Nəsimi rayonu 2010-cu ilin I rübünü uğurla başa vurub
24.04.2010 [09:05]
Məlum olduğu kimi, aprelin 14-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirildi. İclasda çıxış edən dövlət başçısı aparılan uğurlu iqtisadi islahatlar nəticəsində 2010-cu ilin I rübündə ölkə iqtisadiyyatında 5,4 faiz, sənaye istehsalında isə 5,6 faiz artıma nail olunduğunu bildirdi. Bundan əlavə, hesabat dövründə qeyri-neft sektorunda 2,8 faiz, kənd təsərrüfatında isə 1,5 faiz artım qeydə alınıb. Qeyd edək ki, ölkəmizdə qazanılan böyük iqtisadi yüksəliş, nəhəng quruculuq və abadlıq işləri, makroiqtisadi göstəricilər dinamikasında müşahidə olunan sabit artım tempi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yeni iş yerlərinin yaradılmasında Bakının Nəsimi rayonunun da payı var.
Paytaxtın mərkəzi hissəsi abadlaşır və gözəlləşir...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərman və Sərəncamlarını, proqram xarakterli çıxışlarındakı müddəaları əsas götürən Nəsimi rayon İcra Hakimiyyəti əvvəlki illərdə olduğu kimi, 2010-cu ilin ilk rübündə də, rayonun ərazisində genişmiqyaslı abadlıq yenidənqurma və yaşıllaşdırma işlərini davam etdirib. Küçə və meydanlarda, park və xiyabanlarda səliqə-səhman işləri aparılıb və yaşıllıqlar salınıb. Qanlı 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə bağlı rayonun Moskva prospekti ilə 20 yanvar və Asif Məhərrəmov küçələrinin kəsişdiyi ərazidə ucaldılmış abidə kompleksi və ətrafında tikinti-quruculuq və abadlıq işləri aparılıb, yolların kənarında yaşıllıq zolağı salınıb. Yaz mövsümünün gəlişi ilə əlaqədar park və bağlardakı, küçələrdəki yaşıllıq zolaqları bellənib, ağacların gövdələrinin ağardılması işlərinə başlanılıb. Yeni yaşıllıqların salınmasına, eyni zamanda, ötən illərdə yaradılmış nümunəvi həyətlərdə, uşaq oyun meydançalarında və digər yerlərdə quraşdırılmış oturacaqların, istirahət güşələrindəki elementlərin təmiri, yenidən rənglənməsi işlərinə başlanılıb.
“Cavadxan” metrostansiyasının tikintisi, Füzuli küçəsində “Qış bağı”nın salınması və Füzuli küçəsi ilə Ə.Topçubaşov küçələrinin kəsişməsindəki ərazidə tikiləcək “Senaqoq”la bağlı əhali arasında maarifləndirmə işləri aparılaraq kompensasiyaların ödənilməsi təmin edilib, sakinlərin başqa ünvanlara köçürülməsinə yaxından köməklik göstərilərək, boşaldılmış yaşayış və qeyri-yaşayış tikililərində söküntü işləri aparılıb. Bununla yanaşı, hesabat dövrü ərzində rayon İcra Hakimiyyətinin balansında olan yaşayış binalarının 6600 kv.m sahəsinin dam örtükləri təmir edilib, 450 kv.m keçid meydançaları və pilləkanların təmiri başa çatdırılıb. Eyni zamanda, 550 kv.m ümumi istifadə yerləri şüşələnib, 500 kv.m giriş qapıları və 500 kv.m pəncərə təmir edilərək, 1000 p.m-ə qədər suaxıdıcı boruların təmir olunması və mühəndis kommunikasiya sistemlərinin təmir olunaraq 130 binaya istilik verilməsi üçün lazımi təmir və profilaktika işlərinin aparılması 2010-cu ildə qarşıya qoyulub. Bakı Şəhər İcra Hakimiyyətinin müvafıq sərəncamı ilə rayon İcra Hakimiyyəti inzibati binasının tikintisi üçün ayrılmış ərazidə tikinti işlərinə başlanılıb. 2010-cu ilin ölkəmizdə “Ekologiya ili” elan edilməsi ilə bağlı 2010-cu ilin əvvəlindən bu günədək rayon ərazisinin H.Seyidzadə, 20 yanvar, Cavadxan küçələri, Vaqif, S.Vurğun, Azadlıq, Neftçilər, Tbilisi prospektlərində, 3, 4, 5-ci mikrorayonlarında, ümumilikdə 3120 ədəd ağac və dekorativ gül kolları əkilib. Təşkil edilmiş iməciliklərdə 4300 nəfər iştirak edib.
Rayonda 485 yeni iş yeri yaradılıb
Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli, 80 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2009-2013-cü illərdə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq rayonda bütövlükdə sosial rifah məsələləri də uğurla icra edilir. 2010-cu ilin I rübündə orta əməkhaqqı artaraq 340,2 manat və ya ötən illə müqayisədə 105,1 faiz təşkil edib. ümumilikdə 2010-cu ilin yanvar-mart aylarında 485 yeni iş yeri açılıb ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 100 faiz təşkil edir.
Sənayedə artım var
2010-cu ilin I rübü ərzində Nəsimi rayonunun sənayesində 4 mln 60,3 min manatlıq və ya əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə 100,6 faiz çox sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib. Nəqliyyat sektorunda xidmətlərin həcmi 91 mln 952,1 min manat və ya 131,1 faiz, rabitə xidmətlərinin həcmi isə 1 mln 825,8 min manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,1 dəfə artıb.
Hesabat dövrü ərzində rayonda əsas kapitala yönəldilən investisiyaların həcmi 12 mln 964,8 min manat, əsas kapitala yönəldilən ümumi investisiyalardan tikinti-quraşdırma işlərinə yönəldilən investisiyaların həcmi isə 10 mln 930,8 min manat olub. 2010-cu ilin yanvar-mart aylarında istehlak və xidmət bazarlarında əhaliyə satılmış istehlak mallarının və göstərilən pullu xidmətlərin həcmi 131 mln 743,2 min manat və ya ötən illə müqayisədə 150,6 faiz təşkil edib.
İşsizlik problemi həllini tapıb
2010-cu ilin I rübü ərzində rayon Məşğulluq Mərkəzinə müraciət edənlərdən 177 nəfəri daimi işlə təmin edilib. 25 fevral 2010-cu il tarixdə rayon Məşğulluq Mərkəzində əmək yarmarkası keçirilərək 37 nəfər daimi işlə təmin edilib. Hesabat dövrü ərzində, 96 nəfər 6 ixtisas üzrə peşə təlimi kurslarına cəlb edilib. “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq, 28 nəfər qaçqın və məcburi köçkün münasib işlə təmin olunub, 4 nəfər qaçqın və məcburi köçkünə işsizliyə görə müavinət ödənilib, 5 nəfər peşə təlimi kurslarına cəlb edilib. Azərbaycan Respublikası Prezidentinin “Dövlət Qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmanını rəhbər tutan Nəsimi rayon İcra Hakimiyyəti hesabat dövrü ərzində qadınların sosial müdafiəsinin təmin edilməsinə üstünlük verib. Belə ki, bu dövr ərzində, rayon Məşğulluq Mərkəzi tərəfindən münasib işlə təmin olunanların 80 nəfəri və ya 45,1 faizi, peşə hazırlığı kurslarına cəlb olunanların 44,8 faizi və ya 43 nəfəri qadınlar olub. 17 nəfər qadına isə işsizliyə görə müavinət təyin edilib ki, bu da müavinət alanların 44 faizini təşkil edir. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün müəssisə və təşkilatlarda kvota üzrə müəyyən olunmuş xüsusi iş yerlərində 2010-cu ilin I rübü ərzində 40 nəfər işlə təmin olunub ki, onlardan 1 nəfəri əlil, 13 nəfəri məcburi köçkün, 2 nəfəri çoxuşaqlı qadın, 4 nəfəri əlil uşaqları tərbiyə edən qadınlar, 20 nəfəri isə 20 yaşadək gənclər olub. Bu dövr ərzində 38 nəfərə işsizlik müavinəti verilib.
Sosial müdafiə gücləndirilib
2010-cu ilin I rübündə Nəsimi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində yaradılmış müvafiq təşkilatların nümayəndələrindən ibarət komissiya üzvləri tərəfindən 3,153 ailənin 12,656 nəfər üzvünə, o cümlədən, cari ilin I rübü ərzində 417 ailənin 1,682 nəfər üzvünə ünvanlı dövlət sosial yardımı verilib. Hesabat dövründə ünvanlı dövlət sosial yardımı sisteminin tətbiqindən aztəminatlı qaçqın və məcburi köçkün ailələri də diqqətdən kənarda qalmayıb. Belə ki, 214, o cümlədən, 2010-cu ilin I rübü ərzində 41 qaçqın və məcburi köçkün ailəsi ünvanlı dövlət sosial yardımı ilə təmin olunub. 360 nəfər tənha, ahıl və əlilə evlərdə sosial məişət xidməti göstərilib. Eyni zamanda, 42 nəfər Qarabağ və Böyük Vətən Müharibəsi əlillərinə pulsuz avtomaşın almalarına görə kompensasiya ödənilib. Aparılan məqsədyönlü tədbirlər nəticəsində, hazırda Nəsimi rayon Əhalinin Sosial Müdafiə Mərkəzində 4,037 nəfər sosial müavinət və təqaüd alan vətəndaşa bütün ödənişlərin həyata keçirilməsində heç bir problem qalmayıb.
Təhsil-səhiyyə diqqət mərkəzindədir
2010-cu ilin yanvar-mart ayları ərzində rayonun təhsil-səhiyyə ocaqlarında bir sıra yenidənqurma və təmir işləri aparılıb. 42 saylı orta məktəbdə keçən ildən başlayaraq inşa edilən 4 mərtəbəli, 160 şagird yerlik əlavə korpusun tikintisi başa çatmaq üzrədir. Hazırda, Kliniki Tibbi Mərkəzin keçmiş təcili yardım korpusunda əsaslı təmir işləri aparılır. Ə.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasında isə, əsaslı təmir işlərinə başlanılıb. Xəstəxananın həyətində inşa edilən Azərbaycan Tibb Universitetinin cərrahiyyə korpusunda tikinti işləri davam etdirilir. Azərbaycan Tibb Universitetinin 14 mərtəbəli Tədris Terapiya Korpusunda tikinti-quraşdırma işləri tamamlanmaq üzrədir. Dəri-Zöhrəvi xəstəxanasının həyətində yeni qazanxana binası tikilərək müasir avadanlıqlarla təchiz edilib, xəstəxananın binadaxili istilik sistemi tamamilə yenidən qurulub.
Səlim LOÄžMANOÄžLU
Xəbər lenti
Hamısına baxSosial
01 Noyabr 14:19
Dünya
01 Noyabr 13:45
YAP xəbərləri
01 Noyabr 13:28
Gündəm
01 Noyabr 12:48
İqtisadiyyat
01 Noyabr 12:31
Siyasət
01 Noyabr 12:19
İqtisadiyyat
01 Noyabr 11:57
Xəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
İqtisadiyyat
31 Oktyabr 10:53
İqtisadiyyat
31 Oktyabr 10:52
İqtisadiyyat
31 Oktyabr 10:49
MEDİA
31 Oktyabr 10:30
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

