/ / “Yeni Azərbaycan” qəzeti KİVDF-nin elan etdiyi müsabiqə üzrə növbəti onlayn “dəyirmi masa” keçirib
“Yeni Azərbaycan” qəzeti KİVDF-nin elan etdiyi müsabiqə üzrə növbəti onlayn “dəyirmi masa” keçirib
30.07.2020 [10:07]
“Azərbaycançılıq ideologiyasının milli dövlətçiliyimizin inkişafında rolu” mövzusunda təşkil edilən tədbirdə azərbaycançılığın milli həmrəyliyin və xalqımıza məxsus mənəvi dəyərlərin qorunmasında rolundan danışılıb
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsi üçün müsabiqə elan edib. Müsabiqə çərçivəsində KİVDF tərəfindən “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası”na uyğun olaraq 19 istiqamət üzrə layihə-təkliflər təqdim olunub.
“Yeni Azərbaycan” qəzeti “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”, “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi”, eləcə də “Azərbaycançılıq ideyasının təbliği” istiqamətləri üzrə müsabiqənin qalibi olub. Hazırda redaksiya tərəfindən müsabiqə şərtlərinə uyğun olaraq qəzetin səhifələrində hər üç istiqamət üzrə müntəzəm qaydada materiallar dərc olunur. Eynizamanda, “Yeni Azərbaycan” qəzetinin redaksiyası layihələrin icrası çərçivəsində müvafiq mövzuların müzakirəsi ilə bağlı onlayn “dəyirmi masa”ların keçirilməsini nəzərdə tutub.
Beləliklə, iyulun 21-də növbəti “dəyirmi masa” “Azərbaycançılıq ideyasının təbliği” istiqaməti üzrə “Azərbaycançılıq ideologiyasının milli dövlətçiliyimizin inkişafında rolu” mövzusunda keçirilib. “Yeni Azərbaycan” qəzetinin müxbiri, layihə rəhbəri Pərviz Sadayoğlunun moderatorluğu ilə keçirilən” dəyirmi masa”da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı, YAP Sumqayıt şəhər təşkilatının sədri, Sumqayıt Dövlət Universitetinin prorektoru Ramiz Hüseynov və yazıçı-publisist Əkbər Qoşalı iştirak ediblər.
Çıxışlar zamanı azərbaycançılıq ideologiyasının milli həmrəyliyin təmin olunmasında vacib rolundan bəhs edilib. Diqqətə çatdırılıb ki, azərbaycançılıq xalqımıza məxsus mütərəqqi ənənələri gələcək nəsillərə ötürən mənəvi körpüdür. Bildirilib ki, Ulu Öndər Heydər Əliyev azərbaycançılıq ideyasını milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olub.
Vurğulanıb ki, azərbaycançılıq ideologiyası milli dövlətçiliyimizin inkişafında mühüm rola malikdir və dünya azərbaycanlılarını milli maraqlarımız ətrafında birləşdirən universal ideoloji formuladır. Diqqətə çatdırılıb ki, dünya azərbaycanlılarını birləşdirən milli məfkurə olan bu ideologiya xalqımızın tarixi keçmişini, milli dəyərlərini - adət-ənənələrini, dilini və mədəniyyətini əks etdirir, bu dəyərlərin qorunub saxlanılmasına və inkişafına xidmət edir. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər soydaşlarımızın azərbaycançılıq ideologiyası ətrafında daha sıx birləşməsini təmin edib. Onlayn”dəyirmi masa”da mövzu ilə əlaqədar geniş fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxSosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28

