Sədərək rayonu son 30 ildə Naxçıvanın tərəqqi simvoluna çevrilib
28.08.2020 [09:10]
Ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında xüsusi yeri olan Sədərək rayonu 28 avqust 1990-cı ildə Şərur rayonunun tərkibindən ayrılaraq rayon statusu alıb. Azərbaycanın Sədərək rayonu cənub-qərbdən Türkiyə Cümhuriyyəti (15 km), şimal-qərbdən Ermənistan Respublikası ilə (24 km) və cənub-şərqdən muxtar respublikanın Şərur rayonu ilə (27 km) həmsərhəddir. Əhalisi 16089 nəfər, ərazisi 16374 kvadratkilometrdir. Rayon mərkəzi Heydərabad qəsəbəsidir. Rayonda bir qəsəbə, 3 kənd var.
Onu da xatırladım ki, Sədərək muxtar respublikamızın qədim yaşayış məntəqələrindən biridir. Son illər aparılmış arxeoloji qazıntılar nəticəsində rayon ərazisində Eneolit, Tunc dövrlərinə və orta əsrlərə aid yaşayış yerləri, qədim abidələri aşkar edilib və öyrənilib. Sədərəyin cənubunda eradan əvvəl IV-III minilliyə aid yaşayış yeri aşkar olunub. Ərazidə Əjdahan, Cin təndiri, Cəhənnəm dərə, Şir arxı, Dəhnə, Qırmızılar, Fərhad arxı, Kültəpə, Ağoğlan, Karvansara, Qaraburun və başqa tarixi yer adları mövcuddur. Tədqiqatlar nəticəsində müəyyənləşdirilib ki, bölgədə eradan əvvəl 4-cü minillikdən başlayaraq fasiləsiz yaşayış mövcud olub. Rayon ərazisindəki tarixi-memarlıq abidələrindən üç məscid, orta əsrlərə aid qala xarabalığı, müdafiə istehkanı, Bəzirxan karxanası, Karvansara, Ağoğlan piri, XIX-XX əsrlərin əvvəllərində tikilmiş hamam binası mühafizə olunaraq bu günümüzədək gəlib çatıb.
Sədərəyin tarixindən danışanda 1990-cı ilin yanvar hadisələrini də xatırlamamaq olmur. Çünki o hadisələrin ilk şəhidləri Sədərək müdafiəçiləridir. Qanlı döyüşlər zamanı ermənilər tərəfindən Sədərəyə 14 dəfə ən müasir silahlarla hücumlar edilib. Bu döyüşlər zamanı Vətənin qeyrətli 108 oğlu şəhidlik zirvəsinə ucalıb, ancaq bir nəfər belə öz səngərindən geri çəkilməyib. Arasıkəsilməyən hücumlar nəticəsində Sədərəkdə 500-ə yaxın ev, məktəb, inzibati bina dağıntılara məruz qalıb.
Sədərəyi “Qeyrət qalası” adlandıran Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev “Muxtar respublikanın sərhəd kəndləri dəfələrlə silahlı təcavüzə məruz qalmışdır. Lakin biz hamımız yaxşı bilirik ki, əsas ağırlıq Sədərəyin üstünə düşmüşdür. Sədərəkdə vəziyyət tamam başqa idi. Burada əsl müharibə gedib, atışmalar olub”,-deyə bildirmişdir. Tarix salnaməmiz olan “Kitabi-Dədə Qorqud” dastanında belə bir ifadə işlədilir ki, torpağı qorumursansa, əkməyinə, əkmirsənsə, qorumağına dəyməz. Sədərək torpağı igid oğlanlarımız tərəfindən yaxşı qorunduğu üçün dövlətin hərtərəfli dəstəyini öz üzərlərində hiss edən sədərəklilər düşmənin gözünün önündə torpaqları əkib-becərirlər. Bu gün Sədərək rayonunun bütün evlərinə içməli su, kanalazasiya çəkilir. Təkcə bu il 13 subartezian quyusu qazılıb əhalinin istifadəsinə verilmiş, rayon ərazisində sərhəddə yerləşən 73 hektar ərazi minalardan təmizlənərək, əkinə yararlı hala salınaraq əhalinin istifadəsinə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Sədərək rayonunun sosial-iqtisadi inkişafı haqqında” 2000-ci il 15 mart tarixli Sərəncamından sonra isə Sədərək rayonu yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Bu gün Sədərək rayonu müasir rayon kimi formalaşıb və öz dinamik inkişaf dövrünü yaşayır. Rayon hər bir sahədə dövlət qayğısı ilə əhatə olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Sədərək rayonunun Heydərabad qəsəbəsinin yenidən bərpasının açılışında iştirak edib, burada aparılan quruculuq işlərini yüksək qiymətləndirərək deyib: “Gözəl evlər, binalar tikilib. Qəsəbə yeni dövrə qədəm qoyur. Bütün işlər ən müasir səviyyədə görülübdür. Çox şadam ki, respublika rəhbərliyi bütün bu işləri qısa müddət ərzində çox böyük keyfiyyətlə gördü. Bu, doğrudan da, böyük hadisədir”.
Bu gün, sözün həqiqi mənasında, Sədərək rayonu inkişaf və çiçəklənmə dövrünü yaşayır. Buradakı hərbi hissə və düşmənlə üzbəüz mövqelərimiz muxtar respublikamızın müdafiə potensialının hansı səviyyədə olduğunu göstərir. Dövlətimizin bu sərhəd bölgəsinə göstərdiyi xüsusi diqqət və qayğı isə boşuna deyil. Bütün bunlar ona görə edilir ki, düşmənlə həmsərhəd olan Sədərək rayonunun əhalisi arxasında güclü dövlətin dayandığını hiss etsin. Düşmən isə görsün ki, Azərbaycan Sədərək kimi bir diyarın timsalında necə inkişaf edir və çiçəklənir.
Arif Qasımov
YAP Sədərək rayon təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21

