Koronavirus: dünyada azalır, bizdə isə artır...
16.10.2021 [10:07]
Mütəxəssislər vəziyyətdən çıxış yolunu nədə görürlər?
Artma yanvaradək davam edəcək
Koronavirus pandemiyası bəşəriyyət üçün hələ də böyük təhlükə olaraq qalmaqdadır. Mütəxəssislər pandemiyanın başladığı ilk vaxtlarda onun nə zaman bitəcəyi ilə bağlı müxtəlif proqnozlar versələr də, həmin proqnozların mutasiyalarla əlaqəli fikirləri istisna olmaqla çox hissəsi öz təsdiqini tapmayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə rəsmi olaraq bu barədə konkret zaman söyləmir.
Amma ÜST-nın sonuncu həftəlik bülletenində müəyyən qədər müsbət məqamlar öz əksini tapıb. Belə ki, bülletendə qeyd olunur ki, son bir həftə ərzində dünyada 2,8 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 46 mindən çox insan isə həyatını itirib. Yeni yoluxma hallarının sayı yeddi gündə 7 faiz, ölüm halları isə 10 faiz azalıb. ÜST rəsmiləri pandemiyanın 60 faizinin arxada qaldığını da vurğulamışdılar.
Maraqlıdır ki, dünyada son həftə ərzində COVID-19-a ümumi yoluxma sayı azalsa da, Azərbaycanda yoluxma hallarında artma halları müşahidə olunur. Bəs dünyadakı vəziyyət fonunda ölkəmizdə yoluxmanın artmasının səbəbi nədir? Mövzu ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, ölkədə mövsümi qrip fonunda koronavirusa yoluxmada artım müşahidə olunur və bu proses qısa bir müddət çəkəcək: “Düşünürəm ki, epidemioloji vəziyyət belə getməyəcək, virusa yoluxma halları tədricən azalacaq. Çünki peyvənd olunanların sayı gündən-günə artır. Payız mövsümünün gəlməsi, havanın soyuması ilə əlaqədar olaraq qrip və digər virus infeksiyaları çoxalır. Bunun fonunda da koronavirusa yoluxmada artım müşahidə olunur. Eyni zamanda, demək olar ki, bütün sahələrdə ənənəvi iş rejiminə keçməsi yoluxmanın artımına təkan verdi. Bu, keçici bir dövrdür”.
Komitə sədrinin fikrincə, yoluxmada artım yanvar ayına qədər davam edəcək: “Ondan sonra artıq yoluxma dinamikası azalacaq. Çünki ilin sonuna qədər ölkədə vaksinləşmə 80 faizdən çox olacaq. Bir sözlə, insanlara səslənirəm ki, indiki hal mövsümi xarakter daşıyır və təşvişə düşməyə ehtiyac yoxdur. Sadəcə, ciddi karantin qaydalarına əməl olunmalıdır. Xüsusilə, məktəblərdə vəziyyətə nəzarət gücləndirilməlidir. Temperaturun ölçülməsi, maska rejiminin gözlənilməsinə həm təhsil işçiləri, həm də şagirdlər əməl etməlidirlər. Nəzərə alaq ki, uşaqların böyük bir qismi xəstəliyin ya daşıyıcısı olur, ya da çox yüngül keçirir. Amma evdəki insanlara yoluxdurduqları zaman nəticəsi ağır olur”.
M.Quliyev qeyd edib ki, Azərbaycanda koronavirusun “delta” ştamından sonra başqa bir ştamı qeydə alınmayıb: “Ümumdünya Səhiyyə Təşkilatının həftəlik bülletenindən göründüyü kimi, son bir həftə ərzində koronavirusun ştamlarının yayılması arealında ciddi fərq yoxdur. Orada hansı ştamın neçə ölkədə yayılması göstərilib və bu göstəricilər genişlənməyib. Ona görə də, ölkəmizin vətəndaşları bundan sonra da karantin qaydalarına ciddi əməl etməli və peyvənd olunmalıdırlar. Bu amillər yoluxmanın azalmasına müsbət təsir edəcək”.
Fərqli cəhəti odur ki...
Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov da hazırkı epidemioloji vəziyyəti mövsümlə əlaqələndirib. Onun sözlərinə görə, kəskin respirator virus infeksiyalarının əlamətləri koronavirusa bənzədiyi üçün hər kəs diqqətli olmalıdır: “Bildiyimiz kimi, payız mövsümü gəldikdə ənənəvi olaraq qrip və digər respirator virus infeksiyalarında artımlar müşahidə olunur. Bu vəziyyət hər il təkrarlanır və təbii ki, indi də istisna deyil. Bu ilin fərqli cəhəti ondan ibarətdir ki, uzun fasilədən sonra məktəblər açılıb və uşaqlar arasında təmasların sayı xeyli artıb”.
Baş infeksionist qeyd edib ki, kəskin respirator virus infeksiyalarının ilkin əlamətləri koronavirusa bənzədiyi üçün vətəndaşlar diqqətli olmalıdırlar. T.Eyvazov ölkədə vaksinləşmənin artmasının koronavirusa yoluxmanın azalmasına təsir edəcəyini söyləyib: “Ona görə də, vətəndaşlar öz sağlamlığı naminə COVID-19-a qarşı peyvənd olunmalıdırlar. Əgər normal həyata qayıtmaq istəyiriksə, bunu mütləq nəzərə almalıyıq”.
Uşaqlar arasında da yoluxma halları artıb
Qeyd edək ki, Azərbaycanda uşaqlar arasında yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma halları da artıb. Bunu isə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Erkin Rəhimov nazirliyin instaqram hesabında “Yenidoğulmuşlarda görülən xəstəliklər” mövzusundakı çıxışı zamanı deyib.
Həkim-mütəxəssis bildirib ki, böyüklərin əksəriyyəti peyvənd olunduğu halda, çox az uşaq və ya yeniyetmə vaksin vurdurub: “Həmçinin məktəblər açıldığı üçün uşaqlar arasında ünsiyyət də artıb və bu, koronavirusa yoluxma riskini artırıb. Təkcə Azərbaycanda deyil, dünya ölkələrində də uşaqlar arasında COVID-19-a yoluxma ehtimalı və faktı artmaqdadır. Onu da qeyd edim ki, ölkədə yenidoğulmuşlar arasında da COVID-19-a yoluxanlar var. Hər yaş qrupunda, o cümlədən kiçikyaşlı uşaqlarda koronavirus infeksiyasını ağır keçirənlər mövcuddur”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

