Ekoloji Məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib
12.03.2021 [09:12]
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, azad edilmiş torpaqlarda ekoloji məsələlərin təşkili işlərinin əlaqələndirilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının nümayəndələrinin cəlb olunduğu Ekoloji məsələlər üzrə İşçi Qrup işğaldan azad olunan ərazilərdə ətraf mühitə və təbii sərvətlərə vurulan zərərin ilkin qiymətləndirilməsi, bioloji müxtəlifliyin bərpası, su ehtiyatlarının idarə edilməsi, ətraf mühitin monitorinqinin aparılması, hidrometeoroloji şəbəkənin bərpası, mövcud mineral xammal resurslarının monitorinqi və ehtiyatlarının yenidən qiymətləndirilməsi, müvafiq tematik və topoqrafik xəritələrin hazırlanması, faktiki əkin altında olan ərazilərin müəyyənləşdirilməsi, deqradasiya olunmuş torpaqların bərpası, kənd təsərrüfatı sahələri üçün müvafiq resursların planlaşdırılması, işğaldan azad edilmiş ərazilərdə ərzaq və qida təhlükəsizliyi məsələlərinin təmin edilməsi üzərində işləyir.
Aidiyyəti qurumlar tərəfindən Qrupun sahəvi tədbirlər planının icrasına başlanılıb. Belə ki, ekoloji vəziyyətin qiymətləndirilməsi üçün işğaldan azad edilmiş rayonlarda kompleks monitorinqlər aparılır və transsərhəd çaylara nəzarət edilir.
Zəngilan rayonunda yerləşən Bəsitçay Dövlət Təbiət Qoruğunda qiymətləndirmə və bərpa işlərinin planlaşdırılması üçün Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssislərinin iştirakı ilə ərazidə monitorinqlər aparılır.
İşğaldan azad olunmuş ərazilərdə radioloji və radioekoloji vəziyyətin öyrənilməsi məqsədilə aidiyyəti dövlət orqanları ilə birgə plan-proqram hazırlanıb və sahəvi plana əlavə olunub.
Kəlbəcər rayonu ərazisində mövcud olan termal-mineral su yataqlarının vəziyyətinin qiymətləndirilməsi məqsədilə hidrokimyəvi monitorinq işləri aparılıb və monitorinq nəticələri işğaldan əvvəlki dövrün məlumatları nəzərə alınmaqla təhlil olunub.
Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında filiz və qeyri-filiz, inşaat materialları yataqlarında geoloji-axtarış və qiymətləndirmə işləri, Kəlbəcər və Şuşa rayonlarında yeraltı şirin su və termal-mineral suların monitorinq və qiymətləndirmə işləri üzrə layihələr hazırlanıb və hazırda sahə işləri planlaşdırılır.
Qarabağ iqtisadi rayonu üzrə 13 filiz yatağının fond məlumatları əsasında xəritələri hazırlanıb.
İşğaldan azad olunmuş rayonların topoqrafik xəritələrin hazırlanması işləri davam etdirilir.
İşğaldan azad edilmiş ərazilərin bərpa olunan enerji mənbələri potensialının ölçülməsi məqsədilə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin əməkdaşları tərəfindən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonlarında potensial günəş enerjisi ərazilərinə baxış keçirilib və Zəngilan rayonunda ölçmə-müşahidə stansiyası quraşdırılıb.
Hidroenerji potensialından səmərəli istifadə ilə bağlı İşçi Qrupun aidiyyəti qurumları tərəfindən müvafiq işlər aparılır.
Regionda balıqçılığın inkişaf etdirilməsi məqsədilə balıqçılıq təsərrüfatlarının yaradılması üçün münasib ərazilərin müəyyən edilməsi, həmçinin mövcud olmuş və dağıdılmış təsərrüfatların bərpası üçün işlər aparılır.
Sahəvi Tədbirlər Planına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə hərbi əməliyyatlar nəticəsində torpaqlarda baş vermiş deqradasiyanın peyk təsvirləri əsasında ilkin qiymətləndirilməsi və xəritələşdirilməsi işləri aparılır. Deqradasiya olunmuş torpaqların bərpası üçün qrupun aidiyyəti elmi institutları tərəfindən qiymətləndirmə işləri aparılır. İşğaldan azad edilmiş rayonlarda kənd təsərrüfatı fəaliyyətinin bərpası və təşkili məqsədilə peyk təsvirləri əsasında potensial əkin sahələri müəyyən olunmuş və xəritələşdirilmişdir.
Qrup fəaliyyətini İdarələrarası Mərkəzin digər İşçi qrupları ilə sıx əlaqə və məlumat mübadiləsi formatında həyata keçirməkdədir.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.
Xəbər lenti
Hamısına baxDünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37

