Cəza siyasətinin humanistləşdirilməsi diqqət mərkəzindədir
13.06.2020 [10:13]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan hüquqlarının qorunmasına daim xüsusi önəm verilir, bu sahədə mütərəqqi islahatlar aparılır, o cümlədən cəza-icra siyasəti humanistləşdirilir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dövlət başçısı tərəfindən və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul olunan əfv və amnistiya aktları, COVID-19 pandemiyası dövründə yaşı 65-dən yuxarı olan 176 məhkumun əfv edilməsi dövlətimizin humanist siyasətinin əyani təzahürüdür.
Eyni zamanda, azadlıqdan məhrumetmə cəzasının tətbiqinin azaldılması və alternativ cəzalara üstünlük verilməsi məqsədilə Azərbaycan Prezidentinin cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamı ilə cinayət qanunvericiliyinə əsaslı dəyişikliklər edilib, bir çox əməllər dekriminallaşdırılıb, azadlığın məhdudlaşdırılması yeni cəza növü təsbit olunub.
Dövlətimizin başçısının qanunvericilik təşəbbüsü ilə Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı yeni Qanunun təsiri altına düşən məhkumlar barədə məhkəmələrə göndərilmiş təqdimatlardan 6400-ü təmin edilib, o cümlədən cəzaçəkmə müəssisələrində saxlanılan və probasiya qurumlarının qeydiyyatında olan 1737 nəfər məhkum cəzadan tamamilə azad edilib, 2800-ə yaxın məhkumun törətdiyi əməllər yeni maddələrə tövsif edilərək cəza müddətləri azaldılıb.
Bununla yanaşı, Ədliyyə Nazirliyi tərəfindən məhkumları vaxtından əvvəl şərti olaraq azadetmə institutunun tətbiqi davamlı xarakter alıb, o cümlədən indiki pandemiya dövründə intensivləşərək 600-dən çox məhkum azadlıqdan məhrumetmə növündə cəzadan şərti azad edilərək probasiya qeydiyyatına götürülüb. Hazırda probasiya qurumlarının qeydiyyatında olan 1270 nəfər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs barədə müvafiq məhkəmə qərarlarının icrası davam etdirilir.
“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanda da dövlət başçısının humanist siyasətinin təzahürü olaraq cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılmasına dair tədbirlərin davam etdirilməsi tapşırılıb. Bununla əlaqədar qabaqcıl beynəlxalq təcrübə öyrənilməklə Cinayət, Cinayət-Prosessual, İnzibati Xətalar və Cəzaların icrası məcəllələrinə əsaslı dəyişikliklərin edilməsi, o cümlədən bir çox əməllərin dekriminallaşdırılması, alternativ cəzalardan daha geniş istifadə olunması və yeni mütərəqqi hüquq institutlarının tətbiqi məsələləri ilə bağlı hazırlanmış qanun layihələri Milli Məclisə təqdim olunub və dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında 2020-ci il 1 may tarixli Qanunla Cinayət Məcəlləsinə mühüm dəyişikliklər edilib.
Dəyişikliklərə əsasən 35 əməl tamamilə və ya cinayət əməlinə görə məsuliyyət yaradan hədd artırılmaqla dekriminallaşdırılıb, bəzi cinayətlərə görə zərərçəkmiş şəxslə barışma və ziyanın ödənilməsi şərti ilə cinayət məsuliyyətindən azadetmə müəyyən olunub, azadlıqdan məhrumetmə cəzasının tətbiqi hallarının azaldılması məqsədilə 30 maddənin sanksiyasına alternativ cəzalar, o cümlədən cərimə, islah işləri və azadlığın məhdudlaşdırılması cəzaları daxil edilib, hərbi xidmət əleyhinə olan cinayətlərə görə cəzalar yüngülləşdirilib.
Yeni Qanun və onun tətbiqi barədə dövlət başçısının 2020-ci il 22 may tarixli Fərmanı ədliyyə orqanlarının üzərinə mühüm vəzifələr qoyub, bununla əlaqədar Ədliyyə Nazirliyi üzrə 2020-ci il 1 iyun tarixli əhatəli əmr imzalanaraq, Qanunun dürüst və mütəşəkkil icrasının təmin olunması, o cümlədən penitensiar və probasiya xidmətlərinin əməkdaşlarına təlimlərin keçirilməsi, həmçinin vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə Qanunun humanist mahiyyəti barədə geniş maarifləndirmə işinin aparılması, Qanunun təsiri altına düşən şəxslərin dairəsinin dəqiq müəyyən olunaraq onların cəzadan azad olunması və ya cəzasının yüngülləşdirilməsi ilə bağlı təxirəsalınmadan qanunamüvafiq tədbirlərin görülməsi barədə və digər konkret tapşırıqlar verilib.
Xəbər lenti
Hamısına baxSosial
22 Sentyabr 12:40
Elm
22 Sentyabr 12:31
Dünya
22 Sentyabr 12:29
Gündəm
22 Sentyabr 12:28
Dünya
22 Sentyabr 12:27
Dünya
22 Sentyabr 12:26
Sosial
22 Sentyabr 12:24
Dünya
22 Sentyabr 12:23
İdman
22 Sentyabr 12:21
İqtisadiyyat
22 Sentyabr 12:17
Gündəm
22 Sentyabr 12:10
İdman
22 Sentyabr 11:56
Mədəniyyət
22 Sentyabr 11:53
Elm
22 Sentyabr 11:51
Sosial
22 Sentyabr 11:49
Hadisə
22 Sentyabr 11:42
Daxili siyasət
22 Sentyabr 11:26
Sosial
22 Sentyabr 11:23
Sosial
22 Sentyabr 11:22
İqtisadiyyat
22 Sentyabr 11:22
İdman
22 Sentyabr 11:20
Sosial
22 Sentyabr 11:17
Analitik
22 Sentyabr 10:59
YAP xəbərləri
22 Sentyabr 10:56
YAP xəbərləri
22 Sentyabr 10:51
Elm
22 Sentyabr 10:35
Dünya
22 Sentyabr 10:32
YAP xəbərləri
22 Sentyabr 10:31
İqtisadiyyat
22 Sentyabr 10:23
Dünya
22 Sentyabr 10:15
Dünya
22 Sentyabr 10:13
Sosial
22 Sentyabr 10:11
Xəbər lenti
22 Sentyabr 09:46
İqtisadiyyat
22 Sentyabr 09:40
Siyasət
22 Sentyabr 09:16
Gündəm
22 Sentyabr 08:54
Gündəm
22 Sentyabr 08:30
Hadisə
22 Sentyabr 07:52
Sosial
22 Sentyabr 07:23
Dünya
21 Sentyabr 23:34
İqtisadiyyat
21 Sentyabr 23:19
Sosial
21 Sentyabr 22:56
Dünya
21 Sentyabr 22:20
Dünya
21 Sentyabr 21:43
Dünya
21 Sentyabr 21:15
Dünya
21 Sentyabr 20:58
Dünya
21 Sentyabr 20:26
Dünya
21 Sentyabr 19:41
Sosial
21 Sentyabr 19:34
Dünya
21 Sentyabr 19:14
YAP xəbərləri
21 Sentyabr 19:00
İqtisadiyyat
21 Sentyabr 18:41
Sosial
21 Sentyabr 18:15
YAP xəbərləri
21 Sentyabr 18:10
Sosial
21 Sentyabr 18:10
YAP xəbərləri
21 Sentyabr 18:06
Sosial
21 Sentyabr 18:05
YAP xəbərləri
21 Sentyabr 17:53
Dünya
21 Sentyabr 17:47
İdman
21 Sentyabr 17:31
Dünya
21 Sentyabr 17:25
İdman
21 Sentyabr 16:46
YAP xəbərləri
21 Sentyabr 16:41
Elm
21 Sentyabr 16:19
Elm
21 Sentyabr 15:48
YAP xəbərləri
21 Sentyabr 15:15
YAP xəbərləri
21 Sentyabr 14:53
İdman
21 Sentyabr 14:36
Formula 1
21 Sentyabr 14:35
Elm
21 Sentyabr 14:27

