunu istəyirəm. Lakin bunu dəyişmək üçün nə etmişəm?” deyə heç özünüzə sual vermisiniz? Psixoloqların fikrincə, insan hər zaman daha çoxunu və daha yaxşısını istəyir, amma olduğu nöqtədən irəli addım atmağa da cəsarət etmir. Komfort zonasını tərk etməkdən qorxur. Xəyal etdiyi, arzuladığı həyatı yaşaya bilməməsini mühafizəkar ailəsinin olması ilə, eləcə də maddi vəziyyətlə əlaqələndirir və yaxud yaşadığı cəmiyyətin mental dəyərlərini bəhanə gətirir. Bir sözlə, heç kəs olduğu yerdən razı deyil. Hər başqa yerə getməyi xilas yolu hesab edir. Bəs, hər kəs qərib (qərbli) olsa, günəş haradan doğacaq?
Özünü kəşf et!
“Mənə görə həyat bir kəşfdir. Həyat kəşfə çıxmış səyyahın səfəridir. Bəs, o nəyi kəşf edir? Özünü...”, - deyə yazıçı, psixoloq Doğan Cüceloğlu söyləmişdi. Onun həyata dair kitablarında əsas qəhrəman insanın özüdür. Cüceloğlu deyirdi ki, həyat onsuz da çətinliklərlə doludur. Ürəyincə yaşamaq, xoşbəxt olmaq asan deyil: “Gənclik illərimdə özümü dəyərsiz, bədbəxt hiss edirdim. Amma yaşamaqdan əl çəkmədim. Özümü kəşf etdim, çətinliklərə sinə gərdim. Bu gün isə həyatım daha mənalı, coşgulu və məmnunluq hissi ilə doludur”.
Çiynimizdəki ən ağır yük...
Mövzu ilə bağlı psixoloq İlhamə Vəliqızı ilə həmsöhbət olduq. O deyir ki, bir insanın çiynindəki ən ağır yükü valideynlərinin yaşanmamış həyatlarıdır. Onun sözlərinə görə, hər şey ailədən başlayır. Yaşadığımız, bəzən də yaşaya bilmədiyimiz həyatın qurucuları məhz ailələrimizdir: “Bəzən valideynlər övladlarını həkim, polis kimi peşələrə istiqamətləndirir. Onlar həyata keçməmiş arzusunu reallaşdırmaq üçün övladlarından istifadə edirlər. Bəzən də övladlar heç bir təkid olmadan özlərini valideynlərinin arzuları yolunda qurban verirlər. Valideyni istədiyi üçün həkim olur. Halbuki həkimlik peşəsini o qədər də sevmir. Həyatdan heç bir zövq almır, xoşbəxt ola bilmir. Elə bil ki, nə isə çatmır, həyatında rəng yoxdur”.
Natamamlıq kompleksi
İ.Vəliqızı söyləyir ki, layiq olduğu həyatı yaşamayan insanlar daha sonra aqressiv olmağa başlayırlar. Buna səbəb natamamlıq kompleksidir: “Bu kimi insanlar hansısa uğurlu insan görəndə, yaşaya bilmədiyi həyatı kimsə onun gözünün qarşısında yaşayanda aqressiv olurlar. Öz həyatlarının çatışmayanlarına görə başqalarından intiqam almağa çalışırlar. Psixologiyada buna natamamlıq kompleksi deyilir. Natamamlıqdan əziyyət çəkən insanlar dəbdəbəli həyat yaşayan və onu sosial şəbəkədə paylaşan insanlara qarşı təhqiredici sözlər yazmağa başlayırlar. Özlərinin yaşamaq istəyib yaşaya bilmədiyi həyatın hirsini hansısa subyektə və obyektə yönəldirlər”.
İnsan həyatını istənilən yaşda dəyişmək gücündədir
“Bütün hallarda problemlər nə qədər dərin olsa da, psixoloqla danışıb xilas yolu tapmaq mümkündür. İnsan həyatını istənilən yaşda dəyişmək gücündədir. Yetər ki, bunu dərk etsin və daxilən istəsin. Belə bir deyim var: mən keçmişə qayıdıb nəyisə dəyişə bilmərəm, amma gələcəyə doğru çox şeyi dəyişərəm. Artıq olan olub, keçən keçib. Enerjinizi keçmişdə baş verən şeylərə görə həsr etməyin. Gələcəyə köklənin”, - deyə psixoloq söyləyir.
Xəbər lenti
Hamısına baxİdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25

