Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / Həsən Həsənov Qafqaz Albaniyasının irsinin araşdırılmasında mühüm məqamlara toxunub

Həsən Həsənov Qafqaz Albaniyasının irsinin araşdırılmasında mühüm məqamlara toxunub

21.09.2026 [14:27]

Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə tarix elmləri doktoru Həsən Həsənovun təqdimatında “Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda seminar keçirilib.

Seminarda çıxış edən Həsən Həsənov tarixə yanaşmada ilkin mənbələrin araşdırılmasının vacibliyindən danışıb.

O bildirib ki, eramızdan əvvəl IV əsrdə, Makedoniyalı İsgəndərin imperiyası dövründə Albaniyada müəyyən xalqın mövcudluğu ilə bağlı məlumatlar var.

“Bu kimi məsələlərin tarixçilər tərəfindən daha dərindən araşdırılması vacibdir. Çox hallarda insanların tarixi məsələləri düzgün bilməməsi yanlış təsəvvürlərin formalaşmasına səbəb olur”, – deyə Həsən Həsənov qeyd edib.

Tarix elmləri doktoru Atropatena dövlətinin yaranması ilə bağlı tarixşünaslıqda müxtəlif yanaşmaların mövcud olduğunu da diqqətə çatdırıb: "Bəzi yanaşmalarda Atropatenanın Makedoniyalı İsgəndərin imperiyasının davamı kimi, e.ə. IV əsrdə yarandığı göstərilir. Lakin qədim mənbələrə nəzər saldıqda bu məsələ ilə bağlı fərqli məlumatlara da rast gəlinir.

Bəzi qədim müəlliflərin əsərlərində Atropatena dövlətinin Makedoniyalı İsgəndərin yürüşlərindən əvvəl də mövcud olduğu qeyd edilir. Qədim mənbələrdə İsgəndərin Azərbaycana yürüşü zamanı burada artıq Atropatena dövlətinin mövcudluğu barədə məlumatların yer alır".

O, tarix araşdırmalarında mənbə ilə təhlilin bir-birindən fərqləndirilməsinin vacibliyini xüsusi qeyd edib.

“Mənbə qədim dövrdə baş vermiş hadisə haqqında birbaşa və ya hadisəyə yaxın dövrdə məlumat verən yazılı, maddi və digər tarixi sübutlardır. Təhlil isə həmin mənbələr əsasında tarixçinin apardığı araşdırma və gəldiyi nəticədir. Bunlar tamamilə fərqli məsələlərdir. Bəzən bir mənbədə yazılan məlumat sonrakı müəlliflər tərəfindən təkrar edilir və zaman keçdikcə həmin məlumat ayrıca tarixi fakt kimi təqdim olunur. Bu zaman əsas sual həmin məlumatın ilkin mənbəyinin harada olmasıdır”. Hər hansı məlumatın çoxsaylı kitablarda və ya tərcümələrdə təkrarlanması onun avtomatik olaraq ilkin mənbəyə çevrilməsi demək deyil. Burada əsas məsələlərdən biri tərcümənin hansı qədim mənbəyə əsaslandığını müəyyənləşdirməkdir.

Həsən Həsənov çıxışı zamanı tarix araşdırılarkən ilk növbədə mənbəyə baxılmasının, daha sonra isə həmin mənbənin təhlil edilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu iki anlayışın qarışdırılması yanlış tarixi təsəvvürlərin yaranmasına səbəb ola bilər.

Havar Şəfiyeva 

Paylaş:
Baxılıb: 83 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

YAP xəbərləri

İqtisadiyyat

Neft ucuzlaşır

21 Sentyabr 10:47

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30