Pandemiya ilə mübarizədə vətəndaş məsuliyyəti ilkin şərtdir
23.06.2020 [00:41]
Ekspertlərin fikrincə, tətbiq olunan sərt qadağalar insanların sağlamlıqlarının qorunmasına xidmət göstərir
Məlum olduğu kimi, ölkəmizdə yeni növ koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üçün görülən ardıcıl tədbirlər öz müsbət nəticəsini verdi. Lakin xüsusi karantin rejiminin yumşaldılmasının ardından bəzi vətəndaşların məsələyə məsuliyyətli yanaşmaması ölkəmizdə COVİD-19-a yoluxma hallarının artmasına səbəb oldu ki, bu da sərt qadağaların tətbiqini yenidən aktuallaşdırdı. Bunun nəticəsidir ki, iyunun 21-dən etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin, o cümlədən, Abşeron rayonunun ərazisində növbəti dəfə sərt karantin rejimi tətbiq edilib. Beləliklə, hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından, karantin rejimi qaydalarına riayət etmələrindən birbaşa asılıdır. Yəni hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə dəvət etməlidir.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Azər Badamov da deyib ki, Azərbaycan ilk gündən başlayaraq yeni növ koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması üçün genişmiqyaslı tədbirlər görüb, ölkəmizdə ciddi nəzarət və karantin tətbiq olunmağa başlanıb: "Bildiyiniz kimi, may ayında koronavirusun yayılma dinamikasının azalması nəzərə alınaraq karantin rejimində yumşalmalar həyata keçirildi və insanlara sərbəstlik verildi. Lakin vətəndaşlar tərəfindən bir sıra sanitar-gigiyenik qaydalara riayət olunmaması, sosial məsafənin qorunmaması, tibbi maskalardan istifadə edilməməsi yenidən yoluxma sayının artmasına gətirib çıxardı. Bu, təəssüfdoğurucu bir haldır. Qaydalara əməl etməyən şəxslər düşünməlidirlər ki, onlar bununla ilk növbədə özlərinin və yaxınlarının həyatlarını təhlükə altına atırlar".
Deputat bildirib ki, yenidən sərt sərt karantin rejiminin tətbiq edilməsi zərurətdən irəli gəlir: "Düşünürəm ki, hazırda tətbiq olunan sərt qadağalar nəticəsində virusa yoluxmaların sayının azalmasına nail olunacaq. Ən əsası hər bir vətəndaş dövlətin tətbiq etdiyi qaydalara, Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməli, tətbiq olunan sərt karantin rejiminin qaydalarına uyğun davranmalıdır. Yəni, hər şeydən əvvəl burada vətəndaşın sosial məsuliyyəti birinci yerdə dayanır”.
Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov da pandemiya ilə mübarizədə ilkin şərtin vətəndaş məsuliyyəti olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, tətbiq olunan qadağalar vətəndaşların sağlamlıqlarının və təhlükəsizliklərinin qorunmasına xidmət edir və hər kəs bu qaydalara riayət etməlidir: "Bilindiyi kimi, Sumqayıt şəhərində də iyunun 21-dən etibarən iyulun 5-nə kimi sərt karantin rejimi tətbiq edilir. Artıq bir neçə gündür ki, şəhərin küçə və prospektləri dezinfeksiya olunur. Bununla yanaşı, şəhərdə müvəqqəti karantin postları qurulub. YAP Sumqayıt şəhər təşkilatının könüllüləri pandemiya ilə mübarizə ilə bağlı əhali arasında aparılan maarifləndirmə işlərində fəallıq nümayiş etdirirlər. Təbii ki, koronavirus qlobal bir bəladır və bundan xilas olmaq üçün hər kəs öz üzərinə düşən vəzifəni yerinə yetirməli, qanunlara, qaydalara riayət etməlidir”.
“Hər kəs anlamalıdır ki, tətbiq olunan sərt qadağalar onların özlərinin, ailə üzvlərinin sağlamlıqlarının qorunmasına xidmət göstərir",- deyə deputat sonda bildirib.
Pərviz Sadayoğlu
Xəbər lenti
Hamısına baxGündəm
13 İyun 23:20
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11

