Azərbaycan İdman Könüllülərinin I Forumu keçirilib
02.09.2020 [09:11]
Azərbaycan İdman Könüllülərinin I Forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, forumun açılış mərasimində Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, Milli Məclisin deputatları Könül Nurullayeva, Müşviq Cəfərov və Vüqar İsgəndərov iştirak ediblər.
Tədbirdə Azərbaycan İdman Könüllülərinin I Forumunun Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə “Könüllülər ili” elan olunan 2020-ci ildə təşkilinin önəmi xüsusi vurğulanıb.
Gənclər və İdman naziri Azad Rəhimov bildirib ki, Azərbaycanda idman könüllülüyünün tarixi olduqca gəncdir: “Birinci Avropa Oyunları, Formula 1 yarışlarının Bakı mərhələsi, IV İslam Həmrəyliyi Oyunları, Avropa Gənclərinin Olimpiya Festivalı, eyni zamanda, ölkəmizdə müxtəlif idman növləri üzrə keçirilən dünya və Avropa çempionatları, beynəlxalq turnirlərin aparıcı qüvvələrindən biri daim könüllülər olublar. Könüllülərin bilik və bacarıqlarının artırılması məqsədilə ölkəmizə bu sahədə çox böyük təcrübə və bacarıqlara malik beynəlxalq mütəxəssislər cəlb edildi. Bu gün Azərbaycanda kifayət qədər böyük könüllülük təcrübəsinə malik vətənpərvər, istedadlı və yardımsevər gənclərimiz var”.
Çıxış edənlər vurğulayıblar ki, “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin fəaliyyətə başladığı qısa müddətdə həyata keçirdiyi layihələr ölkədə vahid könüllülük bazasının formalaşdırılması və təkmilləşdirilməsinə yönəlib. Belə ki, təşkilat Gənclər və İdman Nazirliyinin idman strukturları ilə əlaqələr yaradıb, bir sıra idman federasiyaları ilə birgə layihələr həyata keçirib, təhsil müəssisələrində gənclərin idman könüllüsü kimi cəlb olunması ilə bağlı ciddi addımlar atıb. Sağlam gəncliyin yetişməsində, Azərbaycanın dünyada daha geniş təbliğində, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin böyük rolu olduğu diqqətə çatdırılıb. Bildirilib ki, könüllülərin çox böyük hissəsinin gənclər olduğu nəzərı alınsa, demək onların üzərinə daha böyük məsuliyyət düşür.
Forumda, həmçinin könüllülüyün vahid mərkəzdən idarə olunması, təcrübə keçdikcə gənclərə müəyyən dərəcələrin verilməsi və digər təkliflər səsləndirilib.
Xəbər lenti
Hamısına baxSiyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30
Sosial
11 Sentyabr 12:03
Hadisə
11 Sentyabr 11:37

