Əməkdar jurnalist Ağahüseyn Hüseynovun 80 illik yubileyinə həsr olunmuş toplantı keçirilib
03.07.2021 [09:54]
İyulun 2-də Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə “Bakı” və “Baku” qəzetlərinin baş redaktoru, əməkdar jurnalist Ağahüseyn Hüseynovun 80 illik yubileyinə həsr olunmuş toplantı keçirilib.
Şuradan AZƏRTAC-a bildiriblər ki, Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbiri açaraq rəhbərlik etdiyi qurumun ömrünü jurnalistikaya həsr etmiş qələm sahibləri ilə bağlı tədbirləri ənənəyə çevirdiyini qeyd edib. Bildirilib ki, bu, həm onların həyat yolunun gənc nəslə çatdırılması, həm də bu insanların əməyinə verilən dəyər baxımından son dərəcə önəmlidir. “Əməyinə, şərəfli ömür yoluna qiymət verilməsi mütləq olan həmkarlarımızdan biri də ömrünün 80-ci ilinə qədəm qoymuş Əməkdar jurnalist, “Bakı” və “Baku” qəzetlərinin baş redaktoru Ağahüseyn Hüseynovdur. Ağahüseyn müəllim, sözün əsl mənasında, peşə fədaisidir. O, həm ziyalı, publisist, həm də qəzet işinin mahir bilicisidir. Ən əsası isə Ağahüseyn müəllim jurnalistikaya misilsiz sədaqəti ilə nümunədir. Onun jurnalist fəaliyyəti, xüsusən də ustad Nəsir İmanquliyevin təməlini qoyduğu “Bakı” və “Baku” qəzetlərindəki əməyi bunu deməyə əsas verir”, - deyən Ə.Amaşov Ağahüseyn Hüseynovu Azərbaycan Mətbuat Şurasının diplomu ilə təltif edib.
Toplantıda çıxış edən Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılov yubilyarla “Bakı”-”Baku” qəzetində birgə çalışdığı illərdəki xatirələri yada salıb. O, A.Hüseynovun çox çətin dövrdə adıçəkilən mətbuat orqanlarına rəhbərlik etməyə başladığını, bunun son dərəcə böyük məsuliyyət olduğunu xatırladıb. D.İsmayılov, eyni zamanda, Ağahüseyn Hüseynovu işinin peşəkarı kimi xarakterizə edən məqamlardan söz açıb.
Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin sədri, veteran jurnalist Məzahir Süleymanzadə yubilyarı milli mətbuat tariximizdə layiqli yerə və rola malik “Bakı” və “Baku” qəzetlərinə məxsus ənənələri ləyaqətlə davam etdirən rəhbər kimi dəyərləndirib. Bildirib ki, A.Hüseynovun peşəyə məsuliyyətli yanaşma tərzi bu nəşrlərin qurucusu və uzun müddət baş redaktoru olmuş, görkəmli jurnalist, publisist və böyük ziyalı Nəsir İmanquliyevin dəst-xəti idi.
“Bakı” və “Baku” qəzetlərinin baş redaktorunun müavini Ənvər Məşədiyev çıxışında Ağahüseyn Hüseynovu əxz etdiyi, ona irsən keçən həyat fəlsəfəsindəki dürüstlüyü, məsuliyyəti, səmimiliyi, qayğıkeşliyi jurnalistikaya da gətirməyi bacarmış qələm adamı, peşəkar idarəçi kimi səciyyələndirib, onunla bağlı xatirələrini bölüşüb.
Uzun müddət “Bakı” və “Baku” qəzetlərində çalışmış Əməkdar jurnalist Zemfira Məhərrəmli isə bildirib ki, yubilyar peşəsinə könüldən bağlanması ilə seçilib. O, bu bağlantıda rəhbər həssaslığının mühüm amil olduğunu xatırladıb. “Jurnalistikaya qəlbən bağlı insanlar olduqca, jurnalistika da yaşayacaq”, - deyə Z.Məhərrəmli əlavə edib.
“Xalq qəzeti”nin əməkdaşı, “Bakı” və “Baku” qəzetlərində jurnalistika fəaliyyəti keçmiş İlqar Rüstəmov böyük Nəsir İmanquliyevin rəhbərlik etdiyi qəzetləri məktəb adlandırıb. O, bu məktəbin Ağahüseyn Hüseynov kimi məzununun olmasını Azərbaycanın ictimai mühitinin mühüm tapıntısı kimi dəyərləndirib. İ.Rüstəmov çıxışında, həmçinin Azərbaycan mətbuat tarixində dərin iz qoymuş “Bakı” və “Baku” qəzetlərinin yubileyinin keçirilməsinin vacibliyinə diqqət yönəldib. Belə bir tədbirin Ağahüseyn Hüseynov və onun kimi digər peşə fədailərinin əməklərinə qiymət baxımından mühüm hadisə olacağını deyib.
Poliqrafçı alim Şəddat Cəfərov çıxışında yubilyarın işinin peşəkarı olan əsl şəxsiyyət kimi dəyərləndirib. O, həmçinin Ağahüseyn Hüseynovun həyat yolunun örnək mahiyyət daşıyan müxtəlif cəhətlərindən söz açıb.
Veteran jurnalist Fazil Rəhmanzadə Ağahüseyn Hüseynovla birgə “Bakı”-“Baku” qəzetlərində çalışdığı dövrə ekskurs edib, həm peşə xüsusiyyətləri, həm də yubilyarı səciyyələndirən digər cəhətlər üzərində dayanıb.
Mətbuat Şurası sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu yubilyar qələm sahibini əsl ziyalı, bunu öz işi ilə təsdiqləyən jurnalist olaraq dəyərləndirib.
“Bakı” və “Baku” qəzetlərində çalışmış filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli çıxışında bu qəzetlərin ustad jurnalist Nəsir İmanquliyevin yadigarı olduğunu vurğulayıb. O, eyni zamanda, bildirib ki, N.İmanquliyev “Bakı”-”Baku” ilə Azərbaycanda ictimai fikrin milli ruh zəminində dirçəldilməsinə, ana dilinin yaşadılmasına böyük töhfələr vermişdi. Bu töhfənin tarixdə daim qalacağına əminliyini vurğulayan Ş.Cəlilli deyib ki, tədbirə toplaşan və ömür yolu sözügedən nəşrlərdə fəaliyyət göstərməklə keçmiş hər bir şəxsin simasında N.İmanquliyev yaradıcılığının peşəyə məsuliyyət, ləyaqət nişanəsi var. Bu nişanəni daşıyanlardan biri də Ağahüseyn Hüseynovdur. Onun əməyi son dərəcə müstəsna əhəmiyyət daşıyır.
Tədbirdə çıxış edənlərdən “Xalq qəzeti”nin baş redaktorunun müavini Tahir Aydınoğlu, veteran jurnalistlər - Mehman Fərzullayev, respublikanın Əməkdar jurnalisti Rəhim Hüseynzadə, naşir və publisist Zülfüqar Şahsevənli və başqaları Ağahüseyn Hüseynovu jurnalist peşəsinin təəssübünü çəkən, gördüyü işlə peşəyə dəyər qazandıran həmkar və ziyalı kimi xarakterizə edib, təbriklərini çatdırıb, ən xoş istək və arzularını dilə gətiriblər.
Sonda çıxış edən Ağahüseyn Hüseynov həyat və fəaliyyətinə verilən yüksək qiymətə və dəyərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.
Xəbər lenti
Hamısına baxGündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49

