COVID-19-a yoluxma sayının artmasının qarşısını almaq üçün lüzumsuz təmaslardan çəkinməliyik
05.11.2020 [08:24]
Mütəxəssislərin fikrincə, ön cəbhəyə əlimizdən gələn köməyi etmək üçün ilk növbədə öz sağlamlığımızı qorumalıyıq
Məlum olduğu kimi, hazırda dünya ölkələri koronavirus pandemiyasının yeni dalğasını yaşayır. Bir çox ölkədə virusun yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər həyata keçirilir, tətbiq olunmuş karantin rejimi sərtləşdirilir. Azərbaycanda da COVID-19-a yoluxanların sayında kəskin artım müşahidə edilir, yoluxma və sağalma halları arasında fərq artır, sanitar-epidemioloji durum pisləşir. Pandemiyanın qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin qərarına əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 1 dekabr 2020-ci il saat 06:00-dək uzadılıb. Ekspertlər vətəndaşları vəziyyətin ciddiliyini nəzərə almağa və mövcud qaydalara əməl etməyə çağırırlar. Qeyd olunur ki, COVID-19-a yoluxma sayının artmasının qarşısını almaq üçün lüzumsuz təmaslardan çəkinməliyik.
TƏBİB-in infeksion xəstəlikləri üzrə işçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev bildirib ki, xəstəliyin inkubasiya dövrü nəzərə alınarsa, vəziyyət nəzarət altına alındıqdan sonra hələ bir müddət yüksəlmələrə doğru gedişatı gözləmək olar: “Təəssüf ki, Azərbaycanda bu vəziyyət nəzarət altına alınmayıb. Çünki rəqəmlər yüksəlişə doğru gedir. Düşünürəm ki, vəziyyət yaydakı dövrdən daha da ağır ola bilər. Çünki yoluxma hallarının sayı əvvəlki kritik dönəmdəkindən iki dəfə daha çoxdur”.
O bildirib ki, virusa yoluxan insanların vəziyyətində əvvəlki dövrə nisbətən yüngülləşmə var: “Yəni yüngül formada keçirənlər çoxdur. Lakin əvvəllər gənclər xəstəliyi daha çox asimptomatik keçirirdilərsə, indi daha ağır formada keçirənlərə də rast gəlinir. COVID-19-un hətta uşaqlarda belə yüksək hərarətlə keçdiyini klinik təcrübələrimizdə də görürük. Virusa aid olan əlamətlərin hamısı bir xəstədə görülməyə bilər. Əlamətlərin heç biri olmasa da, insan virus daşıyıcısı ola bilər. Bu, xəstəliyin klinik gedişatına əsasən müəyyən olunur. İybilmə, dadbilmənin itməsi bəzi insanlarda heç görülməyə də bilər. Bəzilərində isə olub daha uzun müddətə bərpa oluna bilər. Bu baxımdan hər bir insanda klinik əlamətlərin görülüb görülməməsi individualdır. Baxmayaraq ki, virus bir ilə yaxındır ki, dünyada tüğyan edir, xəstəlik əvvəlki dövrlərdə olduğu kimi öz təhlükəliliyini sürdürür. Hərarəti olub-olmamasından asılı olmayaraq, insan həmin virusu daşıya bilər. Hətta xəstəliyin ağır formasında da hərarətin müşahidə edilməməsi mümkündür. Bəzi vətəndaşlar koronavirusu adi qrip hesab edirlər. “Koronavirus bir şayiədir” deyən insanlar da var. Lakin biz bu cəmiyyətdə yaşayırıqsa, virus tüğyan edirsə, qaydalara əməl etməsək, hər birimizin ona yoluxma ehtimalı yüksəkdir”.
Həkim-infeksionist vətəndaşları qaydalara riayət etməyə və məsuliyyətli davranış sərgiləməyə səsləyib. Qeyd edib ki, əlamətləri hiss etdikdə ilkin olaraq həkim müayinəsindən keçmək lazımdır: “Xəstəlik hər insanda fərqli formada keçir. Klinik əlamətlərin başlandığı günə əsaslanaraq həkim tərəfindən anamnez toplanmalıdır. Erkən dönəmdə diaqnostika üçün yaxma götürülməsi vacibdir. Nəticəyə əsasən xəstəliyin olub-olmadığına qərar verə bilərik. Test nəticəsi neqativ olsa da, xəstəliyin klinik əlamətləri varsa və xəstədən şübhələniriksə, o zaman ağciyərin kompüter tomoqrafiyasına (KT) ehtiyac yaranır. Virusun ağciyəri zədələmədiyi hallar da olur”.
“Hazırda müharibə dövrünü yaşayırıq. Bizim şanlı ordumuz tarixi qələbələr qazanır. Müharibədə ön və arxa cəbhələr mövcuddur. Ön cəbhədəki qələbələr müəyyən qədər arxa cəbhədən də asılıdır. Arxa cəbhədə tam gücümüzlə fəaliyyət göstərmək və ön cəbhəyə əlimizdən gələn köməyi etmək üçün gərək ilk növbədə öz sağlamlığımızı qoruyaq”.
Bu fikirləri isə qəzetimizə açıqlamasında Kliniki Tibbi Mərkəzin baş direktor müavini, Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının sədr müavini, partiyanın Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova deyib. Onun sözlərinə görə, arxa cəbhədə problemlə üzləşsək, əlavə çətinliklər yarana bilər: “Digər tərəfdən müharibə zamanı yaralılar da olur. Onların müalicəsi xəstəxanalarda aparılır. Biz elə etməliyik ki, xəstəxanalar koronavirus xəstələri ilə yüklənməsin. Bu səbəbdən qorunma tədbirlərinə daha ciddi əməl etməliyik”.
Həkim deyib ki, tibbi maskadan istifadə etmək məsələsinə ciddi yanaşmalıyıq: “Çox təəssüf ki, bəzi vətəndaşlar maskanı özləri ilə sadəcə “gəzdirirlər”. Yəni maskanı ya çənənin altında saxlayırlar, ya da sadəcə ağız nahiyəsini örtürlər. Tibbi maskanın bu cür “gəzdirilməsi” isə hətta yoluxmaya da səbəb ola bilər. Tibbi maska həm burun, həm də ağızı, tənəffüs yollarını örtməlidir. İki nəfər həm məsafə saxlayıb, həm də maskadan istifadə edirsə, bu zaman yoluxma ehtimalı 1 faizdən də az olur. Əks halda isə şəxsin biri xəstədirsə, təmaslar əksər hallarda yoluxmaya səbəb ola bilər”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15

