/ / Peyvənd olunmayanlar və qaydalara əməl etməyənlər COVİD-19-a yoluxanların sayının artmasına səbəb olurlar
Peyvənd olunmayanlar və qaydalara əməl etməyənlər COVİD-19-a yoluxanların sayının artmasına səbəb olurlar
25.08.2021 [10:49]
Son vaxtlar qonşu respublikalarda olduğu kimi, ölkəmizdə də yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxma sayında kəskin artım qeydə alınır. Bu isə bizi narahat etməyə bilməz.
Məsələ ilə bağlı Azərbaycan Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının dosenti, tibb elmləri doktoru, professor Sədrəddin Atakişizadə bildirib ki, mövcud vəziyyət bizi kədərləndirir və təhlükənin geniş xarakter almaması üçün qabaqlayıcı tədbirlər görməyə vadar edir: “Doğrudur, ölkəmizdə də vaksinasiya prosesi aparılır. Amma məhz peyvənd olunmayanlar və qaydalara əməl etməyənlər yoluxanların sayının artmasına səbəb olurlar. Əgər biz hava-damcı infeksiyasının yayılmasının qarşısını almaq üçün lazımi sosial məsafəni gözləyəriksə, infeksiyanın xəstədən sağlam insana keçmə ehtimalı kəskin şəkildə azalar. Xəstə tibbi maska taxırsa, onun ətraf mühitə virus yayma ehtimalı aşağı olur. Eyni zamanda, qarşı tərəf də tibbi maskadan istifadə edirsə, onun yoluxma ehtimalı sıfra bərabərdir”.
“İnsanlar bəzən deyirlər ki, vaksinasiya olundum, amma xəstələndim. Peyvənd insanları yüz faiz xəstəlikdən qorumur. Amma peyvənd olunanlar arasında ölüm faizi yox dərəcəsindədir, ağırlaşma hallarına da çox az rast gəlinir. Bu gün koronavirusdan reanimasiyaya düşən xəstələrin əksəriyyəti vaksinasiyadan keçməyən insanlardır. Peyvənd olunmayanlardan fərqli olaraq, vaksin vurduranlar virusa yoluxsalar belə, xəstəliyi ayaqüstü keçirirlər. Fərq bundan ibarətdir”, - deyə mütəxəssis söyləyib.
Onun sözlərinə görə, xəstəlik keçirdikdə və peyvənd olunduqda - hər iki halda orqanizmdə immunitet yaranır: “Birincisi, təbii immunitetdir ki, xəstəlikdən sonra yaranır. Orqanizmdə antigenlər, anticisimlər və s. əmələ gəlir. İkincisi isə süni yaranan immunitetdir ki, o da vaksinasiyanın hesabına əmələ gəlir. Süni yaranan immunitetin davamlılıq müddəti 6 ay, bəzən isə 1 ilədək çəkir. Bu müddət ərzində vaksin olunan şəxsin immunitetində zəifləmə prosesi gedir. Əlavə dozanın qəbuluna ehtiyac yaranır. Elə koronavirusda olduğu kimi. Ona görə də pandemiya davam edərsə, yoluxmaların sayında azalmalar olmazsa, iki doza qəbul edənlər 6 aydan sonra üçüncü dozanı da qəbul etməyə məcburdurlar”.
“Koronavirus mutasiyaya uğrayan bir virus olduğundan bir formadan digər formaya keçir. Hazırda istifadə etdiyimiz vaksinlər ciddi ağırlaşmalar yaratmadığına görə onları istənilən ştama qarşı tətbiq etmək məsləhətdir. Pandemiyanın qarşısını almaq istəyiriksə vaksin olunmaq mütləqdir”, - deyə professor vurğulayıb.
MÜŞFiQƏ
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20

