Yaz aylarında allergik xəstəliklər: nəyə diqqət etməli, necə qorunmalı?
13.05.2020 [17:03]
Yaz mövsümündə ən çox rast gəlinən problemlər sırasında allergik xəstəliklər xüsusi yer tutur. Statistik məlumatlara əsasən, hazırda dünyada hər on nəfərdən ikisi allergiyadan əziyyət çəkir. Məlumat üçün bildirək ki, mövsümi allergiya nəticəsində bədəndə səpgi, gözlərdə qızarma, sulanma, burun axması, çoxsaylı asqırma, qaşınma, öskürək, boğulma və daha təhlükəli olan boğazda şişkinlik və nəfəs darlığı yaranır.
Mart ayından mayın sonuna qədər bəzi insanlarda allergik xəstəliklər daha çox özünü göstərir
Həkimlərin bildirdikləri kimi, mart ayından mayın sonuna qədər bəzi insanlarda allergik xəstəliklər daha çox özünü göstərir. Səhiyyə Nazirliyinin baş allerqoloqu Cəbrayıl Məmmədov bildirib ki, bunun səbəbi yaz fəslində ağacların çiçəkləməsidir. Onun sözlərinə görə, bir sıra ağacların yaz fəslində tozlanması allergiyaya həssas insanlarda bu problemin əlamətlərinin baş qaldırmasına səbəb olur. Bu səbəbdən yaz aylarında allergik xəstəliklər özünü daha qabarıq büruzə verir.
Dünyada allergik xəstəliklərin sayında kəskin artım müşahidə edilir
Baş allerqoloq deyib ki, insanlar vaxtında həkimə müraciət etməlidirlər ki, bu dövrü yüngül keçirə bilsinlər: "Allergiyanın yaratdığı problemlər arasında Azərbaycanda ən çox yayılmış olanı bronxial astmadır ki, buna əhalinin təxminən 5-8 faizində rast gəlinir. Allergiya əsasən selikli qişanın güclü qaşınması və dəri səpgiləri, ümumi zəifliklə özünü büruzə verir".
Allerqoloqun sözlərinə görə, statistik məlumatlara əsasən, son illər bütün dünyada allergik xəstəliklərin sayında kəskin artım müşahidə edilir. Alimlərin son araşdırmalarına əsasən, 2020-ci ildə Avropa əhalisinin yarısının bu xəstəliklərdən əziyyət çəkəcəyi ehtimal edilir.
İrsi faktor meyillilik riskini nə dərəcədə artırır?
Bütün allergik problemlərin uşaq dövründə başlandığını deyən Cəbrayıl Məmmədov bildirib ki, gələcəkdə bu istiqamətdə daha ağır xəstəliklərlə üzləşməmək üçün problemin qarşısının zamanında, yəni kiçik yaşlarda alınması mütləqdir.
Açıqlamasında, həmçinin allergiyanın əmələ gəlmə səbəbləri haqqında danışan mütəxəssis burada irsiliyin də vacib rol oynadığını qeyd edib. Bildirib ki, valideynlərdən birində allergik xəstəlik və ya reaksiyanın olması uşağın bu növ xəstəliklərə meyillilik riskini yüzdə əlli, hər ikisində olması isə 75 faiz artırır.
Uşaqlarda allergiya: xəstəlik və reaksiyalar hansı formada davam edir?
“Altı aylığa qədər olan uşaqlarda allergiyanın əmələ gəlməsinə əsasən qida məhsulları səbəb olur. Allergik reaksiya özünü səpki, öskürək, asqırıq, boğulma və bir sıra digər hallarla büruzə verir. Xəstəlik və reaksiyalar mərhələli davam edir. Yeni doğulmuş körpələri ananın immun sistemi qoruyur. Altı aydan sonra körpələrdə immunitet bir qədər zəifləyir, onlarda virus və ya bakterial mənşəli xəstəliklərə meyillilik artır. Əgər uşaqlarda üç yaşa qədər təngnəfəslik və ya xışıltılı nəfəsalma müşahidə edilirsə, bu, artıq obstruktiv bronxitin göstəricisidir. Belə uşaqlar bronxların bəlğəmlə tıxaclanması səbəbindən çətin nəfəs alır və mütəmadi olaraq öskürürlər. Onlar bronxlarda olan seliyi ifraz etməyə çalışırlar ki, bu da güclü öskürəklə nəticələnir. Bu hal artıq xəstəliyin astmaya keçmə ehtimalını artırır”.
Allergiyalı xəstələr hansı qidalardan çəkinməlidirlər?
O da vurğulanıb ki, bu mövsümdə ən çox qida allergiyalarına da rast gəlinir. Ümumiyyətlə, dünyada təxminən 100 qidaya qarşı allergiyanın yarandığı sübut olunub. Allerqoloq onu da əlavə edib ki, allergiyalı xəstələr sitrus meyvələri, giləmeyvə, süd, şokolad, dəniz məhsulları və çərəzlərlə qidalanmaqdan çəkinməlidirlər.
Beləliklə, xəstəlik tam müalicə olunmasa da, onu vaxtında müalicə edərək allergen təsir göstərən vasitələrdən uzaqlaşmaq olar. Bunun üçün allergen-test adlanan analiz növündən istifadə etmək kifayətdir. Həmin üsulla allergiya yaradan qida və dərmanları müəyyən etmək olar.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

