Gecikən təhsil...
12.01.2022 [10:35]
12 illik təhsil bizə nə verə bilər?
Şahanə Paşazadə
Hazırda dünyanın inkişaf etmiş ölkələrində orta təhsilin müddəti 11 deyil, 12 ildir. ABŞ və Avropanın demək olar bütün ölkələrini buna nümunə göstərmək olar.
Bir müddət əvvəl təhsil naziri Emin Əmrullayev də Azərbaycanda 12 illik təhsil sisteminin tətbiqi ilə bağlı fikir bildirib. O deyib ki, bu proses birdən-birə yox, mərhələli şəkildə həyata keçirilməlidir.
12 illik təhsil sistemi ilə bağlı uzun illərdir söhbət dolaşsa da, bəzi ekspertlər bunun əleyhinə çıxış edir, bunu yalnız zaman itkisi kimi qiymətləndirirlər.
“Yeni Azərbaycan” qəzetinə münasibət bildirən təhsil eksperti Kamran Əsədov isə 12 illik təhsil sisteminə keçidin zəruri olduğunu vurğulayıb: “Dünya Təhsil Forumunda 12 illik təhsilin minimum standart kimi tətbiq olunması barədə deklorasiya layihəsində bu, bir daha öz əksini və təsdiqini tapıb. Hazırda 12 illik ümumi təhsili tətbiq edən ölkələrin dünya üzrə çoxluq təşkil etməsi də beynəlxalq təhsil sisteminə inteqrasiya baxımından bu keçidi zəruri edir. Digər tərəfdən, hesab edirəm ki, 12 illik təhsilə keçid uşaqların tədris yükünün, eləcə də fənlər üzrə təlim yükünün hansısa mərhələdə yüngülləşməsinə xidmət edəcək. Təhsilin peşəkar inkişafı, məzmunca yenilənməsi, təmayülləşmə və ixtisaslaşmanın həyata keçirilməsi, təhsil proqramlarının həddən artıq yükləmələrdən azad olunması, digər pedaqoji, psixoloji, habelə iqtisadi xarakterli məsələlərin həlli də qaçılmazdır. Hesab edirəm ki, 12 illik təhsil sisteminə keçid illəri artırmağa hesablanmamalı, bu, yalnız seçilən yolun düzgün və aparıcı beynəlxalq təcrübəyə əsaslanan bir yol olduğuna əmin olduqdan sonra gerçəkləşə bilər. 12 illik təhsil sistemi artıq dünyada özünü doğrultmuş sistemdir. 11 illik təhsil sistemi isə daha çox geridə qalmış postsovet məkanında mövcuddur. Dünyanın aparıcı ölkələrində orta təhsil 12 ildir. Elə ölkələr var ki, hətta orta təhsil 13-14 ilə qədər çəkir. 11-12 illik təhsil üçün artıq yeni proqramlar tərtib olunmalıdır”. Ekspert 12 illik təhsilə keçmək üçün gecikdiyimizi də vurğulayıb. Onun fikrincə, bu addım təhsil haqqında yeni qanun qəbul olunanda atılmalı idi. Dərsliklərin də yeni kurrikuluma uyğun yazılması üçün müvafiq təcrübə və müddət tələb olunduğunu deyən K.Əsədov bildirib ki, bunun qəbul sisteminə təsiri, yeni tədris planları, yeni proqramlar, müəllim hazırlığı, əlavə ediləcək 1 ilin təhsilin hansı pilləsinə artırılması, təhsil pillələrinin 4+6+2 və yaxud 5+5+2 və ya digər hansısa sxem əsasında qurulması və s. kimi məsələlərin həlli tələb olunur: “12 illik təhsil sisteminə bütün ölkə üzrə birdəfəlik, yaxud tədricən keçilib-keçilməyəcəyi barədə də hələ ki, konkret qənaətə gəlinməyib”.
Beləliklə, 12 illik təhsilin həm avantajları, həm də disavantajları çoxdur. Əvvəla, 12 illik təhsil müddətində şagirdlərin bəzi dərs yüklərinin azalacağına heç bir şübhə yoxdur. Bu, həm riyaziyyat, fizika, kimya və s. belə çətin fənlərdə bölgü yaradır və onları daha yaxşı mənimsəmək üçün yetərli vaxt təmin edir, həm də universitetə daxil olmaq istəyən abituriyentlərin mövzuları daha əhatəli qavramasına kömək edir. Məsələn, Türkiyə 12 illik təhsilə 2012-2013-cü illərdə keçib, bu sistemin adı “4+4+4”-dür və məcburi təhsil sayılır. Şagirdlərin fikrincə, 12 illik sistemə keçdikdən sonra onların dərs yükü xeyli azalıb və daha produktiv olmağa başlayıblar. ABŞ və Avropa isə daha əvvəldən 12 illik təhsilə mənsubdurlar və təbii ki, hər ikisinin təhsil sahəsindəki uğurlarının statistikasına göz gəzdirdikdə 12 illik təhsil planının heç də yararsız olmadığına şahid oluruq. Bəzi xarici ölkələrdə universitetlərin bakalavr pilləsinə qəbul olmaq üçün 12 illik təhsil bitməlidir. Yəni Azərbaycanda abituriyentlərin əksər hissəsi 17 yaşında universitetə qəbul olurlar, lakin xaricdə bu mümkün deyil və xarici universitetlərdə bakalavr oxumaq üçün ya burada 1 il oxuyub sonra transfer olmaq lazımdır, ya da ki, 1 il gözləyib 18 yaşın tamam olmasını gözləmək...
Xəbər lenti
Hamısına baxDünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51

