Ana səhifə »  Sosial »  “Müasir dünyanın problemləri: nifrətə çağırış, terror, ekstremizm, islamafobiya və Ermənistanın Azərbaycana qarşı təcavüzü” mövzusunda beynəlxalq konfransın iştirakçıları bəyanat qəbul ediblər
A+   Yenilə  A-
“Müasir dünyanın problemləri: nifrətə çağırış, terror, ekstremizm, islamafobiya və Ermənistanın Azərbaycana qarşı təcavüzü” mövzusunda beynəlxalq konfransın iştirakçıları bəyanat qəbul ediblər

Noyabrın 10-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə “Müasir dünyanın problemləri: nifrətə çağırış, terror, ekstremizm, islamofobiya və Ermənistanın Azərbaycana qarşı təcavüzü” mövzusunda keçirilən onlayn beynəlxalq konfransın iştirakçıları birgə bəyanat qəbul ediblər.
AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir: “Bəşəriyyətin firavan gələcəyi naminə dünyada sülhün, əmin-amanlığın, birgəyaşayışın, sivilizasiyalar və dinlərarası harmoniyanın bərqərar olması amallarına sadiqliklərini ifadə edərək;
Bu onlayn konfransın ünvanına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarına görə dərin təşəkkürlərini bildirərək;
İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osayminin və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin bu tədbirin təşkili ilə əlaqədar təşəbbüslərini yüksək qiymətləndirərək;
Beynəlxalq hüquq normaları və prinsiplərinə riayət olunmasının vacibliyini vurğulayaraq;
Dünyanın bütün regionlarında hərbi təcavüzlərin, zorakılıq hallarının və mövcud münaqişələrin aradan qaldırılmasına yönəlmiş beynəlxalq tədbirləri dəstəkləyərək, bu baxımdan, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək istiqamətində səylərinə öz həmrəyliyini ifadə edərək;
Müasir dövrdə terrorizmin, dini və etnik zəmində dözümsüzlüyün, ayrı-seçkiliyin, ksenofobiyanın və islamofobiyanın artması, terrorçu və ekstremist qruplaşmalar tərəfindən dini dəyərlərin öz məqsədləri üçün istifadə olunması, mədəni, dini və tarixi irsin dağıdılması, eləcə də, dini müqəddəsliklərin həqarət olunması kimi vandalizm hallarının dünyada sülhə, qlobal dialoqa və bəşəri həmrəyliyə təhdid olması ilə bağlı dərin narahatlıqlarını ifadə edərək;
Özündə bəşəri dəyərləri ehtiva edən dinlərin dünya sivilizasiyasına, mədəniyyətinə və mənəvi irsinə əhəmiyyətli töhfə verdiklərini, şəfqət və mərhəmətin, humaniz ideyalarının təşviq edilməsinə, sülhün və ədalətin təmin olunmasına xidmət etdiklərini xüsusi vurğulayaraq;
Tərəqqiyə, sabitliyə və təhlükəsizliyə maneə olan nifrət çağırışlarına, etnik və dini zəmində həqarətə zəmin yaradan təhrikedici təbliğatlara yol verilməməsi üçün beynəlxalq səviyyədə səylərin gücləndirilməsinə, dövlət, ictimaiyyət, elm və din xadimlərinin bu sahədə birgə əməkdaşlığına olan zərurəti bildirərək;
Terrorizmi, onun bütün təzahürlərini və dinc insanlara qarşı hər-hansı zorakılıq hallarını qətiyyətlə pisləyərək;
Dövlətləri, Birləşmiş Millətlər Təşkilatını, İslam Əməkdaşlıq Təşkilatı və ona üzv ölkələri, digər beynəlxalq, regional, ictimai təşkilatları və dini liderləri
- terrorizmin və insaniyyətə qarşı cinayətlərin din adı ilə bağlanması, ayrı-seçkiliyə, ksenofobiya, islamofobiya, antisemitizm, xristianofobiya zəminində törədilən terror aktları və digər xüsusilə ağır cinayətlərin qarşısının alınması üçün təsirli tədbirlər görməyə;
- din adından törədilən hər hansı terror aktını bütün dinlərə qarşı törədilmiş terror aktı kimi qiymətləndirməyə;
- dinlərin müqəddəs dəyərlərinin həqarət olunmasını, xüsusilə də söz azadlığı və demokratiya pərdəsi altımda İslam Peyğəmbərinin karikaturalarının nəşr edilməsi hallarını qınamağa;
- dini dəyərləri rəhbər tutmaqla yanaşı, dini ayinlərin aidiyyəti dini məkanların yerləşdiyi ölkələrin dövlət siyasəti və milli qanunvericiliyinə tam riayət etməklə yerinə yetirilməsinin təmin olunmasına;
- media, rabitə və informasiya texnologiyaları vasitəsilə irqi, dini və etnik zəmində zorakılığa təhrik edən zərərli ideologiyaların və təbliğatların, nifrətə çağırışların qarşısının alınmasında əməkdaşlığın artırılmasına, xüsusən gənclərin bu sahədə maarifləndirilməsini təşviq etməyə;
- Birləşmiş Millətlər Təşkilatının mərkəzi əlaqələndirici rolu vasitəsilə beynəlxalq sabitlik və təhlükəsizliyə qarşı yönəlmiş təhdid və təhlükələrin qarşısının alınması üçün birgə səylərin artırılmasına və qlobal dialoqun gücləndirilməsinə;
- Yaxın Şərqdə davam edən münaqişələrin, Fələstin və Kəşmir problemlərinin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə, Suriya, Liviya, Əfqanıstan və digər bölgələrdə baş verən vətəndaş qarşıdurmalarının aradan qaldırılmasına və sülhün bərqərar olmasına dəstək verməyə;
- Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə dəstək ola biləcək hər hansı siyasi, mənəvi, iqtisadi, hərbi yardımlar göstərməməyə, o cümlədən öz ərazilərindən həmin məqsədlə təyinatlı daşınmalara və muzdluların hərəkətinə yol verməməyə;
- Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarına, xüsusilə dövlətlərin suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsiplərinə hörmət edilməsinə və bu prinsiplərə riayət olunmasının beynəlxalq səviyyədə təşviqinə, dünyanın bir çox bölgələrində baş verən konfliktlərin, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yuxarıda göstərilən prinsiplərə tam uyğun olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində və sülh yolu ilə həllinə töhfə verməyə çağırırlar.
Şeyxülislam Allahşükür Paşazadə - Qafqaz Müsəlmanları İdarəsinin sədri;
Mərğub Səlim Bat - İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Baş katibi Y.Ə.Əl-Useyminin xüsusi nümayəndəsi;
Ali Erbaş - Türkiyə Cümhuriyyətinin Diyanət İşləri Başqanı;
Əbuzər İbrahimi Torkaman - İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri;
Əli Muhyiddin Əl-Qaradaği - Beynəlxalq İslam Üləmaları Birliyinin Baş katibi;
Mübariz Qurbanlı - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri;
Əl-Seyyid Mahmud Əl-Şərif - Misir Ərəb Respublikası Parlamenti sədrinin birinci müavini, Şəriflər Cəmiyyətinin rəhbəri;
Salim Əl-Malik - İslam Əməkdaşlığı Təşkilatı ISESCO-nun Baş direktoru;
Məhəmməd Qasem Həlimi - Əfqanıstan İslam Respublikasının Həcc, İrşad və Vəqflər naziri;
Halit Eren - İslam Əməkdaşlığı Təşkilatı IRCICA Baş direktoru;
Usmonxon Alimov - Özbəkistan Müsəlmanları İdarəsinin sədri;
Şeyx Məhəmməd Mənsur Nias - Seneqal Respublikası Prezidentinin Dini işlər üzrə müşaviri;
Əhməd Təmim - Ukrayna Müsəlmanları Ruhani İdarəsinin sədri;
Sahibzadə Sultan Əhməd Əli - Pakistan Müsəlman İnstitutunun direktoru;
Yəhya Pallaviçini - İtaliya Müsəlman İcmasının prezidenti, Milan məscidinin imamı;
Yusuf Abdulrahman Nzibo - Keniya Fatima bint Xalfan fondunun təsisçi sədri, Nayrobi məscidinin sədri;
Mustafa Alış Hacı - Bolqarıstanın müftisi;
Rifat Feyzic - Monteneqronun müftisi;
Zoltan Robert Bolek - Macarıstan Müsəlman İcmasının sədri;
Əziz Əl-Kobaiti İdrisi - Mərakeş Sufi və Estetik Araşdırmalar üzrə Beynəlxalq Akademik Mərkəzinin prezidenti;
Altay Abibullayev - Nursultan Nazarbayev adına Dinlərarası və Mədəniyyətlərarası Dialoqun İnkişafı Mərkəzinin idarə heyətinin sədri;
Xamis Səid Mataka - Tanzaniya Milli Müsəlman şurasının sədri;
Maksatbek Toktomuşev - Qırğızıstan Müsəlmanları İdarəsinin sədri;
Seymur Nəsirov - Misirdəki Azərbaycan Diaspora Təşkilatları birliyinin sədri.
Bakı, 10 noyabr, 2020-ci il”.

 
  • Oxunub:  3330  |  
  • Tarix:  11-11-2020  |  
  •    Çap et   |  
Azərbaycan İslam ölkələri arasında həmrəyliyin gücləndirilməsi istiqamətində davamlı səylər göstərir

22 İyun 15:19
Vətən müharibəsinin artıq 700-dək qazisinə ölkəmizin ərazi bütövlüyü ilə əlaqədar əlillik dərəcələri təyin olunub
22 İyun 15:08
Azərbaycan ərazisində terror-təxribat cinayətləri törədən erməni silahlı dəstələrinin üzvləri ilə bağlı növbəti məhkəmə iclası keçirilib
22 İyun 14:58
UNEC əməkdaşlarına dövlət mükafatları təqdim olunub
22 İyun 14:57
AzTU-nun təltif olunan əməkdaşlarına mükafatlar təqdim edilib
22 İyun 14:48
Kamal Cəfərov: Artıq ənənəvi media yerini sosial mediaya verib, ictimai gündəmi insanlar müəyyənləşdirirlər
22 İyun 14:43
BMT İnkişaf Proqramı ilə icra olunan layihələrin müzakirəsi olub
22 İyun 14:42
İcbari tibbi sığorta çərçivəsində vətəndaşlara xidmət göstərəcək özəl klinikalar açıqlanıb - SİYAHI
22 İyun 14:29
Milli Məclisin deputatı AŞPA-nın Hüquqi işlər və insan hüquqları komitəsinin məruzəçisi seçilib
22 İyun 14:28
Müdafiə naziri NATO-nun Quru Qoşunları Komandanlığının Qərargah rəisi ilə görüşüb
22 İyun 14:26
Vilayət Eyvazov: Azərbaycanın və Pakistanın Daxili İşlər nazirlikləri arasında səmərəli əməkdaşlıq mövcuddur
22 İyun 14:16
Naxçıvan Muxtar Respublikası ilə İsveç Krallığı arasında əlaqələrin genişləndirilməsi müzakirə olunub
22 İyun 14:15
BMT-nin ali nümayəndəsi: Füzuli rayonunda gördüyüm mənzərə məni dəhşətə gətirdi
22 İyun 13:59
Vətən müharibəsində yaralanmış 33 qazi yüksək texnologiyalı protezlərlə təmin olunub
22 İyun 13:38
Azərbaycan və Misir XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
22 İyun 13:29
Kamaləddin Qafarov: Ən qorxulu epidemiyalar son nəticədə məhz vaksinasiya yolu ilə aradan qaldırılıb
22 İyun 13:20
Tanınmış türkiyəli media mütəxəssisləri AzTV-də
22 İyun 13:10
Deputat: Sosial şəbəkələr canlı ictimai müzakirələr baxımından demokratiya və azadlığın təşviqi istiqamətində mükəmməl vasitədir
22 İyun 12:56
Paytaxtda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
22 İyun 12:47
BMT-nin ali nümayəndəsi Füzuli rayonunda erməni barbarlığı ilə tanış olur
22 İyun 12:42
“Avro-2020”: Çexiya millisi İngiltərə, Xorvatiya isə Şotlandiya ilə qarşılaşacaq
22 İyun 12:37
Bu gün Xalq şairi Xəlil Rza Ulutürkün vəfatından 27 il ötür
22 İyun 12:19
Asiya İnkişaf Bankı Azərbaycan sığorta bazarındakı proseslərlə yaxından maraqlanır
22 İyun 12:06
Misir ICESCO-nun Baş Konfransına ev sahibliyi edəcək
22 İyun 11:58
Sədaqət Vəliyeva: COVİD-19 pandemiyasından yeganə xilas yolu vaksinasiyadır
22 İyun 11:46
BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsinin işğaldan azad edilmiş Füzuli rayonuna səfəri başlayıb
22 İyun 11:31
Prezidenti İlham Əliyev: BMT ilə əməkdaşlıq Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır
22 İyun 11:30
Sahibə Qafarova: Şuşa Bəyannaməsinin imzalanması ilə bütün dünya Azərbaycan-Türkiyə dostluğunun bir daha şahidi oldu
22 İyun 11:15
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilir
22 İyun 11:13
XİN: Azərbaycan tərəfi UNESCO missiyasını qəbul etməyə hazırdır
22 İyun 10:47
Azərbaycanda şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportu və ya immunitet sənədi tələb olunacaq
22 İyun 10:46
Azərbaycanlı deputat: Mingəçevir su anbarını bombalamağa, yüz minlərlə azərbaycanlını qətlə yetirməyə çağıran erməni nümayəndənin çıxışı ikrah hissi doğurur
22 İyun 10:31
Sosial Xidmətlər Agentliyində uşaqlarla bağlı fəaliyyət göstərən QHT-lərlə görüş keçirilib
22 İyun 10:21
İyulun 1-dən Azərbaycanda şənlik mərasimlərinin keçirilməsinə icazə verilir
22 İyun 10:00
Nigar Arpadarai: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır
22 İyun 09:57
Hərbi Dəniz Qüvvələrinin taktiki təlimləri başlayıb
22 İyun 09:47
Turizm cənnəti – Antalya
22 İyun 09:06
Bütün cəhdlərə baxmayaraq, revanşistlər iflasa uğradılar
22 İyun 09:03
Gündüz Bayramov: Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan və Türkiyə münasibətlərində yeni mərhələnin başlanğıcıdır
22 İyun 09:01
Ramiz Yusubov: Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri əbədi və sarsılmazdır
22 İyun 09:00
Sabir Hacıyev: Azərbaycan ilə Türkiyənin dostluğu və qardaşlığı bir daha bütün dünyaya nümayiş etdirildi
22 İyun 08:59
Arzuxan Əlizadə: Azərbaycan ilə Türkiyə regionda sülhün və sabitliyin təminatçısıdır
22 İyun 08:58
Qabil Hüseynli: Azərbaycan-Türkiyə müttəfiqliyi regionun gələcək inkişafı üçün geniş imkanlar yaradır
22 İyun 08:53
Abutalıb Səmədov: Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyət daşıyır
22 İyun 08:51
Radikal müxalifət xalqa və dövlətə xəyanət yolu tutub
22 İyun 08:49
Ermənistanda seçki baş tutsa da, siyasi qarşıdurma səngimir
22 İyun 08:48
“Normal həyatımıza geri dönüş vaksinasiya olunanların sayı artdıqca tezləşəcək”
22 İyun 08:43
Dünya azərbaycanlılarının həmrəyliyinin təmin olunmasında azərbaycançılıq ideologiyasının rolu əvəzsizdir
21 İyun 21:39
Rəcəb Tayyib Ərdoğan: Şuşanın ən qısa zamanda tam yeni bir qiyafəyə qovuşacağına inanıram
21 İyun 21:36
Ceyhun Bayramov: Antalya Diplomatiya Forumu Azərbaycan üçün səmərəli müzakirələr məkanı oldu
21 İyun 21:32
ÜST dünyada COVID-19-la bağlı vəziyyəti qiymətləndirib
21 İyun 21:27
Rafael Hüseynov Avropa Şurasını sağlam inkişaf yoluna çıxmaq üçün ikili standartlardan qurtulmağa çağırıb
21 İyun 21:25
Adil Əliyev: COVID-19-a qalib gəlməyin yeganə yolu vaksinasiyadır
21 İyun 20:08
Azərbaycanlı deputat AŞPA üzvlərini mina xəritələrini vermək üçün Ermənistana təzyiq göstərməyə çağırıb
21 İyun 20:06
Mədəniyyət naziri BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi ilə görüşüb
21 İyun 20:04
Səməd Seyidov: AŞPA-nın yay sessiyasının iştirakçıları Şuşa Bəyannaməsi haqqında məlumatlandırılacaq
21 İyun 20:01
“Azərbaycan Respublikasında dövlət-din münasibətləri: 20 illik zaman kəsiyində” mövzusunda videokonfrans keçirilib
21 İyun 19:59
Vüqar Rəhimzadə: Prezident İlham Əliyevin təqdim etdiyi sülh modeli işğalçı dövlətin çətinliklərdən xilası deməkdir
21 İyun 19:57
Azərbaycanda koronavirus infeksiyasından daha 49 nəfər müalicə olunaraq sağalıb
21 İyun 19:52
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 20 illik fəaliyyətinə dair fotoalbom nəşr edilib
21 İyun 19:50
Baş nazir Əli Əsədov Qazaxıstanın Baş nazirinin müavini ilə görüşüb
21 İyun 19:49
MEDİA ilə “Aljazeera” Media İnstitutu arasında ikitərəfli formatda səmərəli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
21 İyun 19:47
Anar Məmmədov: Ermənilər tərəfindən basdırılmış minalar yüz minlərlə insanın doğma torpaqlarına qaytarılmasına ciddi maneə yaradır
21 İyun 18:14
Azərbaycan vətəndaşlığına qəbul edilmiş şəxslərin təntənəli andiçmə mərasimi keçirilib
21 İyun 17:32
“Xüsusi, hərbi və diplomatik rütbələrin ixtisas dərəcələri ilə qarşılıqlı uyğunlaşdırılması Qaydası” təsdiq edilib
21 İyun 17:31
Sinoptiklərdən xəbərdarlıq: Paytaxda havanın temperaturu 42°-yə yüksələcək
21 İyun 17:21
“Azərbaycan dilinin orfoepiya normaları” təsdiqlənib
21 İyun 17:19
Hikmət Babaoğlu: Ermənistandakı hazırki vəziyyət Azərbaycanın yaratdığı yeni geosiyasi reallığın işğalçı ölkənin siyasi sistemi tərəfindən qəbul edilməsidir
21 İyun 17:16
İqtisadiyyat naziri: İcbari tibbi sığorta sisteminin tətbiqi sosial-iqtisadi inkişaf üçün yeni mərhələdir
21 İyun 17:15
Türkiyə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun keçirəcəyi layihələrə dəstəyini əsirgəməyəcək
21 İyun 16:57
ADA Universiteti ilə “Al Jazeera” Media İnstitutu arasında anlaşma memorandumu imzalanıb

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+34 +39
gecə+20 +25