Atların taleyi...
23.09.2021 [14:58]
Yeni dövrlə ayaqlaşmayan insanları onların taleyi gözləyir
Adını xatırlamadığım bir filmdə maraqlı məqama rast gəlmişdim. Robot onu yaradan alimlə dialoqa girir və deyir: “Mən bilirəm məni kim yaradıb və ondan üstünəm”...
Rəqəmsallaşmanın insanın taleyini hansı yönə aparacağına dair maraqlı fikirlər daim səsləndirilib və elmi açıqlamalar verilib. İndi rəqəmsal dünya barəsində uzaq gələcək kimi danışmaq olmaz, gələcək artıq gəlib. Hətta bəzilərimiz o gələcəyə gec qalmışıq, artıq müasir dövrün insanı və dövrlə ayaqlaşa bilməyən köhnə nəsil var. Pandemiya yeni başlayarkən dünyanın daha əvvəlki kimi olmayacağına dair fikirlər səslənirdi. Bir çoxları buna fantastika kimi baxsa da əslində, doğrudan da, dünya daha əvvəlki kimi olmayacaq. Söhbət vaksinlərlə “çiplənməyimiz” barədə əfsanədən getmir. Texnologiyaların insan beynini qabaqlayan sürətinin gətirdiyi yeni reallıqlardan gedir. Bizim yaratdığımız bizi üstələyib və biz onun şərtləri ilə yaşamaq məcburiyyətindəyik. Ən bəsit formada yüksək texnologiyaların həyatımıza bəxş etdiyi üstünlüklərdən bir neçəsinə toxunaq.
İndi artıq valideynlər gen mühəndisliyindən faydalanaraq doğulacaq körpələrinin saç, göz rənglərinin necə olması, boyunun hansı ölçülərdə olması barədə sifariş verə bilirlər. Süni mayalanma, gen mühəndisliyi səviyyəsində daha güclü, daha sağlam insan yetişdirilməsi metodları artıq əfsanə deyil.
Bu gün artıq radiodalğalı və WF özəlliklərinə malik dərman preparatları yayılmaqdadır. Bəlkə də artıq növbəti onillikdə bildiyimiz indiki “orqanik” insan nəsli yeni texnologiyalar əsasında gücləndirilmiş yeni insanlardan qat-qat geri qalacaq. Bir dahinin dediyi kimi - insanları atların taleyi gözləyir. Bəzəkli metal avtomobillər həyatımıza girdikdən sonra vəfalı, sadiq dostlarımız olan atları unutduq, onlar bizə lazımsız oldular. Daha bir qorxu doğuran məqam var. ABŞ-ın Federal Təhlükəsizlik Agentliyi 2030-cu ilə dair raportunda belə bir ifadə yer alıb. “İnsanın təkamülü, inkişaf etdirilməsi mülki və hərbi insanların daha səmərəli çalışması üçün izn verilmişdir”.
İnsan orqanları satılan marketlər...
Müasir texnologiyalar dövründə pulsuz aldığınız hər şeydə təcrübə, sınaq obyekti insandır. Bu gün ay kloud dediyimiz proqrama bütün şəxsi məlumatlarımız yüklənir. Mütəxəssislər hesab edirlər ki, sadə insanların sosial şəbəkələrdəki şəxsi məlumatları əslində, boş yerə toplanmır.
Bu gün “facebook”un dəyəri 900 milyard dollar, “votsap”ın dəyəri 850 milyon dollardır. Ona görə ki çox güclü informasiya bankı rolunu oynayırlar. Bu məlumatlar insanlar barəsində informasiya emalı üçün lazımdır.
Yeni nəsil insanlar üzərində beyin mühəndisliyi həyata keçiriləcək. Türkiyəli professor Hakkı Aydın iddia edir ki, 2060-cı illərdə artıq orijinal bədənə sahib, təmiz genli insanlar az olacaq, bəlkə hətta yox dərəcəsində olacaq. “Orqanizmdəki orqanların 70 faizi süni olacaq. Elm artıq 4D çap maşınları vasitəsilə ağ ciyər, qara ciyər, ürək, hətta süni qan istehsalına başlayıb. Bir qədər sonra insan orqanları satılan marketlər olacaq. Biz bunu indiki supermarketlər kimi görməyəcəyik, lakin bu hansısa bir formada mövcud olacaq. Nepalda artıq DNT nümunəsi təqdim etməklə öz orqanının süni formasını sifariş vermək leqallaşıb”.
Qocalmadan öləcəyik?
Son illərdə gözəllik industriyası bazara minlərlə antiage (yaşlanma əleyhinə), detoks və orqanizmi bərpaedici vasitələr təklif edir. XXI əsrin əvvəllərindən molekulyar tibbin inkişafı və nanotexnologiyaların tətbiqi bu işləri artıq başqa səviyyəyə gətirdi.
İnsan orqanizmində, ümumilikdə, 19 yaxın aminturşu var, bunların çoxu əvəzolunan, bəziləri isə əvəzolunmayandır. Aminturşular, yəni bizi “qoruyan mələklər” ancaq 22-25 yaşına kimi sintez olunur. Yəni siz ömrünüzün qalan hissəsində 25 yaşına kimi yığdığınız balansdan istafadə edirsiz. Nəticədə-qocalma 35 yaşlarında yox, 25 yaşlarında başlayır. Sadəcə, biz bunu güzgüdə 35 yaşlarında görürük.
İstənilən halda, hər kəs bilməlidir ki, o, 40 yaşında deyil, 25 yaşda qocalmağa başlayır. Bəs, yeni texnologiyalar, nanorobotlar gəncləşməyə yardımçı ola bilərmi? Futuralistlərin nəzəriyyəsinə görə 50 il sonra insanlar artıq qocalmadan öləcəklər. Çünki qocalmanın qarşısı alınacaq. Lakin ölüm mütləq gələcək.
Önümüzdə gediləcək hələ çox yol var. Bu gün nanorobotlar vasitəsilə istənilən zərərgörmüş orqan lazım olan bərpa materialları “nöqtə atışı” səviyyəsində göndərilə bilir. Elm və texnologiya insan şüurunu ağlagəlməz səviyyəyə qaldırmaq gücündədir və bu o qədər də uzaq gələcəyin mövzusu deyil.
Holoqram əsgərlər döyüşəcəklər
Hələ bir neçə il öncə Pentaqon elan
edib ki, 2050-ci ildə ABŞ ordusunun yüzdə qırxını nanorobotlarla təchiz edilmiş yarırobot əsgərlər təşkil edəcək. 2060-cı illərdə artıq savaşa holoqram əsgərlər girəcək. Yəni görünməyən düşmənlə savaşmaq lazım gələcək.
Gələcəyin elmi kimi biz gen mühəndisliyi, nanomühəndislik, beyin mühəndisliyi fakültələri açmalı, bu sahəni inkişaf etdirməliyik. Əcnəbi dünyanı seyrə “balonlarla” çıxarkən biz yerdə artıq kiməsə lazım olmayan çürümüş elmi nəzəriyyələrlə “ başımızı girləyə” bilmərik.
Gələcəyə bu gündən hazırlaşmaq lazımdır.
İ.Loğman
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09

