/ / Dövlətin gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi üçün göstərdiyi qayğı öz bəhrəsini verir
Dövlətin gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi üçün göstərdiyi qayğı öz bəhrəsini verir
10.09.2020 [09:15]
Ölkə gənclərinin işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda döyüşmək üçün Ali Baş Komandanın əmrinə hazır olduqlarını nümayiş etdirmələri yüksək vətənpərvərlik örnəyidir
Məlum olduğu kimi, öz inkişafına görə regionun lider dövləti olan Azərbaycanda bütün sahələrdə tərəqqi əldə olunub. Bu uğurun əsasında isə həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasət dayanır. Onu da qeyd edək ki, əldə edilən uğurlardan bütün sahələrə, o cümlədən gənclərə də pay düşüb. Daha dəqiq desək, Azərbaycanda uğurlu dövlət gənclər siyasəti həyata keçirilir və bu siyasət ölkə gənclərinin hərtərəfli inkişafını təmin edir. Eskpertlərin fikrincə, cəmiyyətimizdə müşahidə edilən vəziyyət onu deməyə əsas verir ki, Azərbaycan gəncliyi hərbi vətənpərvərlik ruhunda yetişir.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Ramil Həsən deyib ki, müstəqilliyimizin ilk illərindən, xüsusilə Ulu Öndər Heydər Əliyevin Azərbaycana ikinci dəfə rəhbərlik etdiyi 1993-cü ildən bəri dövlət tərəfindən gənclərə diqqət və qayğı prioritet olaraq müəyyən olunub: “Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son 17 ildə də Azərbaycan gəncliyi dövlətin qayğı və diqqətini həmişə hiss edib. Eyni zamanda, müharibə vəziyyətində olan Azərbaycan dövlətinin gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi, ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyə edilməsi olub”.
Deputat bildirib ki, indiki vaxtda düşmənlə üz-üzə dayanan ordumuzun əsas şəxsi heyətini gənclər təşkil etdiyi üçün müharibə şəraitində yaşayan ölkəmizdə Azərbaycan gənclərinin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə böyük önəm verilir.
“İyul ayında Tovuzda baş verən düşmən təxribatının qarşısının alınması zamanı Azərbaycan Ordusunun hərbi qüdrətini, zabit və əsgərlərimizdə vətənpərvərlik və döyüş ruhunun nə qədər yüksək olduğunu gördük. Eyni zamanda, gənclərimizin milli vətənpərvərlik ruhunun, döyüş əzminin və torpaqlarımızı işğaldan azad etmək istəyinin şahidi olduq”, - deyə R.Həsən bildirib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü və katibi, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının idarə heyətinin üzvü Nərgiz Eyvazova isə bildirib ki, dövlətin göstərdiyi diqqət və qayğı sayəsində Azərbaycan gəncliyi güclü potensiala və qabiliyyətə malikdir: “Buna görə də dövlətimiz yetişdirdiyi layiqli gənclərin ölkənin idarəetmə qurumlarında geniş təmsil olunmasına şərait yaradır. Eyni zamanda, gənclərimizin milli vətənpərvərlik ruhunda tərbiyə almasının nəticəsini müşahidə edirik”.
N.Eyvazova təmsil olunduğu QHT-lərə Dövlət Dəstəyi Şurasının da gənclərə vətənpərvərlik hissinin təbliğ olunması istiqaməində davamlı addımlar atdığını deyib: “Qeyd edə bilərəm ki, qurumda QHT-lər üçün qrant müsabiqələrinin mövzuları müəyyənləşdirilən zaman gənclərə vətənpərvərlik hisslərinin təbliği istiqaməti ilə bağlı mövzulara hər il mütləq şəkildə geniş yer ayrılır. Çünki müharibə şəraitində yaşayan bir dövlət üçün gənclərimizin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi və formalaşması çox vacibdir. Ona görə də öz növbəsində vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları gənclərimizin bu istiqamətdə yetişməsi üçün maksimum səy göstərməlidirlər”.
Ekspert onu da vurğulayıb ki, dövlətin gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi üçün göstərdiyi qayğı öz bəhrəsini verir: “Tovuz döyüşləri zamanı gənclərimizin Azərbaycan Ordusuna qətiyyətli dəstəyinin bariz nümunəsini gördük. Gənclərimizin Şəhidlər xiyabanına axın edərək Qarabağın işğaldan azad edilməsi uğrunda döyüşmək üçün Ali Baş Komandanın əmrinə hazır olduğunu nümayiş etdirməsi, dövlətimizin, Prezidentimizin ətrafında sıx birləşməsi yüksək vətənpərvərlik örnəyidir”.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22

