Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Mayın 24-dən 30-dək “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günüdür

Mayın 24-dən 30-dək “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günüdür

20.05.2020 [14:23]

Ramazan bayramı və 28 May – Respublika Günü ilə əlaqədar mayın 24-dən 30-dək “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günüdür.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, mayın 31-dən etibarən isə vətəndaşlar “ASAN xidmət” mobil tətbiqi, www.asan.gov.az  saytı və 108 Çağrı Mərkəzi vasitəsilə əvvəlcədən onlayn növbə tutmaqla mərkəzlərə müraciət edə və müvafiq xidmətlərdən yararlana bilərlər.

“ASAN Kommunal” mərkəzlərində bazar günü qeyri-iş günüdür.

Qeyd edək ki, hazırda Azərbaycanda 18 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir və Tovuzdadır.

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.

 

Paylaş:
Baxılıb: 431 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Analitik

Ədəbiyyat

Ədəbiyyat

Nənəyə məktub

25 İyul 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 İyul 08:37  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31