Rayonlarda yaranan daşqın təhlükəsi aradan qaldırılır
25.05.2010 [09:59]
Kür çayında suyun səviyyəsinin artması ilə yaranan sel və daşqın təhlükəsi hələ də davam edir. Sabirabad, Saatlı, İmişli, Kürdəmir, Hacıqabul, Salyan, Neftçala, Zərdab rayonlarında və Şirvan şəhərində yaranan təhlükəli vəziyyət aidiyyəti qurumların nəzarətində saxlanılır və müvafiq hakimiyyət strukturları fəlakətin faciəyə çevrilməməsi üçün bütün gücünü səfərbər edib. ümumiyyətlə, Azərbaycan Prezidentinin hadisə ilə bağlı lazımi tapşırıq və göstərişlər verməsi, hökumətin məsələyə vaxtında və operativ şəkildə müdaxiləsi böyük təhlükələrin qarşısını almaqda əhəmiyyətli rol oynayıb. Prezident İlham Əliyevin başçılığı ilə keçirilmiş və problemin müzakirəsinə həsr olunmuş müşavirə, o cümlədən, dövlət başçısının fəlakət zonasına səfəri problemin miqyasının böyüməsinin qarşısının alınmasında xüsusi rola malikdir.
Problemin aradan qaldırılması ilə məşğul olan aidiyyəti qurumlar qısa müddət ərzində daşqının qarşısını almağa və bəndbərkitmə işlərinə start verməyə nail olublar. ölkənin güc strukturları və digər nazirliklər tərəfindən yaradılan qərargah 24 saatlıq iş rejimində işləyir və bütün proses nəzarətdə saxlanılır. Baş verən təbii fəlakətin qarşısını almaq və minimum itki ilə çıxmaq üçün bütün dövlət strukturları səfərbər olunub. Qısa zaman kəsiyində uçmuş bəndlər möhkəmləndirilir, Kürətrafı ərazilər nəzarətə götürülüb. Azərbaycan hökumətinin aidiyyəti strukturları istər kəndlərdəki əhalinin təhlükəsizliyini təmin etmək, istərsə də problemin həlli istiqamətlərində qətiyyətli addımlar atırlar.
İstər Sabirabad rayonunda yaşanan sel təhlükəsi zamanı, istərsə də son iki gündə Hacıqabul rayonunda baş verən hadisələr zamanı Azərbaycan hökuməti sübut etdi ki, bütün çətinliklərin öhdəsindən gəlmək bacarığına və qüdrətinə malikdir və həqiqətən də yerləşdiyi regionun ən güclü dövlətidir. İnsanların vaxtında fəlakət zonasından evakuasiya edilməsi, bəndlərin tez bir zamanda möhkəmləndirilməsi, o cümlədən, evakuasiya olunan əhaliyə göstərilən diqqət və qayğı göstərir ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan öz vətəndaşının təhlükəsizliyinin təminatçısıdır.
Hacıqabul rayonunda yaranan gərgin durum aradan qaldırılıb
Son üç gündə Kürdə suyun səviyyəsinin birdən-birə artması Hacıqabul rayonunda müəyyən problemlər yaradıb. Rayonun İcra Hakimiyyəti başçısının birinci müavini, fövqəladə hallar komissiyasının sədri Sahib Aslanov Meyniman kəndindən keçən bəndin iki gün öncə aşdığını diqqətə çatdırdı. Onun sözlərinə görə, Kürdə suyun səviyyəsinin artması nəticəsində bənd davam gətirməyib: “İnsanları yaranan təhlükədən xilas etmək üçün kəndin əhalisini çıxarmaq məcburiyyətində qaldıq. Bununla belə, artıq bənd bərkidilib. Deyərdim ki, ortada olan təhlükə aradan qaldırılıb. Beləliklə də, təhlükənin digər kəndlərə keçməsinin qarşısı alınıb. Bütün aidiyyəti dövlət strukturları, yerli əhali problemin həllinə səfərbər olub. Bütün qurumlara məxsus texnikalar ərazidə işləyir. Yəqin ki, az müddətdə bənd tam möhkəmləndiriləcək”.
Komissiya sədri kənddən çıxarılan 167 ailənin yaxın qohumlarının evlərində yerləşdirildiyini bildirib. Bundan başqa, ərazidə möhkəmlətmə işlərinin aparılması üçün başqa rayonlardan gətirilən lazımi vasitələr bəndi bərpa etməyə yardım göstərib. Bəndin bərkidilməsi ilə Əllətli, Ağacanlı və başqa kəndlər, o cümlədən, Balıqçılar qəsəbəsi təhlükədən xilas olub: “Baş verə biləcək hər hansı bir problemin aradan qaldırılması üçün vasitələrimiz var. Bu məsələdə “Meliorasiya və Su Təsərrüfatı” ASC, Suvarma Sistemləri İdarəsi də öz köməyini əsirgəmir. Yerli əhali bəndlərin möhkəmləndirilməsinə kömək edirlər”.
Neftçalada vəziyyət diqqətdə saxlanılır
Neftçala rayonunda Kürün səviyyəsi enməkdə davam edir. Rayon fövqəladə hallar komissiyasının sədri, İcra Hakimiyyəti başçısının birinci müavini Dilavər Əliyevin verdiyi məlumata görə, suyun səviyyəsinin azalması bəndbərkitmə işlərinin daha effektiv aparılmasına kömək edib. Belə demək mümkündürsə, artıq Neftçalada daşqın təhlükəsi aradan qaldırılıb. D.Əliyev Kürboyu ərazilərdə bəndlərin bərkidilməsi işlərinin və torpaqla doldurulmuş kisələrin tədarükünün davam etdirildiyini də deyib: “Suyun səviyyəsinin enməsinə baxmayaraq, texnika və əhali hələ də təhlükə zonasında iş aparır. Xəzər dənizindən Kürün qoluna tərəf liltəmizləmə işləri də davam etdirilir. Bu məqsədlə ərazidə 8 gəmi işləyir və yüzlərlə texnika hazır vəziyyətdə saxlanılır. Əraziyə 160 min kisə qum vurulub. Hələlik vəziyyət qənaətbəxşdir. Bundan başqa, bir sıra təhlükə yaşanan rayonlara da texnika və canlı qüvvə ilə yardımlar göstəririk, bəndbərkitmə üçün lazım olan avadanlıqlar göndərmişik”.
Xatırladaq ki, Kür çayında suyun səviyyəsinin artması zamanı baş verən daşqında Neftçala rayonu ərazisində 300-ə yaxın evin həyətinə qrunt suları daxil olub. 4 ev uçub, 36 ev qəza vəziyyətindədir. 5 ailə yaşadığı evdən evakuasiya olunub.
Şirvan şəhərində daşqın təhlükəsi gözlənilmir
Şirvan şəhərində Kür çayı ətrafında bəndbərkitmə işləri yekunlaşdırılsa da, vəziyyət nəzarətdə saxlanılır. Yeni Azərbaycan Partiyası (YAP) Şirvan şəhər təşkilatının sədri Əbülhəsən İbrahimov bildirib ki, artıq şəhərlə bağlı hər hansı bir problem gözlənilmir: “Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti və texnikası çayda bəndbərkitmə işlərini davam etdirir. Bundan başqa, Sabirabad rayonunda yenidən yaranan təhlükə ilə bağlı evakuasiya olunan insanlar Yeni Şirvan qəsəbəsində salınan çadırlarda müvəqqəti məskunlaşdırılıblar. Artıq orada 1700-ə yaxın adam qalır. çadırlarda qalan insanlar isti yemək, paltar, yataq ləvazimatı və gündəlik lazımi vasitələrlə təchiz olunurlar. Səhiyyə Nazirliyinin əməkdaşları çadırlarda yaşayan insanlarla hər gün maraqlanırlar. Nazirliyin şəhərcikdə qərargahı fəaliyyət göstərir. Yəqin ki, həmin kəndlərdəki problemlər həll olunana qədər insanlar burada qalacaqlar. Bütün aidiyyəti strukturlar bu insanlarla yaxından maraqlanır, vəziyyəti nəzarətdə saxlayırlar. Bundan başqa, qrunt sularından təmizlənən ərazilərin dezinfeksiya olunması davam etdirilir”.
Xatırladaq ki, baş verən hadisə nəticəsində Şirvan şəhərində 700 evin həyətini qrunt suları basıb. 35 ev qəzalı vəziyyətə düşüb, 35 evin isə sakinləri köçürülüblər. Bundan başqa, şəhərdə 2 məktəb, bir uşaq bağçasının həyəti su ilə dolub.
Salyanda dezinfeksiya işlərinə başlanılıb
Yağan leysan yağışlar nəticəsində Kürün səviyyəsinin qalxması səbəbindən Salyan rayonunda yaranan təhlükə də aradan qaldırılıb. Sel nəticəsində sıradan çıxan bəndlər yenidən möhkəmləndirilib. Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılovun sözlərinə görə, artıq rayon ərazisində hər hansı bir narahatlıq yoxdur: “Problemin həlli ilə bağlı fəaliyyət davam etdirilir. Daşqından sonra küçələrdəki lil təmizlənib, qrunt sularının çəkildiyi ərazilərdə dezinfeksiya işləri aparılır. Yenidən hər hansı bir təhlükəli vəziyyətin yaranmaması üçün texnikalar işləyir. Bununla yanaşı, sel və daşqından hələ də zərər çəkən rayonlara öz köməyimizi göstərmişik”.
Xatırladaq ki, daşqın və sel nəticəsində Salyan şəhərində və 19 kənddə təhlükəli vəziyyət yaranmışdı. Salyan rayonunda 3000-ə yaxın ev ziyan görmüşdü, 59 ev uçmuşdu, 228 ev qəzalı vəziyyətə düşmüşdü. Qrunt sularının artması nəticəsində 79 evin sakinləri köçürülmüşdü. ümumilikdə daşqında 5 məktəb, 3 uşaq bağçası və bir xəstəxana ziyan çəkmişdi. 550 ha əkin və örüş sahəsi yararsız hala düşmüşdü.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

