/ / Ankarada keçirilən beynəlxalq simpoziumda Azərbaycanda məhkəmə-hüquq sistemində qazanılan uğurlar maraqla qarşılanıb
Ankarada keçirilən beynəlxalq simpoziumda Azərbaycanda məhkəmə-hüquq sistemində qazanılan uğurlar maraqla qarşılanıb
03.09.2021 [09:13]
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin və Ali Məhkəmənin sədri Ramiz Rzayevin rəhbərlik etdikləri Azərbaycan nümayəndə heyətlərinin Türkiyə Respublikası Ali Məhkəməsinin sədri Mehmet Akarcanın və Baş prokuroru Bekir Şahinin dəvəti ilə Ankaraya səfəri davam edir. Səfər qardaş ölkənin Ali Məhkəməsi və Baş Prokurorluğunun yeni inzibati kompleksinin açılışında, həmçinin “Kassasiya instansiyası məhkəmələrində mükəmməllik” mövzusunda təşkil edilən beynəlxalq simpoziumda iştirak məqsədilə həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətləri əvvəlcə Ankaradakı Heydər Əliyev Parkında olublar. Parkda Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə Baş Prokurorluğun və Ali Məhkəmənin adından əklil qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad edilib.
Sonra nümayəndə heyətləri Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türkiyə Ali Məhkəməsinin və Baş Prokurorluğunun yeni inzibati bina kompleksinin açılış mərasiminə qatılıb.
Sentyabrın 2-də Ankarada, Türkiyə Ali Məhkəməsinin və Baş Prokurorluğunun yeni inzibati bina kompleksində “Kassasiya instansiyası məhkəmələrində mükəmməllik” mövzusunda beynəlxalq simpozium keçirilib.
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və Ali Məhkəmənin sədri Ramiz Rzayev simpoziumda iştirak edirlər. Simpoziuma 14 ölkənin Baş prokuroru və Ali məhkəmələrinin sədrləri qatılıblar.
Türkiyənin dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edən Türkiyə Ali Məhkəməsinin sədri Mehmet Akarca simpoziumun məqsəd və vəzifələrindən danışaraq, ölkəsində məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar, onların əhatə dairəsi, bu sahədəki yeniliklərdən danışıb. Mehmet Akarca deyib ki, ədalət prinsipləri insan hüquqlarının qorunması istiqamətində hər birimizin qarşısında duran mühüm vəzifədir.
Simpoziumda çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev qardaşlıq münasibətlərini tarixi köklər üzərində və “Bir millət, iki dövlət” prinsipi ilə uğurla inkişaf etdirən Azərbaycan və Türkiyənin qazandığı nailiyyətlərdən, həmçinin torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığımız haqq mübarizəsindən Türkiyə dövlətinin və xalqının qətiyyətli dəstəyindən bəhs edib. R.Rzayev Türkiyədə tüğyan edən meşə yanğınlarının sondürülməsində Azərbaycanın sərgilədiyi qətiyyətli mövqenin qardaşlıq münasibətlərimin əbədiyyətə qədər davam etməsinin daha nümunəsi olduğunu vurğulayıb.
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə iki qardaş ölkə arasında bütün sahələrdə dinamik inkişafın qorunduğunu diqqətə çatdıran Ali Məhkəmənin sədri, həmçinin ölkəmizdə məhkəmə-hüquq sistemində aparılan islahatlar, ədalətin qorunması üçün həyata keçirilən kompleks tədbirlər, şəffaflığın təmin olunması, elektron məhkəmə sisteminin tətbiqi və digər sahələrdə görülən işlər barədə simpozium iştirakçılarına ətraflı məlumat verib.
Simpoziumda çıxış edən Baş prokuror Kamran Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin siyasi kursuna uyğun olaraq, prokurorluq orqanlarında genişmiqyaslı islahatların aparıldığını, işin çevikliyinin və səmərəliliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən peşəkar kadrların formalaşdırılması məqsədilə Baş Prokurorluğun tərkibində aparılmış struktur dəyişiklikləri barədə tədbir iştirakçılarına geniş məlumat verib. Baş prokuror, həmçinin ölkəmizdə prokurorluğun cinayət mühakiməsi icraatında və cinayət təqibindən kənar fəaliyyəti, o cümlədən müvafiq instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsində prokurorluğun yeri və rolundan da ətraflı söhbət açıb.
Çıxışında Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinə geniş yer ayıran Baş prokuror Kamran Əliyev ötən əsrin əvvəllərində Qafqaz İslam Ordusunun həyata keçirdiyi xilaskarlıq missiyası başda olmaqla xalqlarımızın və dövlətlərimizin ən çətin sınaqlardan keçərək hər zaman dar gündə bir-birinin yanında olmasını bütün dünyaya örnək kimi dəyərləndirib.
Qeyd edək ki, səfər çərçivəsində Türkiyənin Ali Məhkəməsinin sədri Mehmet Akarca və Baş prokuroru Bekir Şahin ilə görüşlər keçirilib.
Səfər çərçivəsində bir sıra ölkələrin, o cümlədən Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bosniya və Herseqovina, Bolqarıstan, Şimali Makedoniya, Fələstin və Küveyt nümayəndə heyətləri ilə də görüşlər keçirilib, əməkdaşlığın perspektivləri ətrafında faydalı müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59

