Yeni növ koronavirus infeksiyası bütün dünyanı təhdid edir
02.12.2020 [09:30]
Karantin qaydalarına əməl etmədikcə, mövcud gigiyenik tələblərə etinasız yanaşdıqca COVID-19 həyatımızdan çəkilib getməyəcək
Bu gün yeni növ koronavirus (COVID-19) infeksiyası qlobal xarakter daşımaqla bütün dünya xalqlarının təhlükəsizliyini təhdid edir. Təəssüf ki, hazırda nə milli, nə də qlobal səviyyədə bu virusa qarşı mübarizədə effektiv bir vasitə tapılmayıb. Belə olan halda yeganə çıxış yolu yalnız hər kəsin karantin qaydalarına ciddi şəkildə əməl etməsindən ibarətdir. Həmin qaydalar isə əllərin yuyulması, tibbi maska taxılması və sosial məsafənin gözlənilməsidir. Lakin bu qaydalara tələb olunan səviyyədə əməl olunmaması yoluxma sayında artıma səbəb olur.
Yeri gəlmişkən, son günlər ölkəmizdə yoluxmanın artma səbəbinə toxunan həkim-terapevt Sevinc Əhmədova deyib ki, əksər hallarda müalicə müəssisəsinə üz tutan xəstə bayırda tibbi maska taxır, həkimin yanına girəndə onu çıxarır, yaxud kassaya maska ilə yaxınlaşır, danışanda maskanı aşağı salır və danışır: “Özündə xəstəliyin əlamətlərini hiss edən şəxs evdən bayıra çıxaraq işə gedir və ya qonaqlıqda iştirak edir. Yaxud müalicə olunan xəstə bir həftə sonra səhhətində bir az yaxşılaşma baş verən kimi çölə-bayıra çıxaraq ətrafdakıları yoluxdurur. Nə qədər ki, karantin qaydalarına əməl etməyənlər, mövcud gigiyenik tələblərə etinasız yanaşanlar var, koronavirus həyatımızdan çəkilib getməyəcək”.
Onun sözlərinə görə, məsuliyyətsizlik nəticəsində başqalarının da yoluxması, xəstələnməsi və fəsadla üzləşməsinə səbəb olanlar mütləq ictimai qınağa tuş olmalı və hətta cəzalandırılmalıdır.
Həkim-terapevt onu da qeyd edib ki, xəstəliyi yüngül keçirən əksər koronaviruslu xəstələrdə temperatur bir, ya iki gün davam edir: “Doğrudur, bəzən hətta sağalandan sonra bir ay temperaturu, öskürəyi davam edən xəstələrə də rast gəlirik. Bəzən uşaqların guya xəstəliyə yoluxmadığı və daşıyıcı olmadığı barədə fikirlər dolaşır ki, bu, qətiyyən düzgün deyil. Çünki bizim ölkəmizdə belə kiçik yaşlı uşaqların yoluxduğu barədə statistika var. Dünyada altı aylıq, hətta yeni doğulan körpənin belə xəstəliyə yoluxması barədə faktlar var. Lakin fərq ondadır ki, uşaqlar xəstəliyi böyüklər kimi ağır yox, sadə qrip əlamətləri ilə keçirərək sağalırlar”.
İndiki dövrdə qidalanma zamanı C vitamini ilə zəngin sitrus meyvələrindən çox istifadə etmək lazımdır: “Həmin meyvələrə qarşı allergiyası olanlar isə kartof, bolqar bibəri, gül və brokkoli kələmindən istifadə edə bilərlər. Eyni zamanda, xörəklərdə soğan və sarımsaqdan istifadə etmək də faydalıdır. Paxlalı bitkilər də təbii immunomodulyator sayılır və onlardan istifadə etmək də səmərəlidir. Həftədə iki-üç dəfə onlardan istifadə etmək olar”.
Həkim-terapevt antiseptik vasitələr barədə danışarkən deyib ki, spirtdən çox istifadə edilməsi dəridə çat və quruluq yaradır və hətta dermatitə aparıb çıxarır. Ona görə daha çox dezinfeksiyaedici maddələrdən istifadə edilməsi məsləhətdir: “Hətta xüsusi antibakterial sabunlardan bir müddət çox istifadə edəndə dəri təbəqəsi mikroblara qarşı olan təsirini itirmiş olur və qorumur. Bunun baş verməməsi üçün antiseptik vasitələri dəyişmək lazımdır”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxSiyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33

