Fransa komandasının pilotları Azərbaycan Qran-Prisindən gözləntilərini açıqlayıblar
22.09.2026 [11:56]
Qarşıda mövsümün çox gərgin və çətin yarışlardan ibarət mərhələsi var. Bakıda hər zaman çətinliklərin öhdəsindən gəlmək lazım olur və burada çıxış etmək mənə xoşdur. Trasın həm sürətli, həm də çoxsaylı döngələrdən ibarət hissələrini bəyənirəm. Burada ötmə üçün çoxlu imkanlar olduğundan yarışlar adətən maraqlı keçir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Fransanın “Alpin” komandasının pilotu Pyer Qasli Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi barədə danışarkən deyib.
Fransalı sürücü bildirib ki, Bakıda onları ciddi sınaqlar gözləyir: “Müasir bolidlərin özünü Bakıda necə göstərəcəyini görəcəyik. Amma əminəm ki, bizi ciddi sınaq gözləyir. Ümid edirəm ki, hazırkı rəqabət qabiliyyətimizi qoruyub saxlaya biləcəyik. Hazırda komandamız yaxşı çıxış edir və qarşıdakı ardıcıl yarışlarda da bu səviyyəni qorumaq vacibdir”.
O, 2021-ci ildə Bakıda podiuma yüksəldiyini xatırladıb: “Lakin son illərdə bu tras komandamız üçün o qədər də uğurlu olmayıb. Yarışdan bir gün öncə məhsuldar işləyərək bolid üçün düzgün sazlamaları tapmağa çalışacağıq. Bu, bizə sıralanma turunda bolidin imkanlarından maksimum istifadə etməyə kömək edə bilər. Ümid edirəm ki, yenidən start cədvəlində daha yuxarı mövqedə yer almaq və xal uğrunda mübarizə aparmaq imkanımız olacaq”.
Fransa komandasının digər üzvü Franko Kolapinto isə Bakıya qayıtmağı səbirsizliklə gözlədiyini və komandanın burada da rəqabətədavamlı çıxış edəcəyinə ümid etdiyini vurğulayıb: “Madriddə imkanlarımızdan maksimum istifadə etdik. Ümid edirəm ki, burada da yaxşı nəticə göstərəcəyik. Bakı trasında sürətli hissələrlə yanaşı, divarların bolidlərə çox yaxın olduğu şəhər küçələri də var. Buna görə də İspaniyada göstərdiyimiz sürəti Bakıda da qorumağa çalışacağıq. Qarşıdakı həftələrdə bizi çox gərgin yarış cədvəli gözləyir. Bu səbəbdən qarşımıza çıxan hər fürsətdən istifadə etmək vacibdir”.
Argentinalı pilotun sözlərinə görə, son illərdə Bakıda tez-tez maraqlı yarışlar keçirilir: “Biz mümkün qədər əlverişli mövqedə qərarlaşmaq və şanslarımızdan yararlanmaq üçün əlimizdən gələni edəcəyik. Məqsədimiz yenidən finişə tez çatmaq və Konstruktorlar Kubokunda rəqiblərimizlə aramızdakı xal fərqini azaltmaqdır”.
Qeyd edək ki, Azərbaycan Qran-Prisi sentyabrın 24-26-da təşkil olunacaq.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 14:40
Gündəm
09 Oktyabr 14:09
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Gündəm
08 Oktyabr 18:46
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11

