/ / Etibar Mirzəyev: Türkiyədəki yanğınlar söndürüldükdən sonra Azərbaycana qürur hissi ilə qayıdacağıq
Etibar Mirzəyev: Türkiyədəki yanğınlar söndürüldükdən sonra Azərbaycana qürur hissi ilə qayıdacağıq
10.08.2021 [08:58]
Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş ölkəyə yola salınan Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələri təyinat məntəqələrinə çatdıqları andan yanğınlara qarşı mübarizəyə başlayıblar.
AZƏRTAC xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev avqustun 9-da Muğla vilayətinin Köyceğiz rayonunda Azərbaycan mediasının nümayəndələri üçün təşkil olunan brifinqdə deyib.
General-leytenant E.Mirzəyev qeyd edib ki, yanğınların ən güclü vaxtında Azərbaycan yanğınsöndürənləri ümumilikdə 14 rayonda, o cümlədən strateji əhəmiyyətə malik Yeniköy və Kəmərköy İstilik Elektrik stansiyaları yaxınlığında, eləcə də Muğla vilayətinin Köyceğiz, Milas, Kavaklıdere, Marmaris və digər yaşayış məntəqələrində meşə yanğınlarının söndürülməsi üçün fədakarlıqla mübarizə aparıblar. Yeniköy və Kəmərköy İstilik Elektrik stansiyalarının qorunması üçün Azərbaycan yanğınsöndürənlərinin də iştirakı ilə mühafizə zolağı yaradılıb.
Nazir müavini qeyd edib ki, Türkiyədə 240 meşə yanğınının 235-i söndürülüb. Qalan beş yanğının ikisi nəzarət altına alınıb. Üç yanğın ocağında isə söndürmə işləri davam etdirilir. Hazırda Kavaklıdere, Marmaris, Yatağan, Milas və Köyceğiz yanğın bölgəsi sayılır. En riskli məntəqə Köyceğiz bölgəsidir. Biz hazırda Köyceğiz rayonundayıq. Burada dörd kənd - Pınar, Qarayer, Kabakca və Çayhisar kəndləri yanğınsöndürən dəstələrimiz tərəfindən mühafizə olunur. Mühafizə zolağı 11 kilometr ərazini əhatə edir. 200 nəfərlik dəstə bu zonada sönən yanğınların soyudulması və qalan yanğınların nəzarət altına alınmasını həyata keçirir. Biz bu əraziyə gəldiyimiz andan yanğınlarla mübarizəyə başlamışıq.
FHN-in Türkiyəyə cəlb olunan canlı qüvvə və texnikalarının sayı barədə məlumat verən E.Mirzəyev bildirib: “Hazırda Türkiyədə FHN-in 743 əməkdaşı fəaliyyət göstərir. Bundan başqa, 97 texnika, o cümlədən 77 yanğınsöndürmə, 6 nasos avtomobili, 1 yanacaqdoldurma çəni, 4 qərargah avtomaşını, 2 avtobus və 1 pikap, eləcə də köməkçi texniki vasitələr, “BE-200ÇS” tipli amfibiya təyyarəsi və 1 helikopter Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb olunub. Helikopterimiz 134 uçuş həyata keçirib və yanğın bölgəsinə 332 ton su töküb. Amfibiya təyyarəsi isə 76 uçuş həyata keçirib və yanğınların söndürülməsi üçün 615 ton su səpib. Bu texnika və aviasiya vasitələrinin idarə edilməsi üçün biz Türkiyənin müvafiq qurumları ilə koordinasiya şəraitində çalışırıq. Biz bu gün qardaşlarımızın yanındayıq, bütün yanğınlar söndürülənə qədər də burada olacağıq. İnanıram ki, əlavə yanğınlar çıxmasa, bütün yanğınlar qısa müddətdə söndürüləcək. Əminəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin qarşıya qoyduğu bütün tapşırıqları uğurla yerinə yetirəcək və yanğınlar başa çatdıqdan sonra qürur hissi ilə Azərbaycana qayıdacağıq”.
Qeyd edək ki, FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyulun 30-da Türkiyəyə yola düşüb. Yanğınsöndürənlərimiz təyinat nöqtələrində yanğınların söndürülməsində fədakarlıqla çalışırlar. İyulun 31-də FHN-in 1 helikopter, 53 yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 1 tibbi yardım avtomobili, 220 yanğınsöndürən və xilasedicidən ibarət ikinci qrupu qardaş ölkəyə yola salınıb. Qrup Gürcüstandan keçməklə iki sutka ərzində Marmarisə çataraq birinci qrupun üzvlərinə qoşulub. Avqustun 5-də səhər saatlarında FHN-in “BE-200ÇS” tipli amfibiya təyyarəsi qardaş ölkəyə yola düşüb. Həmin gün FHN-in 40 yanğınsöndürmə texnikası və 160 yanğınsöndürəndən ibarət üçüncü yanğın-xilasetmə qrupu da Türkiyəyə yola salınıb. Avqustun 6-da axşam saatlarında FHN-in yanğın-xilasetmə qüvvələrinin 200 nəfərdən ibarət dördüncü qrupu təyyarə ilə Türkiyəyə yola salınıb.
Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin başçılığı ilə qurumun məsul vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti FHN-in Türkiyədəki qüvvələrinin koordinasiyalı idarə edilməsi məqsədilə qardaş ölkədədir.
Xəbər lenti
Hamısına baxAnalitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39

