Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azay Quliyev seçicilərlə videogörüş keçirib

Azay Quliyev seçicilərlə videogörüş keçirib

04.09.2020 [19:49]

Bu gün deputat Azay Guliyev 8 saylı Binəqədi birinci seçki dairəsinin seçiciləri ilə növbəti videogörüşünü keçirib.  Videogörüşdə iştirak edən seçicilər pensiya təminatı binaların həyətlərinin abadlaşdırılması, kommunal, əlillik statusunun verilməsi, əfv, hüquq və məşğulluq məsələsi ilə bağlı onları narahat edən problemlər haqqında deputata müraciətlərini çatdırıblar.  Görüşdə səsləndirilən problemlərin bir qismi yerində həll edilib. Digər məsələlər ilə bağlı isə müvafiq qurumlara müraciət göndəriləcəyi bildirilib. Mərkəzi və yerli icra hakimiyyətlərinin səlahiyyətlərinə aid olan məsələləri aidiyyəti qurumların videogörüşdə iştirak edən nümayəndələri qeydə alıb və onların araşdırılıb həll ediləcəyi deyilib. Deputat görüşdə qaldırılan məsələlərin həllini nəzarətdə saxlayacağını bildirib.  Qeyd edək ki, görüşdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin müdiri Arzuman Hüseynov və 4 saylı Bakı Ərazi Məşğulluq Mərkəzinin direktoru Sənan Məmmədzadə iştirak edib.

Paylaş:
Baxılıb: 569 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30