Vətəndaşlar COVID-19 ilə mübarizədə məsuliyyətli davranış nümayiş etdirməlidirlər
17.10.2020 [07:44]
Ekspertlər bildirirlər ki, hər kəs xüsusi karantin rejiminin qaydalarına əməl etməli, dövlətin sanitar-epidemioloji vəziyyətin sabitləşdirilməsi istiqamətində ardıcıl tədbirlərinə dəstək verməlidir
Məlum olduğu kimi, yeni növ koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar dünya ölkələrində vəziyyət pisləşib, bəzi ölkələrdə epidemioloji durum nəzarətdən çıxıb. Ötən iki ay ərzində ölkəmizdə vəziyyət stabil olsa da, son günlər Azərbaycanda da koronavirusa yoluxanların sayında artım müşahidə edilir. Vəziyyətin dəyişməsinin nəticəsidir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 oktyabr 2020-ci il tarixli qərarları ilə ölkə ərazisində 2020-ci il 19 oktyabr tarixindən 2 noyabr tarixinədək bütün təhsil müəssisələrində tədris, habelə Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılıb.
Qeyd etmək yerinə düşər ki, ölkəmizdə pandemiya ilə bağlı vəziyyətin dəyişməsi bir neçə səbəblə bağlıdır. Belə ki, vətəndaşlarda arxayınlığın və laqeydliyin yaranması, xüsusi karantin rejiminə, gigiyena qaydalarına yetərincə riayət olunmaması, maskadan istifadə edilməməsi və sosial məsafənin saxlanmaması əldə olunmuş müsbət dinamikanın yenidən itirilməsinə və xəstəliyin sürətlə yayılmasına gətirib çıxarıb. Bunları nəzərə alan ekspertlər bildirirlər ki, hər kəs xüsusi karantin rejiminin qaydalarına əməl etməli, dövlətin sanitar-epidemioloji vəziyyətin sabitləşdirilməsi istiqamətində ardıcıl tədbirlərinə dəstək verməlidir.
Məsələyə münasibət bildirən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yoluxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib ki, yoluxma hallarının sayında bir öncəki həftələrə, günlərə nisbətən artım var: “Bu, sadəcə Azərbaycanda deyil, pandemiyanın davam etdiyi əksər ölkələrdə qeydə alınır. Hətta qonşu ölkələrdə belə artım tendensiyasını görə bilirik. Buna səbəb qayda-qanunlara əvvəlki kimi riayət olunmamasıdır. Xüsusi karantin rejimi dövründə dəfn mərasimlərinin, hər hansı şənliklərin təşkil edilməsinə qətiyyən yol verilməməli, vətəndaşlar məsuliyyətli davranış nümayiş etdirməlidirlər”.
“Təkcə bizdə deyil bütün dünyada pandemiya hələ də aktuallığını itirməyib. Yoluxma saylarının artım tempi yayda olduğu kimi bizə çətin anlar yaşada bilər. Bununla yanaşı, mövsüm üçün xarakterik olan digər infeksiyalar da bizim immun sistemimizin zəifləməsinə gətirib çıxara bilər. Ona görə də, özümüzü nəinki koronavirusdan, digər respirator infeksiyalardan da qorumalıyıq. Vətəndaşlar qripə qarşı vaksinasiyada fəal iştirak etməli, bununla da həm özlərinin, yaxınlarının, ümumilikdə cəmiyyətimizin təhlükəsizliyinə töhfələrini verməlidirlər. Qapalı məkanlarda, kütləvi toplaşma yerlərində, ictimai nəqliyyatda maskanın taxılmaması ilə yanaşı, doğru taxılmaması da gündəmdədir. Bəsit qaydalara əməl etmək hazırkı dövrdə daha zəruri və önəmlidir”, - deyə V.Əliyev bildirib.
V.Əliyevin sözlərinə görə, Vətən müharibəsi getdiyi bir vaxtda vətəndaşlar koronavirusa qarşı cəbhədə heç vaxt olmadığı qədər ayıq-sayıq olmalı, sanitar-epidemioloji vəziyyətin sabitləşməsində bu dəfə də dövlətlə çiyin-çiyinə mübarizəyə qoşulmalıdırlar: “Ölkəmiz müharibə şəraitindədir. Biz ordumuza yardım etmək istəyirik. Arxa cəbhədə sağlamlığımızı qorumaqla orduya yardım edə bilərik. Həmçinin həkimlərə də yardım edə bilərik ki, onların diqqəti ancaq yaralıların müalicəsinə yönəlsin. Koronavirus ölkə daxilində geniş yayılsa, bu sadəcə sıravi vətəndaşlara sirayət etməyəcək, eyni zamanda, orduya da təsir edəcək. Ona görə də cəbhədə əsgərlərimizin sağlamlığının mühafizəsi həm də hər birimizin yerlərdə koronavirusla fəal mübarizəsindən birbaşa asılıdır”.
TƏBİB-in nümayəndəsi bildirib ki, dövlət tərəfindən yerində və zamanında atılan addımlar hesabına hazırda vəziyyət nəzarət altındadır: “Koronavirusa qarşı mübarizədə dövlət üzərinə düşən bütün işləri görür, əhalinin sağlamlığının təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Azərbaycanda olan vəziyyət bir sıra Avropa ölkələrindən qat-qat yaxşıdır. Bu, istər müalicə prinsipində, istərsə də xəstəliyin nəzarətdə saxlanılmasında özünü göstərir. Lakin belə bir vəziyyətdə məsuliyyət daha çox vətəndaşların üzərinə düşür, hər birimiz karantin qaydalarına ciddi əməl etməliyik”.
“Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyinin sədri Fikrət Xəlilov deyib ki, son bir ayda müşahidə olunan müsbət dinamika əksəriyyətimizdə pandemiyanın bitdiyi təsəvvürünü yaradıb: “Kütləvi toplaşma halları artıb, maskanın istifadəsi ya azalıb, ya da düzgün istifadə olunmaması halları artıb, sosial məsafə gözlənilmir. Bunun da nəticəsi artan yoluxma göstəriciləridir. Payız-qış mövsümündə belə laqeyd yanaşma, xüsusilə təhlükəlidir. Ona görə də, baş verəcək fəsadların qarşısını almaq üçün hər kəsi gecikmədən vətəndaş məsuliyyəti nümayiş etdirməyə səsləyirəm”.
F.Xəlilov deyib ki, vətəndaşlar kütləvi toplantılardan çəkinməli, bazarlar, supermarketlər və digər yoluxma ehtimalı yüksək olan yerlərdə xüsusi diqqətli olmalıdırlar: “Hər birimiz kütləvi toplaşma yerlərindən bacardıqca kənar olmalı, vətəndaşların sıx olduğu yerlərdə maskadan düzgün istifadə etməli, əl gigiyenasına riayət etməli, sosial məsafəni saxlamalı və ətrafdakılara nümunə olmalıyıq. O zaman virusun bizi üstələməsinin qarşısını ala bilərik”.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxDünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18

