/ / Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə “Nizami Gəncəvinin doğma şəhərini qoruyaq” kampaniyası başlayıb
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə “Nizami Gəncəvinin doğma şəhərini qoruyaq” kampaniyası başlayıb
17.10.2020 [08:42]
Nizami Gəncəvinin doğma şəhərini qoruyaq - erməni terroruna yox deyək!
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə “Nizami Gəncəvinin doğma şəhərini qoruyaq” kampaniyası başlayıb. Beynəlxalq Mərkəzin həmsədrləri və üzvləri dünya ictimaiyyətini erməni terroruna son qoymağa çağırırlar.
AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri oktyabrın 16-da Gəncəyə səfər ediblər.
Mərkəzin üzvləri əvvəlcə Gəncə şəhərində ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.
Sonra şəhər icra hakimiyyətində brifinq keçirilib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təxribatına dünya dövlətləri susmamalıdır. Düşmən mülki əhalini birbaşa hədəf alır. Beynəlxalq təşkilatlar isə bu terror əməllərinə hər hansı münasibət bildirmir, ikili standartlardan çıxış edirlər.
Nizami Gəncəvi yurdunun - Gəncənin hər zaman ədalət, sülh, mərhəmət, birgə yaşayış, mehriban qonşuluq ənənələrini təbliğ etdiyini vurğulayan N.Bayramov qeyd edib ki, sentyabrın 27-si səhər saatlarından Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutur. Dinc sakinlər hədəf alınır, onların evlərinə, əmlaklarına və infrastruktura ciddi ziyan dəyir. Ordumuz düşmənin hücumlarının qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatına başlayıb.
Diqqətə çatdırılıb ki, işğalçı Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq, razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edir. Belə müharibə cinayətlərindən biri oktyabrın 11-də gecə saat 2 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncədə yaşanıb. Düşmənin məqsədli şəkildə şəhərin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını ağır artilleriyadan – “Skad” raketlərindən atəşə tutması nəticəsində 5-i qadın olmaqla, 10 nəfər həlak olub. Həmçinin 10-u qadın, 9-u azyaşlı olmaqla, 40-dək insan yaralanıb. Ondan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.
Ümumiyyətlə isə oktyabrın 4-dən bəri Gəncə şəhərinə Ermənistan Respublikası ərazisindən edilən raket hücumları nəticəsində, bu şəhərdə uşaq və qadınlar da daxil olmaqla 11 mülki şəxs həlak olub, 70-dən çox dinc sakin xəsarət alıb.
Sonra çıxış edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin icraçı direktoru Elnur Əliyev Ermənistan ordusunun Gəncədə törətdiyi terroru pisləyərək deyib ki, Ermənistan hakimiyyətinin mülki insanlara, günahsız şəxslərə qarşı kütləvi qırğın silahlalarından istifadə etməsi müharibə cinayətdir, azərbaycanlılara qarşı soyqırımı siyasətinin davamıdır.
Elnur Əliyev bildirib ki, əhalinin sıx yaşadığı ərazilərə “Toçka-U”, “Smerç”, “Skad” və digər raketlərlə hücumun həyata keçirilməsi çoxlu sayda insanın qətlə yetirilməsi məqsədi daşıyır. Erməni terroru nəticəsində sentyabrın 27-dən bəri Azərbaycanda 47 dinc sakin həlak olub, 222 mülki şəxs xəsarət alıb. Həmçinin Ermənistanın ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 1669 ev, 84 çoxmənzilli yaşayış binası və 301 mülki obyekt yararsız vəziyyətə düşüb.
Brifinqin sonunda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və üzvləri adından “Dağlıq Qarabağa sülh və ədalət” adlı bəyanat yayılıb.
Sonra Beynəlxalq Mərkəzin üzvləri erməni faşizminin izləri ilə tanış olub, tamamilə dağıdılmış yaşayış binasının ətrafına həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq gül düzüblər.
Həmçinin erməni terroru nəticəsində ailə üzvlərini və yaxınlarını itirmiş insanlarla, eləcə də zərərçəkmiş digər ailələrlə görüş keçirilib.
Daha sonra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri “Nizami” məqbərəsini ziyarət edib, önünə əklil qoyublar.
Xəbər lenti
Hamısına baxDünya
10 Sentyabr 13:48
Dünya
10 Sentyabr 13:25
YAP xəbərləri
10 Sentyabr 12:44
Gündəm
10 Sentyabr 12:43
Dünya
10 Sentyabr 12:41
YAP xəbərləri
10 Sentyabr 12:24
YAP xəbərləri
10 Sentyabr 12:20
YAP xəbərləri
10 Sentyabr 12:16
Dünya
10 Sentyabr 12:14
YAP xəbərləri
10 Sentyabr 12:12
Gündəm
10 Sentyabr 12:07
Gündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24

