Azərbaycanın Baş prokuroru BMT-nin İnsan Hüquqları üzrə Ali komissarına rəsmi məktub ünvanlayıb
04.11.2020 [09:43]
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev BMT-nin İnsan Hüquqları üzrə ali komissarı Mişel Baçeletə rəsmi məktub ünvanlayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş prokuror Ermənistanın təcavüzü nəticəsində Azərbaycan Respublikasının ərazisində insan hüquqlarının və beynəlxalq humanitar hüququn normalarının kobud şəkildə pozulması, həmçinin Bərdə rayonunun mülki əhali üçün istifadəsi beynəlxalq hüquqla qadağan edilmiş “claster” bombaları ilə atəşə tutulması nəticəsində xeyli sayda insanların həlak olması və yaralanması faktlarına 2020-ci il 2 noyabr tarixli bəyanatında diqqət yetirdiyinə görə təşəkkürünü bildirib.
Bununla yanaşı, diqqətə çatdırılıb ki, Ermənistan silahlı qüvvələri tərəfindən yarım milyon əhalisi olan, münaqişə zonasından 100 kilometrdən artıq məsafədə yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncənin oktyabrın 4-də, 5-də, 8-də, 11-də və 17-də Ermənistan ərazisindən ballistik raket atəşinə məruz qalması nəticəsində 6-sı uşaq, 10-u qadın olmaqla 26 mülki şəxs həlak olub, 32-si uşaq, 57-si qadın olmaqla 142 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Həmçinin qeyd edilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın strateji obyektləri olan Mingəçevir Su və İstilik Elektrik Stansiyaları, Bakı-Tbilisi-Ceyhan və Bakı-Novorossiysk neft kəmərləri, Oğuz-Qəbələ-Bakı su kəməri hədəfə alınmaqla müxtəlif tarixlərdə raket atəşlərinə məruz qalıb.
Eyni zamanda, bəyanatda qeyd edilən iki erməni hərbçisinin guya Azərbaycan hərbi qulluqçuları tərəfindən qeyri-insani rəftara məruz qalmaqla öldürülməsi barədə yayılmış videomateriallar əsasında Baş Prokurorluqda araşdırmanın aparılması və həmin videoların saxta olmasının müəyyən edilməsi barədə də məlumat verilib.
Göstərilən hadisələr bəyanatda yer almadığı üçün narahatlığını ifadə edən Baş prokuror gələcək bəyanat və hesabatlarda Gəncə şəhərində mülki əhalimizə qarşı törədilmiş cinayət faktlarının və digər zəruri məlumatların qeyd edilməsini xahiş etməklə bununla bağlı ətraflı materialları təqdim edib.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32

