/ / Pandemiyaya qarşı mübarizənin effektivliyi insanların müəyyən olunmuş qaydalara əməl etməsindən asılıdır
Pandemiyaya qarşı mübarizənin effektivliyi insanların müəyyən olunmuş qaydalara əməl etməsindən asılıdır
19.06.2020 [08:54]
Ekspertlərin qeyd etdikləri kimi, ölkəmizdə yeni növ koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması ilə əlaqədar həyata keçirilən məqsədyönlü tədbirlər insanların sağlamlığının qorunmasına xidmət edir
Son günlər dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatlarında əksini tapan məlumatlar dünya üzrə yoluxma sayının artan templə davam etdiyini göstərir. Bu səbəbdən ayrı-ayrı ölkələrdə xüsusi tədbirlər həyata keçirilir, hətta yeni məhdudiyyətlər, qadağalar tətbiq olunur.
Yeri gəlmişkən, ölkəmizdə yeni növ koronavirus nfeksiyasının qeydə alındığı ilk vaxtdan dövlət tərəfindən həyata keçirilən tədbirlər, tətbiq olunan qadağalar öz müsbət nəticəsini vermişdi. Lakin təəssüf hissi ilə qeyd etməliyik ki, infeksiyaının geniş yayılmasına qarşı tətbiq olunan karantin rejiminin yumşaldılması ilə paralel şəkildə COVİD-19-a yoluxanların sayında artma müşahidə edilir. Bunun səbəbi insanlar arasında bir arxayınlıq yaranması, bəzi vətəndaşların qoruyucu vasitələrdən istifadə etməmələri, o cümlədən tibbi maska taxmamaları ilə bağlıdır. Xatırladaq ki, son vaxtlar yaranmış vəziyyətlə əlaqədar olaraq Nazirlər Kabineti yanında Operativ Qərargah yeni qərarlar verib. Həmin qərarlara əsasən müəyyən edilmiş yerlərdə tibbi maskalardan istifadənin məcburiliyi təsbit edilib, həftə sonları karantin rejimi gücləndirilib.
Dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayında artım müşahidə edilir
Məsələ ilə bağlı Milli Məclisin deputatı İlham Məmmədov bildirib ki, Azərbaycan hökuməti Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alaraq əhalinin sağlamlığının etibarlı qorunması və virusun yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirir. Onun sözlərinə görə, son günlər dünya ölkələrində virus yenidən artmağa başlayıb: “Hansı ki, həmin ölkələrdə bir müddət əvvəl azalma müşahidə olunurdu. Xarici mütəxəssislər hesab edirlər ki, koronavirusun yeni yayılma dalğası riski çox yüksəkdir. Məsələn virusun ilk olaraq yayıldığı Çində vəziyyət sabitləşsə də, hazırda yenidən həyəcan təbili çalınır. Çünki paytaxt Pekində infeksiya artım mərhələsindədir. Bundan başqa, koronavirus infeksiyasının Tokioda yenidən yayılması müşahidə olunur. Bütün bunlar dünyada təkrar epidemiya riskini artırır. Ona görə də dünya ölkələri yenə də məhdudlaşdırıcı tədbirlər həyata keçirməkdədir”.
Millət vəkili qeyd edib ki, Azərbayanda digər ölkələrlə müqayisədə göstəricilər yaxşı olsa da, vətəndaşlar məsuliyyətli olmalıdırlar: “Çünki son günlər infeksiyaya yoluxanların artması bunu zəruri edir. Ona görə də vətəndaşların sosial izolyasiya qaydalarına əməl etməsi vacib amillərdən biridir. Məsafənin saxlanması, tibbi maskadan istifadə, gigiyenik qaydalara əməl olunması kimi qaydalar önəmlidir. Bu gün hər bir vətəndaşımız öz şəxsi məsuliyyətini hiss etməli, sosial izolyasiya tədbirlərinə və Operativ Qərargahın digər tələb və tövsiyələrinə riayət etməlidir. Çünki tətbiq olunan qaydalar təkcə dövlət orqanlarının deyil, ümumilikdə, bütün cəmiyyətin, fərdi qaydada hər bir vətəndaşın üzərinə böyük məsuliyyət qoyur. Bir sözlə, vətəndaşlar daha məsuliyyətli olmalı, nizam-intizama riayət etməlidirlər”.
Ölkələr karantin rejimini uzadır, yeni məhdudiyyətlər tətbiq edirlər
“Koronavirus infeksiyasının bir çox ölkələrdə yenidən artması narahatlıq doğurmaya bilməz. Bu fakt onu göstərir ki, pandemiya təhlükəsi hələ də qalmaqdadır”. Bu fikirləri isə Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.
P.Kərimzadə bildirib ki, infeksiyaya yoluxma və ölüm sayının artması dünya ölkələrini yenidən bir sıra məhdudiyyətlər tətbiq etməyə məcbur edib: “Bir neçə gün əvvəl Pekində bazarların birində yeni koronavirus ocağı aşkar edilmişdi. Orada olan şəxslər təcrid edilmiş, şəhərin bəzi rayonlarında hərbi rejim elan olunmuşdu. Eləcə də dünyanın bütün qitələrində virusa yoluxma sayı artmaqdadır. Bu səbəbdən də ölkələr karantin rejimini uzadır, yeni məhdudiyyətlər tətbiq edir, öz sərhədlərinin açılmasını təxirə salırlar”.
P.Kərimzadə qeyd edib ki, ölkəmizdə COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması ilə əlaqədar tətbiq olunan bütün qadağalar vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, sağlamlığının qorunması məqsədinə xidmət edir. Millət vəkilinin sözlərinə görə, bütün bunlar Azərbaycan dövlətinin öz vətəndaşına qayğısının daha bir bariz nümunəsidir: “COVID-19 pandemiyası şəraitində ölkə əhalisinin birlik və həmrəylik göstərməsi vacib şərtdir. Ona görə də qarşıdakı müddətdə virusun geniş yayılmaması, insanlar arasında daha təhlükəli fəsadlar yaratmaması üçün hər bir vətəndaşın karantin rejiminin qaydalarına ciddi şəkildə əməl etməsi olduqca vacibdir. Bu təhlükə hələ də var və əgər insanlar səhlənkarlıq edərlərsə, infeksiya yenidən geniş şəkildə yayıla bilər. Ona görə də vətəndaşlar daha diqqətli olmalı, özünütəcridə daha çox önəm verməlidirlər”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

