QHT-lərə Dövlət Dəstəyi Şurası və 26 qurum birgə qrant müsabiqələrinin nəticələrini açıqlayıb
05.03.2020 [17:59]
423 layihənin maliyyələşdirilməsi haqqında qərar qəbul edilib
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfdaş 26 qurumla birgə keçirilən qrant müsabiqəsinin nəticələrini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Şura katibliyinin icraçı direktoru Fərasət Qurbanov bu il maliyyələşdirilən layihələrin ötənilkilərdən fərqləndiyini diqqətə çatdırıb. İcraçı direktor qrant layihələrin qiymətləndirilməsində şəffaflığın qorunmasının əsas prinsip kimi, götürüldüyünü deyib.
Layihələrin 44 ekspert tərəfindən qiymətləndirildiyini diqqətə çatdıran F.Qurbanov bildirib ki, maliyyələşdirilən layihələrə ümumilikdə, 2996 000,0 min manat vəsait ayrılıb və 60 900,0 manat büdcəyə qənaət edilib. Qeyd edib ki, Şuranın 26 qurumla birgə təşkil etdiyi qrant müsabiqələrinə layihə təklifi qəbulu 2019-cu il noyabrın 20-dən dekabrın 30-na qədər olan müddəti əhatə edib.
İcraçı direktor müsabiqə ilə bağlı 25 məlumatlandırma sessiyasının keçirildiyini qeyd edərək deyib: “123 mövzunu əhatə edən 26 qrant müsabiqəsinə ümumilikdə, 541 layihə təqdim olunub. Onlardan 16-sı texniki seleksiyadan keçməyib. 525 layihə ekspertiza və vətəndaş qiymətləndirməsinə təqdim olunub”.
O vurğulayıb ki, 44 ekspertdən 26-sı dövlət qurumlarının əməkdaşı, 18-i isə müstəqildir. Layihələr, eyni zamanda, cari il yanvarın 15-dən fevralın 15-nə qədər olan tarixdə vətəndaşlar tərəfindən də qiymətləndirilib. SƏLİS-in e-vətəndaş proqramında qeydiyyatdan keçən 14 min 877 vətəndaş layihələrə 40 min 206 rəy bildirib.
Fərasət Qurbanov diqqətə çatdırıb ki, ekspertiza mərhələsi başa çatdıqdan sonra dövlət qurumlarının əməkdaşı olan ekspertlər, müstəqil ekspertlər və Şura Katibliyinin bölmə rəhbərləri hər bir layihəyə fərdi qaydada yanaşmaqla müzakirələrə başlayıblar. Hər bir layihə üzrə verilən ekspert rəyləri və balları, vətəndaş qiymətləndirməsinin balları və Şura Katibliyinin arayışı geniş müzakirə olunub.
Müzakirələrdən sonra maliyyələşməsi təklif olunan layihələr barədə hazırlanan müvafiq arayış Şuraya təqdim olunub. Şura birgə qrant müsabiqəsi keçirdiyi qurumların təkliflərinin hamısını nəzərə alaraq 423 layihənin maliyyələşdirilməsi haqqında qərar qəbul edib.
Mətbuat konfransında iştirak edən dövlət qurumlarının və digər tərəfdaş təşkilatların nümayəndələri məsul olduqları müsabiqənin indiyədək olan bütün mərhələləri, xüsusilə nəticələrin müəyyən edilməsi ilə bağlı tövsiyə xarakterli qərarı Şuranın Katibliyi ilə birgə qəbul etdiklərini bildiriblər. Bütün dövlət qurumları ilk dəfə Azərbaycanda SƏLİS vasitəsilə Şuranın birgə qrant müsabiqəsinin keçirilməsi təşəbbüsünü yüksək qiymətləndirərək bunun QHT-Hökumət əməkdaşlığına mühüm töhfə olduğunun diqqətə çatdırıblar. Tərəfdaş qurumlar layihələrin maliyyələşdirilməsi haqqında qərar qəbul edən zaman onların tövsiyələrinin tam olaraq nəzərə aldığını bildiriblər.
Mətbuat konfransından sonra müsabiqənin nəticələri elan olunub.
Bildirilib ki, müsabiqə qalibi olan QHT-lər Şura ilə qrant müqaviləsi bağladıqdan sonra 26 qurumun hər biri müvafiq layihələrin icra prosesinə nəzarət etməklə yanaşı, onların daha səmərəli şəkildə həyata keçirilməsinə yaxından köməklik göstərəcək.
Xəbər lenti
Hamısına baxİdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26

