Jurnalistlər üçün onlayn formatda təlimlər təşkil olunacaq
04.09.2020 [09:21]
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən jurnalistlər üçün xarici təlimçilərin iştirakı ilə onlayn formatda təlimlər təşkil olunacaq.
Fonddan AZƏRTAC-a bildiriblər ki, təlimlər Türkiyənin tanınmış media təlimçiləri - Marmara Universitetinin müəllimi, rəqəmsal media araşdırmaları, PR və kommunikasiya üzrə ekspert Ali Murat Kırık və “TRT”, “Kanal D”, “Star TV” televiziya kanalları, habelə bir sıra digər qabaqcıl informasiya agentliklərində zəngin təcrübəyə malik təlimçi-jurnalist Bora Balar tərəfindən keçiriləcək.
Təlimlərin keçirilmə tarixləri və mövzuları aşağıdakılardır:
1-ci təlim: 10 sentyabr - Ali Murat Kırık - “Müasir dövrdə mətbuatın əsas funksiyaları: məlumat istehsalı və emalı”;
2-ci təlim: 11 sentyabr - Ali Murat Kırık - “Rəqabətli xəbər istehsalı: xəbərin oxunaqlığının artırılması”;
3-cü təlim: 14 sentyabr - Bora Balar - “Müasir jurnalistika: rəqəmsal texnologiyalarla birlikdə dəyişən yeni dövrün jurnalistikası”;
4-cü təlim: 15 sentyabr - Bora Balar - “Jurnalistikada saxta xəbər problemi: “fake news” və “deep fake”.
Təlimlərə qatılmaq istəyən jurnalistlər Fondun rəsmi saytında müvafiq qeydiyyat formasını doldurmaqla müraciət edə bilərlər.
Təlimlərdə iştirak etmək üçün müraciətlər sentyabr ayının 6-sı saat 00:00-dək təqdim edilməlidir.
İştirakçıların seçimi namizədin müraciət formasının tərkib hissəsi olan əsaslandırmaya dair ekspert tərəfindən təqdim olunmuş rəy nəzərə alınmaqla həyata keçiriləcək.
Müvafiq təlimdə iştirak hüququ qazanmış namizədlərə sentyabrın 9-u saat 18:00-dək müraciətlərində qeyd edilmiş əlaqə vasitələri ilə müvafiq məlumat veriləcək.
Təlimdə iştirak etmiş iştirakçılara Fond tərəfindən müvafiq sertifikat və xatirə hədiyyələri təqdim ediləcək.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21

