Heç kim “Harvard”ı belə rüsvay etməmişdi...
29.09.2021 [21:14]
Özünü cəmiyyətə savadlı, hətta “ziyalı” qiyafədə təqdim etməyə, daha doğrusu, sırımağa çalışan bəzilərini görəndə istər-istəməz deyirsən: heyif məktəbdə itirdiyin illərə... Hələ ali məktəbi demirəm...
Son dövrlər Qərbin bəzi ali təhsil ocaqları xüsusilə populyarlaşdırılıb. 1990-cı illərdə həmin ali məktəblərdə təhsil alan gənclərə xüsusi bir qibtə ilə baxılırdı. ABŞ-ın və dünyanın ən məşhur universitetlərindən biri, 5 əsrlik tarixi olan “Harvard” universiteti də bu qəbildəndir. Yəni bu universitetdə təhsil alan hər bir gəncin hərtərəfli inkişaf əldə edəcəyinə şübhəsiz yanaşılırdı. Ta ki... cəmiyyət Bəxtiyar Hacıyev adlı gənci yaxından tanıyana qədər. Sən demə, “hərtərəfli inkişafı” orada oxumuş bütün məzunlara şamil etmək olmaz.
Bu adam bitirdiyi universiteti özünün “pasportu”na çevirib. Haraya gedir, kimə müraciət edirsə, mütləq “Harvard”da oxuduğunu dilə gətirir və başqa universitetlərin nüfuzuna xələl gətirəcək ifadələr işlədir. Elə ona görə də onun haqqında danışılanda ilk vurğulanan “Harvard” məzunu məsələsi olur. Amma sonra... Sonrası odur ki, Hacıyevin əmək fəaliyyəti və şəxsi həyatında hər hansı bir müsbət detala rast gəlmək mümkün deyil.
Bu adamın şəxsi nümunəsində nələr yoxdur? Hətta “pişik məsələsinə dair məhkəmə”si belə var. Maraqlananlar internetin axtarış sistemində bu haqda ətraflı məlumat ala bilərlər. Təfərrüatlarına varmaq istəməzdik. Ortada bir nəticə var: “Harvard” təhsili ilə öyünən birisinin sosial şəbəkələrdəki davranışı heç bir etik çərçivəyə sığmır. Bunun adı, ən yumşaq halda, mənəvi yoxsulluqdur. Kasıblıq ayıb deyil, amma bu çatışmazlığı mənəvi cəhətdən yaşamaq kiməsə ayıb, “Harvard” məzunu üçün isə biabırçılıqdır. Bəxtiyar Hacıyevin yersiz, “özünütəsdiq”ə hesablanmış sosial şəbəkə postlarına baxanda bu ayıbı sezməmək mümkün deyil. Ayıbına utanmayan isə oynamağa davam etməyi özünə rəva bilsin...
Bütün dünya 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın sarsılmaz həmrəyliyinin şahidi oldu. Eyni zamanda, beynəlxalq ictimaiyyət Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətinə, Türkiyə xalqının və dövlətinin, Prezident Rəcəb Tayyib Ərdoğanın ölkəmizə mənəvi-siyasi dəstəyinə şahidlik etdi. Ermənilər isə sosial şəbəkələrdə Azərbaycanı və Türkiyəni, ölkələrimizin liderlərini hədəfə almağa çalışırdılar. Bu gün də Azərbaycan ilə Türkiyəni hədəfə almağa çalışan nadanlar var. Özü də, onların sırasında milliyyətcə erməni olmayanlar da var. “Harvard” məzunu B.Hacıyev kimi...
...Bəlkə də, Bəxtiyar Hacıyev ötən bir il ərzində Azərbaycan xalqının yaşadıqlarını duya, bu sevinci ürəkdən yaşaya bilməyib. Adam nəinki Vətən uğrunda döyüşmək həvəsində olub, hətta dünyanın düz vaxtında əsgər kimi borcunu belə ödəməkdən boyun qaçıraraq Azərbaycan qanunlarını pozub və bu səbəbdən məsuliyyətə cəlb olunub. Bir gün belə Vətənin sərhədində onun keşiyini çəkmək istəməyən birindən nə isə gözləmək olmaz. Ondan hansısa Vətən, torpaq, dövlət sevgisi ummaq yersizdir.
Nəhayət, bu günədək heç kəs “Harvard”ı belə rüsvay etməmişdi. Bəxtiyar Hacıyev isə bunu bacardı...
Xəbər lenti
Hamısına baxAnalitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16

