Azərbaycan könüllüləri vətəndaşlara müraciət edib
01.07.2020 [09:48]
Koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan Respublikası Prezidentinin çağırışına cavab olaraq, ölkəmizdə fəaliyyət göstərən könüllü təşkilatları tərəfindən martın 27-də təsis edilmiş Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) ictimaiyyətə müraciət edib.
AKƏM-dən AZƏRTAC-a daxil olan müraciətdə qeyd olunub: “Biz, Azərbaycan könüllüləri bütün dünyanı bürümüş koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə dövlət tərəfindən atılan zəruri addımlara töhfə vermək məqsədilə son aylar ərzində həkimlərimiz və polislərimizlə çiyin-çiyinə mübarizənin ön cəbhəsində vətəndaşlarımızın sağlamlığının qorunması və təhlükəsizliyinin təmin olunması üçün əlimizdən gələni etməyə çalışırıq.
Koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsinin qarşısının alınması məqsədilə vətəndaşlarımız arasında profilaktik tədbirlər, pandemiya dövründəki davranış qaydaları, xəstəliyin ciddiyyətinin tam şəkildə qavranılması ilə bağlı maarifləndirici aksiyalarda iştirak edirik. Aksiyalar çərçivəsində maarifləndirici nəşrlər paylayır, maskadan istifadəyə təşviq edir və kütləviliyin olduğu məkanlarda sosial məsafənin qorunmasını təmin etməyə səy göstəririk. Eyni zamanda, pandemiyanın aztəminatlı ailələr və tənha yaşlılar üçün yaratdığı çətinliyin aradan qaldırılması istiqamətində onlara ərzaq bağlamaları çatdırır, dərman vasitələrinin alınması üçün kömək göstəririk”.
Könüllülərin mart ayından başlayaraq qızmar yay aylarında paytaxt Bakıda və bölgələrdə, böyük əzm və fədakarlıqla, heç bir təmənna güdmədən, xalqımızın rifahı naminə gündəlik fəaliyyəti davam etdirdiklərinin vurğulandığı müraciətdə bildirilib: “Hər gün minlərlə vətəndaşı əhatə edən maarifləndirmə aparır, yüzlərlə ailəyə, sosial həssas qruplardan olan insanlara xidmət edir, onlara dəstək olmağa çalışırıq. Bilirik ki, çətin günün ömrü az olur, sadəcə, səbir etmək və qaydalara əməl etməklə bu günləri mütləq geridə qoyacağıq!
Həm də bilirik ki, bu bəlaya qalib gəlmək bizim öz əlimizdədir. Sadə tövsiyələrə əməl etməklə, özümüzü, yaxınlarımızı, cəmiyyətimizi qoruya bilərik.
Biz artıq normal həyatımıza, gələcəyimizi qurmağa qayıtmaq istəyirik. Bunun üçün minlərlə Azərbaycan könüllüsü adından vətəndaşlara üz tutaraq, özünüzün və sevdiklərinizin sağlamlığının qorunması üçün tövsiyələrə riayət etməyə çağırırıq: ictimai məkanlarda maskadan istifadə edək, əllərimizi tez-tez yuyaq, xüsusi ehtiyac olmadığı hallarda evdən çıxmayaq, sosial məsafəni nəzərə alaq və bütün bunları ətrafımızdakı insanlar arasında da təbliğ edək!
Xahiş edirik ki, istər sosial mediada, istərsə də KİV-də həkimlərin və bu infeksiyaya yoluxmuş insanların çağırışlarını, onların düşdükləri ağır vəziyyəti ciddiyyətlə qəbul edəsiniz.
Biz inanırıq ki, birlik, həmrəylik və vətəndaş məsuliyyəti bütün çətinliklərin öhdəsindən gəlməyin açarıdır!
Unutmayaq ki, biz birlikdə güclüyük!”
Xəbər lenti
Hamısına baxMüsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34

