Müasir müstəqil Azərbaycan dövləti Heydər Əliyev ideyaları əsasında inkişaf edir
21.04.2021 [09:09]
Məlumdur ki, bu il Azərbaycan xalqı dövlət müstəqilliyimizin bərpa olunmasının 30 illiyinin təntənəsini yaşayır. Müstəqilliyinin 30 illiyini qeyd edən Azərbaycan ötən illər ərzində böhran və xaosdan qurtularaq böyük inkişaf yolu keçib, Ermənistanın işğalçılıq siyasətinə son qoyub və ərazi bütövlüyünü bərpa edib. Təbii ki, bu inkişaf yolu elə də asan olmayıb. Bu inkişafın əsasında anadan olmasının 98-ci ildönümünü qeyd etməyə hazırlaşdığımız Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əbədiyaşar ideyaları, uzaqgörənliklə müəyyənləşdirdiyi strategiya dayanır. Məhz bu əbədiyaşar ideyalar 1990-cı illərin əvvəllərində dərin siyasi, sosial-iqtisadi böhran keçirən, xaos və anarxiya girdabında çırpınan Azərbaycanı hərtərəfli tərəqqi yoluna çıxarıb. Bu yolun təməli isə sovet dövründə - 1970-ci illərdə qoyulub. Azərbaycanın müasir tarixinin 35 ili Ulu Öndər Heydər Əliyevin çoxşaxəli və genişmiqyaslı fəaliyyəti ilə bağlı olub. Bu illər ərzində isə Azərbaycan, sözün həqiq mənasında, daim inkişaf yolu ilə irəliləyib.
Ümummilli Liderimiz Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidmətlərindən biri Azərbaycanda demokratik, müstəqil, dünyəvi və hüquqi dövlət qurmasıdır. Bu dövlət xalqımızın sərvəti və qürur mənbəyidir. Dövlətimizi qorumaq, inkişaf etdirmək müasir, müstəqil Azərbaycanın milli ideologiyasının və siyasətinin ana xəttini təşkil edir. Azərbaycan bu kurs üzrə inamla irəliləyir, beynəlxalq arenada mövqelərini gündən-günə möhkəmləndirir.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı dövrün tələblərinə uyğun olaraq daha da zənginləşdirən Prezident İlham Əliyev inkişafın Azərbaycan modelini yaradıb. Bu model beynəlxalq aləmdə böyük maraq doğurub və bir çox ölkə üçün örnəyə çevrilib. Milli inkişaf modelinin uğurlu tətbiqi və qarşıya qoyulan hədəflərə nail olunması, sosial-iqtisadi islahatların ardıcıl surətdə həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, hüquqi dövlət quruculuğu yolunda atılan qətiyyətli addımlar Azərbaycanın dinamik inkişafını təmin edən əsas amillərdir. Müstəqil dövlətimizin sürətli inkişafı Ulu Öndər Heydər Əliyev tərəfindən böyük uzaqgörənliklə hazırlanmış inkişaf strategiyasının uğurlu tətbiqinin real nəticələridir.
Heydər Əliyev ideyalarına əsaslanan inkişafın Azərbaycan modeli özündə bir sıra mühüm prioritetləri birləşdirir. Bu prioritetlərə ilk növbədə, ictimai-siyasi sabitlik və təhlükəsizlik, praqmatik, milli maraqlara əsaslanan xarici və daxili siyasət, hüquqi dövlət quruculuğu, çevik idarəetmə mexanizminin tətbiqi, vətəndaş cəmiyyətinin inkişafı daxildir. Bu sırada makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, iqtisadiyyatın bütün sahələrinin, həmçinin kənd təsərrüfatının hərtərəfli inkişafına diqqət yetirilməsi, regionlarının inkişafının prioritet olması da xüsusi qeyd olunmalıdır. Həmçinin əhalinin sosial rifahının yüksəldilməsi, aztəminatlı ailələrin məqsədyönlü sosial müdafiəsi bu modeldə özünəməxsus yer tutur. Eləcə də tolerantlığın və multikultural dəyərlərin qorunub saxlanılması, Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, qlobal məsələlərin müzakirə edildiyi məkana çevrilməsi də öz aktuallığı ilə diqqət çəkir.
Müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları və Onun müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi ölkəmizin qarşısında yeni imkanlar açır. Bu gün müstəqil Azərbaycanın dünyada söz və nüfuz sahibinə çevrilməsi, beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutması, nüfuzlu beynəlxalq təşkilatların ölkəmizin mövqeyini dəstəkləyən qətnamələr qəbul etməsi bir həqiqəti ortaya qoyur ki, Azərbaycanın tutduğu yol doğrudur və bu yol ölkəmizi daha da işıqlı gələcəyə aparır. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən, Ulu Öndər Heydər Əliyevin ideyalarına əsaslanan strateji kurs özündə, xalqın, dövlətin mənafeyinə cavab verən ali prinsipləri və normaları ehtiva edir. Ötən illərin nəticələri bir daha sübut edir ki, dövlətimizin başçısının rəhbərliyi ilə reallaşdırılan uğurlu strategiya milli tərəqqini təmin edib.
Cənab Prezidentin uzaqgörən xarici siyasət strategiyası nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib. 44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbə isə Azərbaycanın beynəlxalq müstəvidə mövqelərini daha da möhkəmləndirir və bu qələbə sayəsində Cənubi Qafqaz regionunda yeni reallıqlar yaranıb. Bu faktorun mərkəzində isə Azərbaycan dayanır. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı regionun təhlükəsizlik qarantı adlandırırlar. Ölkəmizin inkişafı olmadan regionda heç bir strateji layihə reallaşdırılmır. Regionda bütün transmilli layihələrin mərkəzində məhz Azərbaycan dayanır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan siyasət daxili ictimai-siyasi sabitliyi ən yüksək səviyyədə təmin edib. Bu sabitliyin əsaslarını dövlət tərəfindən həyata keçirilən uğurlu islahatlar və modernləşmə təşkil edir. İnsan hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin olunması, qanunvericilik bazasının təkmilləşdirilməsi, vətəndaşların ictimai-siyasi həyatda iştirakına maksimum şəraitin yaradılması bu reallığı bir daha təsdiqləyir.
Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycanın beynəlxalq təhlükəsizliyə sanballı töhfələr verməsinin, dayanıqlı ictimai-siyasi sabitliyin nəticəsidir ki, ötən illər ərzində mühüm beynəlxalq tədbirlərin keçirilməsi üçün məkan olaraq Bakı şəhəri seçilib, Azərbaycan qlobal əhəmiyyətli tədbirlərə uğurla ev sahibliyi edib. Bütün bunlar Prezident İlham Əliyevin diplomatik uğurlarının, ölkəmizin beynəlxalq nüfuzunun əyani ifadəsidir.
Eləcə də idarəetmə mexanizminin təkmilləşdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və bütün sahələrin hərtərəfli dinamik inkişafı, müstəqil və praqmatik enerji siyasəti, neftdən asılılğın minimuma endirilməsi, qeyri-neft sektorunun əhəmiyyətli dərəcədə inkişafı, regionların sosial-iqtisadi inkişafı istiqamətində uğurla reallaşdırılan proqramlar Prezident İlham Əliyevin yüksək idarəetmə qabiliyyətinin, siyasi peşəkarlığının və iqtisadiyyatda islahatların davamlılığının təmin etmək siyasətinin ən bariz nümunələridir. 2020-ci ilin əvvəlindən üzləşdiyimiz pandemiya səbəbindən iqtisadiyyatda yaranmış müəyyən çətinliklərə baxmayaraq, nəzərdə tutulan bütün sosial proqram və layihələr vaxtında icra olunur. Bütün bu layihələrin başlıca hədəfi vətəndaşların maddi rifah halının daha da yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, məşğulluq səviyyəsinin yüksəldilməsidir.
Əsrlərboyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma, dialoq və mehriban qonşuluq şəraitində yaşadığı Azərbaycan bu gün dünyanın ən təhlükəsiz ölkələrindən biri hesab olunur. Bunun əsas səbəblərindən biri də məhz multikultural dəyərlərin, tolerantlığın dövlət səviyyəsində qorunması və inkişaf etdirilməsidir.
Ümumiyyətlə, 44 günlük Vətən müharibəsinin qalibiyyətlə başa çatması, işğal altında olan torpaqlarımızın Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuz, qəhrəman hərbçilərimiz tərəfindən azad edilməsi Azərbaycanın gələcək inkişafı baxımından yeni perspektivlər açır. Beləliklə, yaşadığımız müasir dövr, müstəqil Azərbaycan, parlaq səhifələri yazılan və yazılmaqda davam edən ən yeni tariximiz yeni Azərbaycanın qurucusu olan Ümummilli Liderimiz Heydər Əliyev ideyalarının bəhrəsidir. Azərbaycana daim uğur, xoşbəxtlik gətirən bu parlaq ideyalar, Ulu Öndərimizin müəyyənləşdirdiyi siyasi kurs, dövrə uyğun yeni çalarlarla zənginləşdirilən islahatlar strategiyası gələcəkdə də dəyişməz olaraq qalacaq. Çünki bu siyasətin və strategiyanın alternativi yoxdur.
Bu gün bütün xalqımız Ümummilli Liderimiz Heydər Əliyevin ideyalarını uğurla həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyevi ölkəmizdəki intibahın, ictimai-siyasi sabitliyin, əmin-amanlığın və sülhün qarantı hesab edir, Ona tam güvənir. Dövləti xalqa, xalqı dövlətə bağlayan bu qarşılıqlı inam Azərbaycanı daha firavan gələcəyə doğru aparır.
Vüqar İSKƏNDƏROV
Milli Məclisin deputatı,
YAP Təftiş Komissiyasının üzvü
Xəbər lenti
Hamısına baxDünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37

