Döyüşçülər medallarını niyə ala bilmirlər?
03.12.2021 [23:55]
İlhamə Rəsulova
44 günlük Vətən Müharibəsinin başa çatmasından 1 il ötdü. Bu müharibədə layiqincə iştirak etmiş hər bir döyüşçünün əməyi layiqli qiymətini tapır və tapacaq. Dövlət başçısının sərəncamları ilə 76349 min nəfər müharibə iştirakçısı müxtəlif orden və medallarla təltif edilib. Təltifini alanlar da var, almayanlar da.
Redaksiyamıza bir qrup Vətən müharibəsi iştirakçısından məktub daxil olub. Onlar müharibədən bir il keçməsinə baxmayaraq, hələ də medallarını ala bilmədiklərini yazırlar. Müraciət edərkən aldıqları cavab belə olub: “Medal yoxdur, istehsal olunsun, verəcəyik”.
Doğrusu, bu cavab bizə qəribə gəldi. Medalların hazırlanması prosesi bu qədər ağır və çoxmərhələlidir ki, medal çatışmır? 1 il ərzində istehsal edib başa çatdırmaq olmaz? Elə bu sualdan başqa bir sual da yarandı: döyüşçülərimizə verilən orden və medallar harada hazırlanır: Sualımıza bir çox hərbi ekspertlər, hətta Müdafiə Nazirliyinin sözçüsü Anar Eyvazov “bu barədə məlumatsızam” cavabını verdi.
Hərbi ekspert, ehtiyatda olan zabit Tərlan Eyvazov “Yeni Azərbaycan”ın sorğusuna cavab olaraq qeyd etdi ki, orden və medallar, ilk növbədə, şəhid ailələrinə verilir, daha sonra əlilliyi olan hərbçilər təltif olunur: “Proses mərhələli şəkildə aparılır, sıra ilə hamıya növbə çatacaq. Orden və medalların hazırlanmasının arxasında, eyni zamanda, iqtisadi amil də dayanır. Mənim bildiyimə görə, bir medalın hazırlanması 50 avroya başa gəlir. Avropada belədir. Bizim medalların da keyfiyyəti çox yüksəkdir və heç də Avropada istehsal olunanlardan geri qalmır. Yəni bu mənada, minlərlə medalın hazırlanması müəyyən maliyyə vəsaiti də tələb edir. Başqa bir məsələ də var ki, “hər medal dərhal veriləcək” deyə bir qayda yoxdur. Həzi Aslanovun layiq görüldüyü medallardan biri 50 il sonra ailəsinə təqdim edildi. Mən illər öncə Əfqanıstanda döyüşlərdə iştirak etmişdim, təltif edildiyim medalı 10 il sonra aldım. Medalların təqdimat prosesi hər bir rayonun səfərbərlik xidməti tərəfindən aparılır. Ola bilər ki, gecikmələrə səbəb olan amillərdən ən birincisi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli rayon idarə, şöbələrinin işi düzgün qurmamasıdır”.
Araşdırdıqdan sonra öyrəndik ki, döyüşçülərimizə verilən orden və medalların hazırlanması Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin nəzdində fəaliyyət göstərən “Azərsuvenir” MMC-yə tapşırılıb. MMC 2012-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan “Zərgərsənaye” İstehsalat Birliyinin bazasında yaradılıb. Müəssisənin əsas fəaliyyəti dövlət orden və medallarının, müxtəlif yubiley və xatirə medallarının, döş nişanlarının, dünya dövlətlərinin bayraqlarının, Azərbaycan milli naxış və ornamentləri ilə bəzədilmiş yüksək əyarlı hədiyyəlik gümüş məmulatlarının və digər milli suvenirlərin istehsalından ibarətdir. Bütün məhsullar “Azərsuvenir” MMC-nin istehsalı olan futlyarlarla fərdi qaydada qablaşdırılır.
“Yeni Azərbaycan”ın sorğusuna cavab olaraq bildirildi ki, “Azərsuvenir” yetərli sayda orden və medal hazırlayıb, əlaqədar qurumlara təqdim edib: “Qeyd olunan məhsulların müasir tələblərə cavab verən yüksəkkeyfiyyətli istehsalatını təmin etmək məqsədilə müəssisədə yeni istehsalat sahələri yaradılıb, müasir avadanlıqlar və yüksək texnologiyalar tətbiq edilib. Bütün məmulatların istehsalı peşəkarlardan ibarət bədii-texniki şuranın nəzarəti altında icra olunur. Məhsullarımız latundan hazırlanır, qızıl suyu ilə boyanır (qızıl medallar istisna olmaqla). İstehsal kütləvi şəkildə aparılsa da, hər bir medalın xüsusi nömrə nişanları olur. Siyahı üzrə qruplaşdırılır”.
Dövlət başçısı təltiflərlə bağlı müvafiq sərəncam imzalayıb, MMC-də yetərli sayda orden və medal hazırlayıb. Qalıb onların təqdimatı. Sənədlər hazırlandıqdan sonra medal ya döyüşçünün evində təqdim edilir, ya da həmin şəxs şöbəyə dəvət olunur. Bir çox səfərbərlik xidmətləri bildirirlər ki, döyüşçülərin sayı çoxdur, çatdırmaq olmur. Niyə olmur? Sadəcə işi düzgün tənzimləmək lazımdır. Bir-bir evlərinə getməyib, rəsmi mərasim hazırlamaq, bütün döyüşçüləri, ailə üzvlərini çağırmaq, medalları da hər kəsin gözü qarşısında təqdim etmək olar. Eyni gündə hər kəsin gözü önündə təqdimat həmin döyüşçülərə ruh verər, qiymətləndirildiklərini görmək onları sevindirər, səfərbərlik xidmətinin də üzü ağ olar. İşi elə qurmaq lazımdır ki, kimsə deməsin, “Qarabağı 44 günə aldıq, hazır medalı 1 ilə ala bilmədik”.
Xəbər lenti
Hamısına baxElm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31

