Zəfərin mübarək, əsgər!
30.10.2021 [10:03]
Sumqayıt Şəhidlər Xiyabanında “Zəfər çalmış əsgər” heykəli ucaldılıb. Uca boyu, məğrur duruşu, başının üstündə Vətən bayrağı dalğalanan, sağ əlində bütün düşmənlərə qarşı hazır silahı, yuxarı qaldırdığı sol əlində sülhə, vicdana, haqqa-ədalətə çağırış olan Azərbaycan əsgərinin əbədiləşmiş obrazı.
Qalib əsgər, Zəfər çalmış əsgər!
Gözümüzü sevindirən, könlümüzə rahatlıq gətirən obraz.
Bundan əvvəlki otuz ilin ərzində görmədiyimiz, həsrət qaldığımız, intizarında olduğumuz qalib əsgər obrazı.
Heçmi görməmişdik qalib əsgər heykəli?
Görmüşdük.
1941-45-ci illərdə faşizmə qarşı müharibəyə qatılıb yer üzünü bu bəladan xilas edən qalib sovet əsgəri obrazı idi o. Minlərlə azərbaycanlının da siması olan heykəllər bütün imperiya boyu, hətta xarici ölkələrdə də bizə qələbəni xatırlatmışdı.
Sonra...
Sonra düz otuz il biz başqa heykəllərlə ovunmuşduq.
Fəryad edən ana heykəlləri ilə...
Parklarımızı, xiyabanlarımızı “bəzəmişdi” o ağrı dolu susqun ana obrazının naləsi.
Hər birimizin anası idi o heykəllər.
Xocalılıların anası, Füzulililərin anası, Şuşalıların anası... hamımızın.
Çünki Azərbaycanın obrazı idi. Anamızın.
Qan ağlayan ruhu ilə gah boynunu büküb çarəsiz dayanırdı, gah əllərini açıb göylərə yalvarırdı, gah öldürülmüş körpəsini başı üstünə qaldırıb nalə çəkirdi...
Biz də işğal altındakı torpaqlarımızın anım günlərində başımızı aşağı salıb, gözlərimizi yerdən qaldıra bilmədən al qırmızı qərənfillər aparırdıq o ana üçün.
İllərdir ki, fəryad edən ananın qarşısına hər dəfə şəhid qanına bələnmiş qərənfilləri düzürdük.
Gözümüzün qarşısında isə dünyaya yeni nəsil uşaqlar gəlirdi, elə gözümüzün qarşısında da bizim hər xatırlayanda bağrımıza dağ çəkilən torpaqların işğal tarixlərini əzbərləyirdilər onlar. Sonra böyüyürdülər... elə qorxurduq ki, onların bu torpaqları unudacaqlarından, biz dünyadan köçəndən sonra sakitcə həyatlarına davam edəcəklərindən... Elə qorxurduq ki, Vətən müharibəsinin bir də heç vaxt ola bilməyəcəyindən, bu yeni nəsil uşaqların geyimləri, oxuduqları kitabları, baxdıqları filmlər, dinlədikləri mahnılar, başlarını qatdıqları oyunlar bizimki kimi deyil deyə... Elə bilirdik, onlar Vətən nədir bilməzlər bəlkə də. Amma yanılmışdıq!
Gözümüzün qarşısındaca alov dilimləri kimi boy atıb cəmi qırx dörd göz qırpımındaca düşməni yerin dibinə çökdürdülər. Aldılar torpaqlarımızı qəsbkarlardan. Yaralandılar, şəhid oldular, amma qalib gəldilər!
Bizə Zəfər gətirdilər ovuclarında.
Su gətirdilər, torpaq gətirdilər, xarıbülbül gətirdilər...
Onlar bizə əsl Azərbaycan kişisi obrazını qaytardılar.
O kişi məğrurdur, başının üstündə Vətən bayrağı dalğalanır, sağ əlində düşmənlərə qarşı daim hazır silahı, yuxarı qaldırdığı sol əlində sülhə, vicdana, haqqa-ədalətə çağırış... Zəfər çalmış əsgər kimi!
Cavi Dan
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43

