/ / Pandemiya ilə mübarizə çərçivəsində vətəndaşlar vaksinasiya prosesinə daha fəal cəlb olunmalıdırlar
Pandemiya ilə mübarizə çərçivəsində vətəndaşlar vaksinasiya prosesinə daha fəal cəlb olunmalıdırlar
10.08.2021 [08:44]
Ölkəmizdə yoluxma və ölüm sayında artım bu templə davam edərsə, yenidən məhdudiyyətlərin tətbiqi məsələsi gündəmə gələ bilər
Məlum olduğu kimi, ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmanın qeydə alındığı ilk günlərdən etibarən bütün zəruri addımlar atılıb. Pandemiya ilə mübarizə üçün zəruri infrastruktur yaradılıb, bütün texniki-təşkilati məsələlər uğurla həll edilib. COVID-19-un geniş yayılmasının qarşısını almaq üçün Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər sayəsində müsbət nəticələr əldə olunub. Azərbaycan dünyanın aparıcı ölkələri ilə eyni vaxtda vaksinasiya prosesinə başlayıb. Eyni zamanda, Azərbaycan pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi istiqamətində də mühüm işlər görüb, beynəlxalq həmrəyliyin gücləndirilməsinə hesablanan təşəbbüslər irəli sürüb. Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) 10 milyon ABŞ dollar həcmində könüllü maliyyə yardımı göstərməsi və ayrı-ayrı ölkələrə pandemiya ilə mübarizədə dəstək verməsi atılan mühüm addımlardandır. Təsadüfi deyil ki, ÜST Azərbaycanı COVID-19-la mübarizədə nümunəvi ölkə kimi göstərib.
Qeyd edək ki, kütləvi vaksinasiya prosesi başlayandan sonra ölkəmizdə yoluxma sayının azalması Azərbaycanda karantin rejiminin yumşaldılması üçün bəzi tədbirlərin görülməsini şərtləndirib. Lakin mütəxəssislərin qeyd etdikləri kimi, karantin rejiminin yumşaldılması və qadağaların götürülməsi, açıq havada maska rejiminin ləğvi, restoran və ticarət obyektlərinin, metronun açılması, şənlik mərasimlərinə icazə verilməsi, tətil mövsümü ilə əlaqədar xaricə gediş-gəlişin artması virusun daha geniş yayılmasına və yoluxma sayının kəskin artmasına səbəb olub. Belə ki, son günlərdə Azərbaycanda COVID-19 infeksiyasına yoluxma və ölüm hallarının artması narahatlıq doğurur. Çox güman ki, vətəndaşlarda arxayınlıq yaranması, gigiyena və təhlükəsizlik qaydalarına əməl edilməməsi, gündəlik həyatda bu qaydaların pozulması hallarının çoxalması yoluxma sayında artıma gətirib çıxarıb. Həmçinin xəstəxanalara müraciət edənlər kimi, ağır vəziyyətdə reanimasiyaya düşənlərin, habelə ölüm hallarının sayında da ciddi artım müşahidə edilir.
Üstəlik, dünyada, xüsusilə region ölkələrində, o cümlədən Rusiya, İran, Gürcüstanda COVID-19-a yoluxma hallarında kəskin sıçrayışın müşahidə olunması təhlükənin ciddiliyindən xəbər verir. Ona görə ki, qonşu ölkələrdə yoluxmanın artması, tətil mövsümündə bu artımın Azərbaycana da mənfi təsir göstərməsi göz qabağındadır. Məsələn, Türkiyədə gündəlik yoluxma maksimum həddə çatıb. İyul ayı ilə müqayisədə yoluxanların sayı 6 dəfə artıb. İyunda bu rəqəm 5-7 min idi, indi isə 22-25 min təşkil edir. Gürcüstanda bir sutkada yoluxma sayı 3344 nəfər olub, 30 nəfər vəfat edib. Rusiyada yalnız paytaxt Moskvada bir sutkada yoluxanların sayında 20 faizlik artım qeydə alınıb. Qonşu İranda isə yoluxma sayında son vaxtların maksimum göstəricisi qeydə alınıb. Belə ki, rəsmi məlumata görə, İranda bir gündə 39 min 619 yoluxma qeydə alınıb.
Qeyd edək ki, yaranmış vəziyyətlə əlaqədar olaraq xarici mətbuatda da həyəcan təbili çalınır. Rusiya mediası ÜST eksperti Mariya van Kerkxoveyə istinadən xəbər verir ki, epidemioloji vəziyyətin pisləşməsinin nəticəsi olaraq delta ştamı ilə yanaşı, çoxsaylı yeni ştamlar da yarana bilər. Mütəxəssisin sözlərinə görə, onların sayı o qədər arta bilər ki, adlandırmaq üçün yunan əlifbasındakı 24 hərf kifayət etməz. ABŞ-ın baş infeksionisti Entoni Fauçi isə bəyan edib ki, vaksinlərə qarşı müqavimət göstərə bilən ştamlar da peyda ola bilər.
Beləliklə, virusun yeni ştamlarının region ölkələrində yayılması Azərbaycan əhalisi üçün də siqnal olmalıdır. Mövcud vəziyyətlə əlaqədar pandemiya ilə mübarizə üçün ən optimal vasitə kimi təqdim edilən vaksinasiya prosesinə vətəndaşların daha fəal cəlb olunması, eyni zamanda, qapalı məkanlarda maskadan istifadə, ara məsafənin saxlanması, gigiyenik qaydalara riayət olunması vacibdir. Əks halda, yəni yoluxma və ölüm sayında artım bu templə davam edərsə, yenidən məhdudiyyətlərin tətbiqi məsələsi gündəmə gələ bilər.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

