GMO qanunvericiliklə məhdudlaşdırılmalıdır
25.02.2010 [09:32]
Müasir biotexnologiya üsulu ilə müxtəlif mənşəli canlı orqanizmlərin genləri dəyişdirilir. Heyvan geninin bitkiyə və əksinə, bitki geninin digər bir bitkiyə, heyvan geninin heyvana köçürülməsi baş verir. Genetik Modifikasiya Olunmuş Orqanizmin (GMO) ilk nümunələrinə ötən əsrin 70-ci illərində rast gəlinsə də, ümumi prosesin inkişafı 90-cı illərdə olub. Artıq 15 ildən çoxdur ki, milyonlarla istehlakçı istər heyvan və quş, istərsə də bitki mənşəli genetik modifikasiyalaşdırılmış məhsullardan istifadə edir. Azərbaycan əhalisi də son vaxtlar belə məhsulların istifadəçisinə çevrilib. Bu azmış kimi vətəndaşlarımızın nəinki GMO-dan istifadəsi, hətta istehsalının zərərli təsiri ilə bağlı məlumatları azdır.
İngiltərənin, Rusiyanın laboratoriyalarında sübut edilib ki, bu məhsullar həddən artıq təhlükəlidi. GMO-dan istifadənin zərərli təsiri barədə ilk elmi nəticəyə isə ingilis alimi Arpad Puştai gəlib. O, sınaq siçovullarını bir müddət genetik modifikasiyalaşdırılmış məhsulla qidalandırıb. Heyvanların qanında leykositlərin miqdarının azaldığını, mədə və qaraciyərin ölçülərinin kiçildiyini müşahidə edən alim təsdiq edib ki, bu məhsullarla qidalanma nəticəsində heyvanın ümumi çəkisi də, beynin çəkisi də azalıb. Bir sözlə, bu istiqamətdə araşdırmalar transgen mənşəli qida məhsullarının insan orqanizminə mənfi təsirlərini ortaya çıxarmaqdadır. Hətta bu məhsulların insan orqanizmində qarşısıalınmaz mutasiyalara səbəb olma ehtimalı ciddi narahatlıq doğurur. Artıq sözügedən problemlə bağlı ümumdünya Səhiyyə Təşkilatı (üST), BMT-nin Ərzaq Təşkilatı və beynəlxalq ekoloji təşkilatlar həyəcan təbili çalır. Bunu nəzərə alan bir sıra dövlətlər - Yaponiya, Avstraliya, Yeni Zelandiya, çin GMO idxalına qadağa qoyub.
İnsanlar çox vaxt yaratdıqları problemin əsirinə çevrilirlər. GMO da məhz belə problemlərdən biridir. Onun tətbiqi isə sırf kommersiya xarakteri daşıyır. Belə ki, GMO tətbiqi nəticəsində məhsuldarlıq yüksəlir.
Azərbaycanın özündə istehsal edilən məhsullar hamısı ekoloji təmiz məhsullardır. ölkəmizdə bu tip məhsul istehsalı olmasa da, GMO-dan istifadə olunmuş məhsullar üçün Azərbaycan bazarı münbit sayılır. Bu fikirdə olan ekspertlər hesab edir ki, bunun əsas səbəbi məlumatsızlıq və mövcud qanunvericilik bazasıdır.
Amerikadan gətirilən qidaların, ABŞ-dan, Kanadadan, Argentinadan idxal olunan transgen Azərbaycana daha çox İrandan, Rusiyadan, Gürcüstandan daxil olur. 2009-cu ildə Azərbaycana 11911,5 ton quş əti, 10560,7 ton kərə yağı, digər süd yağları və pastaları - bunun 6189,8 tonu kərə yağı, 29434,5 ton kartof, 36514,4 ton təzə tərəvəz, 56829,5 ton təzə meyvə, 931,2 ton buğda, 22055,1 ton düyü, 80575,5 ton bitkidən hasil olan piylər və yağlar, 18232,9 ton şokolad məmulatları, 14069,5 ton meyvə və tərəvəz konservləri, 14938,2 ton meyvə və tərəvəz şirələri idxal olunub. Təəssüf ki, həmin məhsulların haradan gətirilməsi və tərkibi ilə çoxlarımız maraqlanmamışıq.
Azərbaycanda GMO-nu tənzimləyən ayrıca qanun yoxdur. Lakin müxtəlif qanunlarda olan maddələr bu məsələni qismən tənzimləyir. ölkəmizdə “Gen mühəndisliyi zamanı təhlükəsizlik haqqında” qanun layihəsi hazırlanıb. Qüvvədə olan qanunlar isə azdır. 2007-ci il iyulun 13-də Azərbaycanda “Ekoloji təmiz kənd təsərrüfatı haqqında”” Qanun qəbul edilib. Qanunun 6.5-ci maddəsində ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalında genetik modifikasiya olunmuş orqanizmlər və onların törəmələrindən istifadəyə qadağa da qoyulub. Qanunun 19.9-cu maddəsində qeyd edilib ki, alıcıların seçim etmək hüququnu təmin etmək məqsədilə Azərbaycanda satışa çıxarılan ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində həmin məhsulların istehsalında GMO və onların törəmələrindən istifadə haqqında məlumatlar göstərilməlidir. Həmin qanunun 18.4-cü maddəsində isə Azərbaycana idxal edilən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində istehsal prosesində GMO-dan və onların törəmələrindən istifadə haqqında məlumatların göstərilməsi tələbi qoyulub.
“Toxumçuluq haqqında” qanunda isə göstərilir ki, Azərbaycana genetik modifikasiya olunmuş toxumların gətirilməsinə yol verilmir.
Azərbaycan Prezidentinin ölkə əhalisinin etibarlı ərzaq təminatı ilə bağlı (2008-2015-ci illər) fərmanı və Nazirlər Kabinetində həmin fərmandan irəli gələn Tədbirlər Planında genetik modifikasiya olunmuş məhsullarla bağlı bənd də yer alıb. Bu məhsulların ekspertizasının aparılması, ona dair tələblərin qoyulması bu fərmanda öz əksini tapıb. Lakin qanun qəbul olunmadığından hələ bu məhsullar haqqında ciddi tədbirlərə əl atmaq mümkün olmayıb. ölkəmizdə istehsal olunan məhsullara GMO tətbiq olunmasa da, bu tip məhsullar xaricdən gətirilir və onların üzərində tərkibi barədə yetərli məlumat qeyd olunmur. Onların tərkibi barədə məlumat verə biləcək laboratoriyalar isə ölkəmizdə yoxdur. Halbuki, o qədər də bahalı olmayan bu laboratoriyalar GMO-dan qaynaqlanan bir sıra problemlərin açarı ola bilər. Hər hansı məhsul məhkəmə predmeti olarsa, onun zərərli təsiri məhkəmədə sübut olunandan sonra onun ölkəmizə gətirilməsinə də, satışına da qadağa qoyula bilər. Hazırda isə Azərbaycanda GMO məhsullarının gətirilməsini qadağan edən heç bir qanun yoxdur. Yalnız “Toxumçuluq haqqında” qanunun 27-ci maddəsinin ikinci bəndində qeyd edilib ki, Azərbaycana genetik modifikasiya olunmuş toxumların gətirilməsi qəti qadağandır. Müstəsna hal kimi bu məhsullar sərgilərdə, qapalı şəraitlərdə təcrübə aparmaq üçün gətirilə bilər.
Ekspertlər isə hesab edir ki, GMO-nun Azərbaycan bazarına daxil olması qanunvericiliklə məhdudlaşdırılmalıdır. Bir çox Avropa ölkəsində bu məhsulların miqdarı 0,9 faizdən yuxarı deyil. Rusiyada bu miqdar 1-1,1 faiz təşkil edir. Azərbaycanda isə qanunvericilikdə təsbit olunmuş məhdudiyyət yoxdur. ümumiyyətlə, genetik modifikasiya olunmuş məhsullar haqqında qanun olmadığından bu məhsullardan istifadəni də tənzimləmək mümkün deyil.
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40

