“İrəli” İctimai Birliyi “Marş irəli” layihəsinə start verib
28.07.2021 [16:36]
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Marş irəli” layihəsinin üçüncü mövsümünə start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihənin məqsədi Azərbaycan gəncliyinin hərbi vətənpərvərlik ruhunun, Vətənə sədaqət məfkurəsinin gücləndirilməsi, onların fiziki davamlılığının artırılması, sağlam düşüncəli, rəqabətə davamlı gəncliyin inkişafına xidmət etməkdir. “Marş irəli” layihəsi 2021-ci il üçün Azərbaycanın Gənclər paytaxtı seçilmiş Göygöl rayonunda reallaşdırılır.
Əvvəlcə iştirakçılar Göygöl rayonundakı Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin məzarı önünə gül dəstələri düzüblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, layihə iştirakçılarının andiçmə mərasimi olub.
Tədbirdə “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı, Göygöl Rayon İcra Hakimiyyətinin nümayəndəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, hərbi qulluqçular, Vətən müharibəsinin iştirakçıları, o cümlədən qazi Mahir Məmmədov, rayon gənclər və idman idarəsinin rəisi iştirak ediblər.
“İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı çıxış edərək bildirib ki, hərbi simulyasiya formatında keçirilən layihənin indiyədək iki mövsümü uğurla həyata keçirilib. Layihənin birinci mövsümü Ağdam, ikinci mövsümü isə Goranboy rayonunda reallaşdırılıb. O, layihədə ümumilikdə 400-ə yaxın gəncin iştirak etdiyini diqqətə çatdırıb.
Həmçinin 44 günlük Vətən müharibəsində “İrəli” gənclərinin həm ön, həm də arxa cəbhədə xüsusi fəallıq göstərdikləri qeyd olunub. Bildirilib ki, həmin gənclərin arasında vaxtilə “Marş irəli” layihəsində iştirak edənlər də var. Bu da layihənin gənclər üçün əhəmiyyətini bir daha göstərir. Belə layihələr təşkilat tərəfindən bundan sonra da həyata keçiriləcək.
Qeyd edək ki, açıq hava şəraitində, düşərgə formatında keçirilən hərbi simulyasiya xarakterli layihə çərçivəsində yeddi gün müddətində ekstremal şəraitdə mübarizə aparacaq 100 gənc bir sıra sosial və idman fəaliyyətlərinə qatılacaq, müxtəlif mövzularda maarifləndirici təlim sessiyalarında iştirak edəcək. Gənclər layihə çərçivəsində fiziki dözümlülüyünü artıracaq, motivasiya xarakterli görüş, seminar və simulyasiya oyunlarında bilik və bacarıqlarını inkişaf etdirəcəklər. Həmçinin layihə müddətində hərbi hissəyə səfər və digər maraqlı tədbirlər də nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55

