ADA Universitetində məzunların təbrik edilməsi onlayn formatda keçirilib
01.07.2020 [10:09]
İyunun 30-da ADA Universitetinin 465 tələbəsi və ADA Məktəbinin 36 şagirdi məzun olaraq, bu ali təhsil müəssisəsinin elmi-pedaqoji kollektivi tərəfindən təbrik edilib.
ADA Universitetindən AZƏRTAC-a bildirilib ki, yerli tələbələrlə yanaşı, Maldiv Respublikası, Meksika, Moldova, Nigeriya, Vyetnam, Rusiya, Türkmənistan, Özbəkistan, Gürcüstan, Yəmən və İran da daxil olmaqla 11 ölkəni təmsil edən əcnəbi tələbələr məzun olublar.
Universitetin kampusundan birbaşa yayımlanan tədbirdə dekanların, xarici müəllimlərin, tələbələrin və ADA əməkdaşlarının da təbrik videoları yayımlanıb, ali təhsil müəssisəsində tələbə həyatını əks etdirən videogörüntülər nümayiş etdirilib. Yayım zamanı, tələbələr universitetin “Facebook” səhifəsində keçirilən və ADA-da ən xoş xatirələri ilə bağlı olan fotokampaniyada iştirak ediblər. Bir neçə tələbə ilə canlı telefon bağlantısı yaradılıb.
Rektor Hafiz Paşayev 2020-ci il məzunlarını təbrik edərək, onları gələcəkdə də universitetin fəaliyyətində yaxından iştirak etməyə səsləyib. Universitetin kampusunda tələbələrlə mütəmadi görüşlərini məmnunluqla xatırlayan rektor pandemiya dövründə təhsillərini uğurla davam etdirən məzunlara, habelə təlim-tədrisin davamlılığını təmin edən və fədakarlıq göstərən professor-müəllim heyətinə minnətdarlığını bildirib. Ev şəraitində təhsil alan tələbələrə dəstəyini əsirgəməyən valideynlərə də xüsusi təşəkkür edən Hafiz Paşayev övladlarının məzun olması münasibətilə onları təbrik edib.
“Bilik və bacarıq qazanmaq mümkündür, lakin öz prinsipləri əsasında həyatını davam etdirməyən şəxslərin gələcəkdə uğur qazanması mümkünsüzdür”, - deyən Hafiz Paşayev məzunlara təhsil müddəti ərzində aşılanan prinsiplərə sadiq qalmalarını, harada və hansı sahədə fəaliyyət göstərmələrindən asılı olmayaraq, onları vətənpərvər və müstəqil Azərbaycanın gələcəyinin təminatçıları sırasında görmək istədiyini bildirib.
Tədris işləri üzrə prorektor Vəfa Kazdal ADA Universitetinin hər zaman məzunları ilə qürur duyduğunu vurğulayıb. ADA Məktəbinin məzunlarını da təbrik edən prorektor bu ilin onlar üçün xüsusilə çətin keçdiyini, yeni təhsil mühitinə, onlayn təhsilə keçid etmələrinə baxmayaraq, öz missiyalarını uğurla tamamladıqlarını qeyd edib.
ADA Universitetinin tələbələri Günay Bədəlova və Ceyran Cəfərova musiqi ifaları ilə çıxış ediblər.
Qeyd edək ki, ADA Universiteti tədris ili ərzində Rusiyanın MGIMO, ABŞ-ın Corc Vaşinqton, Fransanın CEFAM universitetləri ilə ikili diplom proqramlarına dair tərəfdaşlıq razılaşmaları imzalayıb. Almaniyanın Halle-Vittenberq Universiteti ilə birgə doktorantura proqramı, İtaliyanın Luiss Universiteti ilə tələbə mübadilə proqramı təsis edilib. Bununla yanaşı, ADA Universiteti, müasir təhsilin tələblərinə cavab vermək məqsədilə Təlim və tədrisin təşkili və metodikası üzrə magistr proqramını təqdim edib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50

