Hər kəs qaydalara əməl etməklə COVID-19-a qarşı mübarizə aparmalıdır
11.12.2020 [09:17]
Son günlər dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayının kəskin artımı çox böyük narahatlıq doğurur. Məlumat üçün bildirək ki, hazırda dünyada koronavirusa yoluxanların sayı artıq 68 milyon nəfərdən çoxdur. 1,5 milyon nəfər insan isə bu virusun qurbanı olub. Bu səbəbdən bir çox ölkələrdə yenidən sərt karantin qaydaları tətbiq edilir, müvafiq məhdudlaşdırıcı tədbirlər həyata keçirilir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da COVID-19 xəstəliyinə yoluxma halları davam etməkdədir. Yeri gəlmişkən, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, Azərbaycanda virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 31 yanvar 06:00-dək uzadılıb. Son günlərdə COVID-19 virusuna yüksək yoluxma dinamikası qeydə alındığından bir sıra qadağaların tətbiq edilməsinə qərar verilib. Ekspertlər ölkəmizdə bu istiqamətdə həyata keçirilən bütün tədbirlərin vətəndaşların sağlamlığının qorunmasına xidmət etdiyini bildirirlər. Eyni zamanda, sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruriliyi, sanitar-gigiyenik qaydalara düzgün riayət olunması, kütləvi toplaşmamağın vacibliyi ilə bağlı mütəmadi olaraq çağırışlar edilir.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən həkim-terapevt Vəfa Mirzəzədə deyib ki, “gözəgörünməz düşmən”lə mübarizə aparıldığı bir vaxtda hər kəs özünü koronavirus infeksiyasına yoluxmaqdan qorumalıdır: “Koronavirusdan qorunmaq üçün mütləq şəkildə gigiyenik tələblərə riayət edilməlidir. Doğrudur, biz payız-qış mövsümündə xəstəliyin artım sürətini gözləyirdik. Burada daha çox davranış problemləri var, sentyabrda yoluxma səviyyəsinin aşağı enməsi bir qədər rahatlıq yaratdı. Əsas səbəb kütləvi toplaşma və təmasların artması, sosial məsafənin gözlənilməsinin və tibbi maskadan istifadənin unudulması oldu”.
Həkim qeyd edib ki, tibbi maska mütləq şəkildə taxılmalıdır: “Onun vasitəsilə özümüzü, yaxınlarımızı və ətrafımızda olanları qorumalıyıq. Bir sözlə, hər kəs özünü çox ağır bir xəstəlikdən qorumalıdır”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

