/ / Sosial proqramların genişləndirilməsi, əhaliyə xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə aparılan işlər və qarşıda duran vəzifələr müzakirə olunub
Sosial proqramların genişləndirilməsi, əhaliyə xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə aparılan işlər və qarşıda duran vəzifələr müzakirə olunub
23.07.2020 [09:29]
Prezident İlham Əliyev tərəfindən sosial sahə ilə bağlı verilən tapşırıqların icrası olaraq, sosial müdafiə və aktiv məşğulluq proqramları bu il rekord səviyyədə genişləndırıləcək. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev nazirlikdə 2020-ci ilin birinci yarısının yekunlarına dair videokonfrans formatında keçirilən kollegiya iclasında bildirib.
Nazir vurğulayıb ki, dövlət başçısının siyasətinin mərkəzində vətəndaş amili dayanır və bunun nəticəsidir ki, pandemiya dövründə də Azərbaycan güclü sosial siyasəti ilə seçilir və dövlət başçısı bütün sosial layihələrin artıqlaması ilə icra ediləcəyini bəyan edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, videokonfransda nazir Prezident İlham Əliyevin tapşırığı ilə şəhid ailələrinin, müharibə əlillərinin mənzillə təminatı proqramının bu il rekord səviyyədə icra olunacağını bildirib.
İyulun 21-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə 62 mənzilin, müharibə əlillərinə 50 avtomobilin təqdim olunması mərasimində dövlət başçısı 8 mindən çox şəhid ailəsi, müharibə əlilinin mənzillərlə təmin edildiyini, 7 minə yaxın avtomobil verildiyini qeyd edib. “Biz bu il də bu sahədə rekord göstəriciyə nail olacağıq, buna şübhə yoxdur. Bu il 1500 şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilir və ediləcəkdir”, - deyə bildirib. Prezident deyib: “Mən istəyirəm ki, biz bu proqramı tezliklə başa çatdıraq və buna nail olacağıq”.
Nazir deyib ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın həmin kateqoriyadan olan vətəndaşlara mənzillərin, həmçinin müharibə əlillərinə avtomobillərin təqdim edilməsi tədbirlərində iştirak etməsi, onlarla mütəmadi görüşlər keçirməsi də şəhid ailələrinə, müharibə əlillərinə xüsusi qayğının əyani təzahürüdür. Bu, bir daha göstərir ki, hər bir şəhid ailəsi, müharibə əlili daim Prezidentin qayğısı ilə əhatə olunub.
S.Babayev qeyd edib ki, nazirlik tərəfindən də şəhid ailələri və müharibə əlilləri ilə bağlı bütün sosial müdafiə tədbirləri dövlət başçısının həmin əhali qruplarına olan yüksək qayğısına layiq səviyyədə təşkil olunaraq, uğurla həyata keçiriləcək və bu sahədə atılan mühüm addımlar davam edəcəkdir.
İclasda Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan videokonfransda sosial sahə ilə əlaqədar verilən tapşırıqların icrası, sosial müdafiə və aktiv məşğulluq proqramlarının genişləndirilməsi sahəsində qarşıda duran vəzifələr müzakirə olunub.
2020-ci ilin birinci yarısı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğuluq Agentliyi və Dövlət Sosial Müdafiə Fondu tərəfindən görülmüş işlərə, nazirlik tərəfindən Dövlət investisiya proqramının icra vəziyyətinə dair hesabatlar dinlənilib və müzakirə edilib.
Nazir diqqətə çatdırıb ki, dövlət sosial xidmətlərinin keyfiyyətinin daim yüksəldilməsi üçün islahatlar geniş vüsət alır. Dövlət sosial xidmətlərinin DOST xidmətləri müstəvisində bir pəncərədən, çevik və şəffaf təşkili vətəndaş məmnunluğuna yol açıb və nazirliyin tabeliyində publik hüququ şəxslərin yaradılması da bu məqsədə yönələn islahatların tərkib hissəsidir. DOST mərkəzlərinin yaradılması ilə yanaşı, əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya sahələrində elektron texnologiyaların tətbiqi də geniş vüsət alıb.
S.Babayev bildirib ki, əlilliyin qiymətləndirilməsi üzrə yeni meyarların tətbiqi əlilliyi olan şəxslərin aktiv həyat tərzinə malik olmaq, mövcud əmək potensiallarını reallaşdırmaq, əmək bazarında fəaliyyətlərinə davam etmək, cəmiyyətə inteqrasiya etmək imkanlarını artıracaq. Artıq bununla bağlı qabaqcıl dünya standartları nəzərə alınmaqla yeni qanunvericilik layihəsi hazırlanıb.
İclasda əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin müvafiq indeks meyarları üzrə qiymətləndirilməsinin nəticələri, əlilliyin qiymətləndirilməsinin yeni meyarlarına dair qanunvericilik layihəsindən irəli gələn məsələlər, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi” və “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın təsdiq edilməsi haqqında 2000-ci il 28 fevral tarixli Qərarlarına dəyişiklik edilməsi barədə” Qərar layihələrinə dair müzakirələr də aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43

