Yoluxma sayının azalmasında vaksinlərin rolu böyükdür
02.06.2021 [08:50]
“COVID-19 infeksiyasına yoluxma hallarının səviyyəsinin ölkə əhalisi arasında sabitləşmə və dinamik azalma tendensiyası müşahidə olunur. Bu da onu deməyə əsas verir ki, ölkədə tətbiq olunan karantin rejimi öz səmərəsini verib və hazırkı vəziyyətdə ölkəmizin COVID-19 infeksiyasına görə epidemioloji durumunu sabit qiymətləndirmək olar”. Bu fikirləri Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Vaqif Abdullayev deyib.
Onun sözlərinə görə, COVID-19-la mübarizədə peyvənd çox əhəmiyyətli rol oynayır. Şübhəsiz ki, koronavirusla ən güclü mübarizə vasitələri tibbi maska taxmaq, sosial məsafə saxlamaq və gigiyenik qaydalara əməl etməklə yanaşı, vaxtında virus əleyhinə peyvəndin aparılmasıdır: “Yumşalmalar dövründə insanlar daha ehtiyatlı olmalı, özünü və digərlərini hələ ki, ətraf mühitdə dövr edən təhlükəli virusa yoluxma risklərindən qorumaq üçün profilaktik qorunma tədbirləri görməlidirlər. Unutmaq lazım deyil ki, COVID-19 pandemiyası dünya əhalisi üçün ciddi təhlükə yaratmaqda davam edir və onun üzərində tam qələbə çalmaq üçün uzun müddət lazımdır”.
Vaqif Abdullayev yoluxma sayının azalmasında vaksinlərin rolunu yüksək qiymətləndirərək deyib: “Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən COVID-19 pandemiyası ilə mübarizədə vaksinasiyanın roluna xüsusi önəm verilir. Ölkəmizdə qəbul olunmuş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq bu ilin yanvar ayının 18-dən peyvənd kampaniyasına başlanılıb. Hazırda ölkəmizdə, ümumilikdə, iki milyondan artıq doza peyvənd istifadə edilib, 880 min nəfərdən çox insan 2-ci, yəni tam peyvəndi alıb”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

