/ / Türkiyəli psixoloqlardan ibarət nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Türkiyəli psixoloqlardan ibarət nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
22.01.2021 [09:43]
Vətən müharibəsindən sonra mənəvi-psixoloji problemlər yaşayan vətəndaşların psixoloji reabilitasiyasının səmərəli təşkilinə yardım etmək üçün Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə qardaş Türkiyədən ölkəmizə gələn 20 nəfər peşəkar klinik-psixoloq və psixoterapevtdən ibarət nümayəndə heyəti yanvarın 21-də Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin üzvləri və onları müşayiət edən Fövqəladə Hallar Nazirliyinin Fövqəladə Halların Nəticələrinin Aradan Qaldırılması İşinin Təşkili Baş İdarəsinin rəisi general-mayor Elşad Hüseynov, Tibbi və Psixoloji Yardımın Təşkili şöbəsinin rəisi, tibb xidməti mayoru Xanım Sofiyeva əvvəlcə Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib, məzarı üzərinə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn nümayəndə heyəti ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb.
Daha sonra Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidə ziyarət olunub.
Fövqəladə Hallar Nazirliyinin Tibbi və psixoloji yardımın təşkili şöbəsinin rəisi, tibb xidməti mayoru Xanım Sofiyeva jurnalistlərə müsahibəsində deyib ki, təcrübəli psixoloqlar əvvəlcə paytaxtda yerləşən tibb müəssisələrində xidmət göstərəcəklər. Sonrakı müddətdə isə həkim heyəti müharibə dövründə mülki şəxslərin daha çox psixoloji travmaya məruz qaldığı şəhər və rayonlara gedəcəklər. Heyət üzvlərinin orada şəhid ailələri, qazilər və müharibənin fəsadlarından əziyyət çəkən vətəndaşlara xidmət göstərməsi nəzərdə tutulub. Ümumiyyətlə, bütün psixoloji xidmətlər təmənnasız göstəriləcək.
Nümayəndə heyətinin rəhbəri Selçuk Demirtaş isə jurnalistlərə müsahibəsində qeyd edib ki, 44 günlük Vətən müharibəsində işğal altındakı Qarabağı azad edən Azərbaycan Ordusunun gücünü, xalqının cəsarətini bütün dünyaya göstərdi. Buna görə Azərbaycan Prezidenti İlham Əliyev və rəşadətli Azərbaycan Ordusuna minnətdarlığımızı bildiririk. İşğal altındakı torpaqların azad edilməsi bizi və türk xalqını son dərəcə sevindirdi. Təəssüf ki, bu müharibədə azərbaycanlı qardaşlarımız da şəhid olublar. Müharibədən sonra insanlarda müəyyən mənəvi-psixoloji problemlər özünü göstərir. Bu problemləri yaşayan vətəndaşların psixoterapevtik müalicəsinin təşkili məqsədilə Bakıya gəlmişik. Həkimlərimiz bir ay ərzində Azərbaycanda şəhid ailələrinin üzvlərinə, qazilərə və müharibədən zərər çəkmiş şəxslərə yardım etmək üçün əllərindən gələni edəcəklər. Rəhbərlik etdiyim nümayəndə heyəti Türkiyənin müxtəlif bölgələrindən təcrübəli psixoloq-mütəxəssislərdən ibarətdir.
O bildirib ki, Azərbaycanın Vətən müharibəsindən sonra Türkiyənin müxtəlif bölgələrindən azərbaycanlı qardaşlarımızın psixoloji reabilitasiyasının səmərəli təşkilinə yardım etməyə gəlmək istəyən həkimlərimiz, psixoloqlarımız, psixiatrlarımız könüllü müraciət ediblər. Bütün sahələrdə olduğu kimi, bu sahədə də Türkiyə qardaş Azərbaycanın yanındadır və ona yardım etməyə hazırdır.
“Nümayəndə heyətinə İstanbul, Ankara, Bursa, Samsun, Adana, Urfa, Elazığ vilayətlərindən könüllü müraciət etmiş həmkarlarımız daxildir. Məqsədimiz Azərbaycandakı psixoloq-mütəxəssislərlə birgə təcrübə mübadiləsi aparmaq, təlimlər keçmək, buradakı həmkarlarımıza kömək etməkdir. Biz Bakıda və regionlarda şəhid ailələrinə və qazilərə psixoloji dəstək göstərmək üçün birgə fəaliyyət göstərəcəyik. Türkiyədə bu sahədə böyük təcrübəmiz var”, - deyə Selçuk Demirtaş vurğulayıb.
Xəbər lenti
Hamısına baxSosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40

